Deşik. – Eşqin Məmmədov
Deşik.
Dəlləkli kəndinin məktəbi çox yorğun və mürgülü görsənirdi. Hələ sovetlər zamanı tikilmiş bu məktəbin cəmi altı otağı vardı. Dam örtüyü azbes şiferidən idi . Təmiz paxır basbış və çartlamışdır. İndi yağış yağarkən içəri damırdı. Otaqlar az olduğu üçün məktəb iki növbəli işləyirdi. Məktəbin bağçası səliqəsiz budanmış ağaclardan ibarət idi. Kiçik eyvan və həyətində üç əl hörülmüş hovuzu vardı. Bir zamanlar dörd tərəfinə dəmir tikanlı məftil çəkilsə də , indi kol altında qalıb itmişdir . Məktəbin ayaqyolusu olmadığı üçün uşaqlar dərin xəndəyin içində öz təlabatlarını ödəyirdilər .Məktəbi çıxış qapı ilə bağlayan dar beton cığır ömrünü başa vurmuşdur. Təhsil ocağının müəllimləri də , artıq dövrün tələblərinə cavab vermirdilər. Onlar köhnəlmiş dəzgahları xatırladırdı. Kapitalist cəmiyyətlər yaxşı anlayır kı , köhnə dəzgahlar təkmil alətlər hazırlaya bilməz. Ya onlar modernləşməlidir , ya da yeniləri onları əvəz etməlidir.
Günlərin biri , dəlləkli məktəbini səs – küy bürüyür ki , bəs yoxlama gəlir. Hamı düşür əl-haya. Müəllimlər şagirdlərə müxtəlif bicliklər və helmlər öyrədirlər .
– Bildin , bilmədin fərqi yoxdur . Hamınız əlinizi qaldırın . Aydın oldu ?
Uşaqlar xorla qışqıraraq :
– Bəli !
- Lap yaxşı. Mən arxadan cavabı işarə edəcəm , yoxlamanı şübhələndirmədən baxın , cavabı deyin . Aydın oldu ?
Uşaqlar yenə xorla cavab verirdilər :
– Bəli .
İkinci dərs yenicə yekunlaşmışdır. Uşaqlar və müəllimlər məktəbin həyətində tənəffüs edirdilər . Uşaqların hamısının əlində kitab vardı. Bu zaman qara rəngli avtomobil məktəbin qapısı qarşısında dayandı . İçərisindən orta yaşlı , üzü qırxılmış , səliqəli bir şəxs düşdü . Arxadakı avtomobildən daha dörd nəfər düşüb, məktəbə sarı irəlilədi. Direktor və müavini dərhal qonaqların qarşısına yüyürək formada istiqamətləndilər.
– Xoş gəlmişsiniz , cənab yoxlama .
– Xoş gördük .
– Buyurun , sağdakı otağa .
Yoxlama və məktəb rəhbərliyi müəllimlər otağına daxil oldular.
Otaq çox səliqəsiz və köhnə idi. Küncdə cərəyan yuvası olmadan açıq naqilə qoşulmuş daşdan yonulmuş spirallı piletka qoyulmuşdur. Orada bir ayağı sınıq köhnə stol vardı . Təhsil işçilərinin üst geyimləri asılmış divara çoxlu yüzlük mıxlar vurulmuşdur.Müəllimlər ayaqüstə dayanmışdır.
Məktəbin direktoru Cəfər müəllim , qonağı məktəbin kollektivi ilə tanış etdi.
Bir neçə dəqiqə sonra yoxlama öz işinə başladı.
İlkin olaraq səkkizinci sinifdə sorğu – sual aparırlar. Yoxlamanı sinfə daxil olan kimi , uşaqlar ayağa qalxır.
– Əyləşin. Əziz şagirdlər , necəsiz ?
– Yaxşı .( hamı xorla cavab verir )
– Deməli Fikiza dərsidir . Kim deyər , turşu nədir ?
Hamı əlini qaldırır. Yoxlama çox tədbirli və uzaqgörən adam idi . Dərhal bilməyənləri , seçdi.
– Oğul , sən de .
Xankişi ayağa qalxıb, əzilib – büzlüb cavab verdi:
– Müəllim , turşu yeməli şeydi .
– Aha , onu nədən hazırlayırlar ?
– Meyvədən , anam qurudur hər yay.
– Aydındır əyləş.
Yoxlama sinifin çox bərbad durumda olduğunu vurğulayır . Sinifə süküt çökür .
– Uşaqlar, sağ olun. Dərslərinizi yaxşı oxuyun.
Sinifi tərk edən yoxlama dördüncü sinfə daxil oldu . Hər şey əvvəl olduğu kimi , təkrar olundu. Nəhayət , sual verildi.
– Əziz şagirdlər , riyaziyyatı sevirsiniz ?
– Bəli .( Hamı xorla cavab Verdi )
– Yaxşı . Deyin görək ,dörd vuraq sıfır neçə edir ?
Uaqlar yenə tam şəkildə əl qaldırdı. Yoxlama yenə zəifləri tanıdı.
– Oğul , sən cavab ver .
Sağavət ayağa birtəhər qalğıb qorxaq şəkildə susdu. Bunu görən müəllim , yoxlamanın arxasına keçib , əli ilə sıfır işarəsini göstərdi . Bunu görən Sağavət cəld və tələsik şəkildə cavab verdi .
– Tapdım . Deyim ?
– Buyur .
– Cavab deşikdir .
– Nə ? Deşik nədi ay oğul ?
İçəri də gülüşmək düşdü . Yoxlama sinifi tərk edib , direktorla çıxışa adımladı ,bu zaman direktor dedi :
– Cənab , bilirəm razı qalmadınız . Sizə çöldə süfrə açmışıq , buyurun qonaqmız olun .
– Cəfər müəllim , süfrəniz açıq olsun . Amma biz qarın adamı deyilik .
Direktor biraz pərt olmuşdur. O , 30 illik təcrübəsində ilk dəfə belə vicdanlı və dürüst adam görürdü . Ona görə zərfi verməyə cürət etmirdi. Amma özünü toparlayıb zərfi yoxlamaya qorxaqlıqla , əlləri əsə – əsə uzatdı .
– Cənab , bunu götürün . Bizi üzürlü sayın .
Yoxlama qara panama taxdığı başını yellədi . Başını aşağı salıb , yerə baxaraq dedi :
Cəfər bəy , siz bir işə diqqət etəmədiniz . Etsəydiniz , indi bu qədər qorxmaz və pərt olmazdınız .
Təəccüb edən direktor soruşdu .
– Necə , cənab ? Nəyə diqqət etməliydim ?
– Sizin şagirdiniz doğru cavab vermişdir. O uşaq düz deyir dəə , bizim təhsil heç sıfır da deyil . Deşikdir , deşik ! Cənab direktor !