Kültür Sanat

Demişdin ki, Ayrılacam

Dərd sinəmdə tüstülədi,
Fikirlər başımı dəldi.
Özündən tez, sözün gəldi,
Demişdin ki, ayrılacam.

Dünyam tərsinə dolandı,
Ruh bədəndən aralandı,
Yenə qəlbim yaralandı,
Demişdin ki, ayrılacam…

Çörəyin dizin üstədi,
Şirinliyə duz istədin,
Elə bil ki, buz istədin,
Demişdin ki, ayrılacam…

Yerə vurdun ad ünümü,
Qaraladın ağ günümü,
Görə bilmirəm önümü,
Demişdin ki, ayrılacam…

Güman bizi sürükləyir,
Şeytan durub körükləyir,
Ağzım yenə köpükləyir,
Demişdin ki, ayrılacam…

Bir qərar ver! Ya qal, ya get,
Sevmirsənsə, rədd ol, tərk et!
Kövrək ruhu, sən, az incit…
Demişdin ki, ayrılacam!

Elsevər Hüseynoğlu
Bakı~27/02/2020

Pin It on Pinterest