Dil, adət-ənənə, din Azərbaycan xalqının toxunulmaz dəyəridir
“Müasir İnkişaf” İctimai Birliyinin və S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının təşkilatçılığı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə icra edilən “Mənəvi dəyərlərimizi yaşadaq və təbliğ edək” layihəsi üzrə “Mənəvi dəyərlər və təhsil” adlı tədbir keçirilib.
Tədbirdə S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının direktoru İlqar Talıbov məktəbdəki tədris prosesindən, görülən işlərdən, şagirdlərdən ibarət akademiyanın yaradılmasından, kitabxananın formalaşdırılmasından, muzeyin yaradılmasından və s. bəhs edib.
AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı, dosent Sübhan Talıblı Azərbaycanın qəhrəmanlıq tarixi, bayrağımızın ideoloji prinsipləri, adət-ənənələrimiz, tarixi şəxsiyyətlərimiz barəsində danışıb.
“Müasir İnkişaf” İctimai Birliyinin sədri Mübariz Göyüşlü təmsil etdiyi qurumun fəaliyyətindən, tədbirlərdən, layihələrdən, nəşrlərdən və s. söz açıb. O, Türk-İslam aləminin alimlərinin, mədəniyyət və ədəbiyyat xadimlərinin fəaliyyətindən, dəyərlərimizdən də bəhs edib.
AMEA Tarix İnstitutunun şöbə müdiri, dosent, Dövlət Mükafatı laureatı Hacı Həsənov təhsilin önəmindən, qəhrəmanlıq yazan müəllimlərdən, tələbələrdən və s. söz açıb. O, 44 günlük müharibənin mənəviyyat, namus, qəhrəmanlıq savaşı olduğunu vurğulayıb.
ADPU-nun Tarix və Coğrafiya fakültəsinin dosenti Mübariz Ağalarlı milli-mənəvi dəyərlərə bağlılığın cəmiyyətə, dövlətə faydalarından danışıb. Onun sözlərinə görə cəmiyyətin inkişafında məktəbin, müəllimlərin xüsusi önəmi var.
AMEA İqtisadiyyat İnstitutunun əməkdaşı, dosent Aqil Eyvazov məktəbdə tədrislə yanaşı təlim-tərbiyənin, əxlaqın və s. da önəmli olduğunu söyləyib. Onun dediyinə görə dil, adət-ənənə, din Azərbaycan xalqının toxunulmaz dəyəridir.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev Qarabağda 67 dini-mənəvi abidənin, məscidin 65-nin ermənilər tərəfindən dağıdıldığını söyləyib. O, qeyd edib ki, dini və milli dəyərlər, ibadət ocaqları xalqımızın dəyəridir.
Sonda məktəbin müəllim və şagirdləri 44 günlük Vətən müharibəsi haqqında danışmış və slaydlı təqdimatlar etmişlər.