Genel

Dildə də, Fikirdə də, İşdə də bir olan ideya qardaşları: Səid Ünsizadə və İsmayıl bəy Qaspıralı

Əli bəy Hüseynzadə,Əhməd bəy Ağayev və Əlimərfan bəy Topşubaşov 1905-ci ildə “Həyat” qəzetinin 21-ci nömrəsində görkəmli maarifçı Səid Ünsizadə haqqında deyilən və tez bir zamanda aforizmə çevrilən maraqlı bir fikrə imza atmışlar:

“Səid Ünsizadə türk dünyasının fazillərindən biridir.”

  Kırım tatarı İsmayıl bəy Qaspirinski onlardan hələ  xeyli əvvəl-1879-cu ilin  noyabrında Səid Ünsizadə maarifçilik fəaliyyətini yüksək qiymətləndirmişdir

İsmayıl bəy Qaspirinski 1881-ciin mayıga özünün “Tonğuc” jurnalında da, “Tavriya” qəzetində  rus dilində  çap etdirdiyi silsilə məqalələrində də  Ünsizadə qardaşlarının, ələlxüsus Səid Ünsizadəninn xalqın maarifləndirilməsi işində xidmətlərini  nəzərə catdırmışdır.

…Səid Ünsizadə ilə İsmayıl bəy Qaspıralını bir-birinə doğmalaşdıran Didə, Fikirdə və İşdə birlik ideyası idi.Əslində bu şüar, manifest maddəsi  türk dünyasının bu iki fazilinin əməli işlərinə atılan iri addımların gurultusu idi.

Onların hər ikisi naşir idi,iri mətbəə yaratmışdı.Onlar yeni tipli ibtidai məktəb yaradıcıları idi.Hər ikisi yazdığı, türk dünyasının məktəblərində  uzun illər tədrisin əsas vasitəsi olan dərslik  müəllifi kimi tanınırdı.Hər ikisi təkcə təsisçi yox, həm də yaratdıqları mətbu orqanın əsas mühərriri idi.Hər iki maarifçinin  ortaq dil məsələsi haqqında fikirləri üst-üstə düşürdü.Hər ikisinin yaradıcılığımnda həm publisistik,həm də ədəbi janrlaradan istifadəyə ciddi fikir verilirdi.Onların hər isi ziyalıları, qələm əhlini maarifçilik işində birgəliyə çağırırdı.

Dediklərimin sübutu kimi Səid Ünsizadənin “Ziyayi-Qafqasiyyə” qəzetinin

1883-cü ilə aid 7-ci nömrəsində çap etdiyi  11 bəndlik bir mənzumeyi-xitabəni  oxuculara ünvanlayıram.

” “Ziyayi-Qafqasiyyə “qəzeti. 09.03.1883, N 7.


Mollaları cəhl’in (cəhalətin-N.N.) dəfinə və elmin cəlbinə tərğib eləmək barəsində bir  XİTABEYİ-MƏNZUMƏdir ki,məzaqi-ürəfa üçün burada dərc olundu.


Mənzumə


Cəhl basur bizləri, ay mollalar,
Qədəm qoyun dəfinə himmət edün.
Axir edər bizləri bu, tarimar,
Qədəm qoyun dəfinə himmət edün.
*
Elm bizi validətək bəsləyər,
Harda olsoq təlim bizi gözləyər.
Cəhl bizi axir edər dərbədər,
Qədəm qoyun dəfinə himmət edün.

Xəlq edir sizlərə çox etimad,
Vacib olur pəs sizə hifzi-ibad (bəndələrin hifzi,qorunması_N.N.),
Cəhl görürsünüz ki,çox edir fəsad,
Qədəm qoyun dəfinə himmət edün.
*
Bir-birini xəlq yeyər cəhldən,
Din gedər ,məzhəb itər cəhldən.
Yaman-yaman işlər olar cəhldən,
Qədəm qoyun dəfinə himmət edün.
*
Cəhl cəhalətdə dutubdur bizi,
Bağlayubdur hər tərəfdən gözümüzü,
Həqq bizə sərxeyl (sıravi dəstənin başçısı-N.N.) qoyubdur sizi,
Qədəm qoyun dəfinə himmət edün.
*
Amur (burada məqam,vaxt mənasına uyğn gəlir-N.N. ) gəlib,edin ümumi tələb,
O barədə siz bizə olun səbəb.
Cəhl biə çox verür axir təəb (zəhmət,əziyyət-N.N.),
Qədəm qoyun dəfinə himmət edün
*
Cəhl bizi çox-çox edibdür xəcil,
Qılıb bizi xəlq içində münfəil (xəcalətli-N.N.).
Cəhli gərək siz edəsiz məzməhlll ( büsbütün məhv edilmiş-N.N.)
Qədəm qoyun dəfinə himmət edün.
*
Siz özünüz elm ilə olduz qərin (yoldaş,yaxın dost-N.N.),
Onun ilə cəhldən olduz amin
(duaların axırında “ya Allah,qəbul et”
mənasında işlənən söz-N.N.).
Bizləri ki,cəhl tutubdur, yəqin,
Qədəm qoyun dəfinə himmət edün.
*
Cəhl… sizə olmuş bəyan,
Ançe (elə nəsnə ki-N.N.) əyan əst, çe hacət bəyan.
Qoyunları hifz edər axir çoban,
Qədəm qoyun dəfinə himmət edün.
*
Bu yoda biz mətləbə etdük kəşad (geniş,açıqlıq-N.N.),
Niyə onu sizlər edirsüz kəsad
(ticarətdə malın satılmaması-N.N.)?
Rəva degil bu işi bərq eləyə bad ( bu iş puç ola- N.N.),
Qədəm qoyun dəfinə himmət edün.
*
Zadeyi–…(Üns…N.N.) sözünü guş edün,
Hə nə qərəz var isə, fəramuş edün,
Qeyrət edüb, səy ilə cuş edün,
Qədəm qoyun dəfinə himmət edün”.
***

Ünszadənin dər-öhdə aldığı əmr və niyyəti mətbuat vasitəsilə rus müsəlmanlarını yuxudan oyatmaq idi.(bax: “Ziyayi -Qafqasiyyə” qəzeti,26.06.1884, N 11).

Bu ideya İ.Qaspıralının maarifçilik işinin əsas ideyası  idi.

Təəssüf ki,ki, Səid Ünsizadə rus müsəlmanlarını 1884-cü ildə “Ziyayi-Qafqasiyyə” qəzeti bağlanandan sonra mətbuat vasitəsilə yuxudan oyada bilmədi.O,yaşadığı mühitin eybəcərliyindən bezib,1890-cı illərin əvvəllərində türk dünyasının baş şəhərinə-İstanbula köçdü, ömrünün qalan illərini burada maarif cəbhəsində yüksək vəzifədə ləyaqətlə calışdı.
Mətbuat vasitəsilə rus müsəlmanlarını cəhalət yuxusundan oyatmaq işinin davamı onun məslək və əqidə dostu görkəmli tatar mütəfəkkiri İsmayıl bəy Qaspıralının öhdəsinə düşdü.

 İ.Qaspıralı 1881-ci ci ildə  rus dilində çap etdiyi kitabının adını da bu ideya ilə əlaqələndirmişdi.

Səid Ünsizadə1903-cü ildə İstanbulda vəfat etmiş,Fatih Camii bağçasında dəfn olunmuşdur.

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının Əməkdar müəllimi,türkoloq


10.04.2021.

Pin It on Pinterest