Daş yaddaşım-əlifba və yaxud yıxdı bizi yad daşların əlifi də,beyi də

Daş yaddaşım-əlifba və yaxud yıxdı bizi yad daşların əlifi də,beyi də

Nazim Nasraddinov adlı şəxsin şəkli.

Daş yaddaşım-əlifba və yaxud yıxdı bizi yad daşların əlifi də,beyi də

Hər obanın daş yaddaşı -əlifba.Yıxdı bizi əlifi də,beyi də…Baxır bizə məlul-məlul babamızSusur yurdun ağıllısıi,keyi də…. Bu nə hoqqa,bu nə oyun- bilinmir,El işgüzar-burda heç kəs ərinmir.Tarixlərdə tarix olan ağlımızBaxır bizə, bizdə ağıl görünmür…  Yaddaşlardan uçub gedib gücümüz,Babaların yazısına – göz yoxdur.Allah bizi niyə belə yaratdı,Biganəlik bu qədərmi?… ……………………………….Söz yoxdur…
 Dəyişdilər əlifbanı yüz dəfə,Atılan daş dəyə-dəyə hədəfə,Dünənimiz yaddan çıxdı,oxlandıqQənim çıxdı onda xələf sələfə. Baş daşları- nəsillərə yadigar,Daşdır durub,bir daş kimi adı var.Bu nə yazı-baş daşında yazıblar,Bilən varsa,xəbər versin nə olar? Hafizəmiz əsrlərlə kütləşıb,Kişilər var sağlığında bütləşib.And içirik babamızın goruna…O yazıqlar bizdən ötrü əlləşib… Ay burada yatan baba, adın nə?Əlifbalar saldı bizi çətinə…Söyür bizi hər yerindən duranlar,Bu günahı deyək axı biz kimə? Sən – ey mənə ağıl verən vənəndaş,Kəs səsini,sus,danışma,ol bir daş…Nə qədər ki,babam yazan məktubu,…Oxumağım müşkül nənə – uzaqlaş… Bağlamışıq qəbirlərin ağzını,Axtarırıq söz deyənin …ağlını …Bu əlifba, bu əliflər,bu beylər,Çatlatdılatr yurdumuzun bağrın… Hər obanın qoçusundan, gicindən,Dürüstündən,onun “na-“lı bicibdən…Oyun,düyün rəmzi olan əifbaGüçlü imiş min ordunun gücündən… Əlfbamız -xalçaların yazısi,Yoxdur bunun sorğu-sual tərəfi…Əlifbamız- babaların baxışıAçın,açın düyünlənmiş kələfi !!!.
Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının Əməkdar müəllimi,türkoloq

07.05.2019.

One thought on “Daş yaddaşım-əlifba və yaxud yıxdı bizi yad daşların əlifi də,beyi də

  • 8 Mayıs 2019 tarihinde, saat 15:59
    Permalink

    Ay burada yatan baba, adın nə?
    Əlifbalar saldı bizi çətinə…
    Söyür bizi hər yerindən duranlar,
    Bu günahı deyək axı biz kimə?
    *
    Sən – ey mənə ağıl verən vətəndaş,
    Kəs səsini,sus,danışma,ol bir daş…
    Nə qədər ki,babam yazan məktubu,…
    Oxumağım müşkül nənə – uzaqlaş…
    *

    Bağlamışıq qəbirlərin ağzını,
    Axtarırıq söz deyənin …ağlını …
    Bu əlifba, bu əliflər,bu beylər,
    Çatlatdılatr yurdumuzun bağrını…

    *Hər obanın qoçusundan, gicindən,
    Dürüstündən,onun “na-“lı bicindən…
    Oyun,düyün rəmzi olan əlifba
    Güçlü imiş min ordunun gücündən…

    *
    Əlfbamız -xalçaların yazısi,
    Yoxdur bunun sorğu-sual tərəfi…
    Əlifbamız- babaların baxışı
    Açın,açın düyünlənmiş kələfi !!!

Yorumlar kapatıldı.

Pin It on Pinterest