Kültür Sanat

Dağıdılan tarixi abidələr erməni vandalizminin əyani sübutudur

Ermənistan hərbi-siyasi rəhbərliyi mülki əhaliyə qarşı terror siyasətini davam etdirməklə 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının və əlavə protokollarının, BMT-nin, Haaqa Konvensiyasının, İslam əməkdaşlıq Təşkilatının, UNESCO-nun, eləcə də digər beynəlxalq və regional təşkilatların qərar və qətnamələrini, xüsusilə də üzərinə düşən öhdəliklərini kobud və düşüünülmüş şəkildə pozur: “Azərbaycan tərəfi öz torpaqlarlarında haqlı və beynəlxalq hüquqa söykənən mübarizəsini davam etdirir, 30 ilə yaxındır işğal olunmuş Azərbaycan torpaqlarında anti-terror əməliyyatı həyata keçirir. Birinci Qarabağ müharibəsində Ermənistan hərbi-siyasi rəhbərliyi tarixi torpaqlarımızda mili-mənəvi dəyərlərimizə, tarix abidələrimizə, məscidlərimizə, mülki əhaliyə qarşı beynəlxalq səviyyədə təsbit olunmuş “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasının və “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasının, BMT Baş Assambleyasının 1962-ci il 14 dekabr tarixli, 1803 (XVII) saylı bəyannaməsininın tələblərinə zidd hərəkətlər ediblər. Onlar bu gün də bu siyasəti yürüdürlər”. Bunu SİA-ya açıqlamasında AMEA Şərşqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı deyib.

Dosent qeyd edib ki, Ermənistanın Azərbaycana təcavüzü zamanı qədim Azərbaycan torpaqlarında, o cümlədən Dağlıq Qarabağda 1600 müsəlman dini abidəmiz ermənilər tərəfindən dağıdılıb, 1700 tarix və mədəniyyət abidəsinin üzərindəki tarixlər, divar yazıları götürülərək erməni mətnləri ilə əvəzlənib, erməni işğalı altında qalan 27 muzey və şəkil qalereyasından qarət olunan yüz min eksponatın taleyinə aydınlıq gətirilməyib: “500-dək tarixi memarlıq, 100-dən artıq arxeoloji abidə, fondlarında on minlərlə əşyanın toplandığı 22 muzey, 4 rəsm qalereyası, 4,6 milyon kitab və əlyazmaları saxlanılan 927 kitabxana, 808 klub, 85 musiqi və incəsənət məktəbi, 10 istirahət və mədəniyyət parkı, 20 konsert təşkilatı, bundan əlavə əhalinin şəxsi evlərində saxlanılan 100 minlərlə dekorativ-tətbiqi sənət nümunələri – xalçalar, tikmənaxışlı qədimi geyimlər, zərgərlik və misgərlik əşyaları və s. Ermənistanın silahlı hərbi təcavüzü nəticəsində yandırılıb, talan-qarət edilib, Ermənistana daşınaraq saxtakarlıqla özününküləşdirilib, yaxud da onların bir qismi xarici ölkələrdə «erməni mədəniyyətinin nümunələri» adı altında satılıb. Bundan başqa dünya əhəmiyyətli arxeoloji abidə olan paleolit dövrünə aid Azıx və Tağlar mağara düşərgələri, b.e.ə. VIIVI əsrlərə aid və insan sivilizasiyasını öyrənmək üçün indi də elmi cəhətdən aktuallığı ilə fərqlənən eneolit dövrünə aid Xantəpə, Kültəpə və Şomutəpə arxeoloji abidələri, həmçinin, Azərbaycanın xristianlıq dövrünə aid alban abidələri, məscid kompleksləri, qədim qəbiristanlıqlar, türbələr, saraylar, qalalar, körpülər, qədim yaşayış məskənləri, arxeoloji abidələr və s. erməni işğalının qurbanı olmuşdur. Kəlbəcər rayonu Tarix Muzeyinin nadir eksponatları, o cümlədən eramızdan 3000 il əvvəlki dövrə aid qızıl və gümüş əşyaları, Laçın rayonunun Tarix Muzeyi, onun qədim pul sikkə kolleksiyası, 5000-ə yaxın eksponatı olan Şuşa Tarix Muzeyi, 1000-ə yaxın eksponatı olan Qarabağ Dövlət Tarix Muzeyi, dünyada ikinci olan Ağdam Çörək Muzeyi, 300-dən çox əşyası olan Azərbaycan professional musiqisinin banisi bəstəkar Üzeyir Hacıbəyovun Ev Muzeyi, 400-dək əşyası olan Azərbaycan klassik vokal musiqisinin banisi Bülbülün Ev Muzeyi, 1000-dən çox eksponatı olan Mir Mövsüm Nəvvabın Ev Muzeyi, əvəzolunmaz tarzən Qurban Pirimovun Memorial Muzeyi, 2000-ə yaxın əşyası olan Qubadlı, 6000-ə yaxın eksponat və əşyası olan Zəngilan, Cəbrayıl, Füzuli muzeyləri və s. qarət edilərək dağıdılıb”.

Alim bildirib ki, Azərbaycan xalqının dini və mədəniyyət abidələrinin Ermənistan tərəfindən dağıdılması və məhv edilməsi istər təcavüzkar Ermənistanın daxilində, istər tarixi Azərbaycan torpaqları hesabına qurulmuş tarixi ərazilərimizdə, istərsə də Dağlıq Qarabağ və işğal altındakı ətraf rayinlarımzıda dağıdılıb talan edilməsi ilə bağlı fakt, məqalə, kitab və s. lər, həm Azərbaycanda, həm də xaricdə araşdırılıb: “Həmin yerlərdə 738 tarixi abidə, 83.500 əsəri ehtiva edən 28 Muzey, 4 rəsm qalereyası və 1.107 mədəniyyət müəssisəsi dağıdılmış, XVII əsrə aid olan Cəbrayıl bölgəsindəki Cümə məscidi, Yuxarı və Aşağı Gövhər Ağa məscidləri və Şuşa şəhərindəki Saatlı məscid (bu məscidlər XVIII əsrə aiddir) vandalizm, dağıdılma və uçurulma aktlarına məruz qalmış, Ağdam məscidi isə təhqir olunaraq donuzlar və inəklər üçün tövləyə çevrilib. Yerevandakı Dəmir Bulaq məscidi yerlə yeksan edilmiş, Göy məscid isə orijinal görünüşünü dəyişdirilmək məqsədilə yenidən təmir olunmuş, İrəvanın mərkəzindəki Sərdar məscidi də sistematik olaraq dağıdılıb və 2014-cü ildə yerə yeksan edilib. Kəlbəcərdəki Tarix və Etnoqrafiya Muzeyindən 13 minə yaxın qiymətli əşya, Laçın Tarix və Etnoqrafiya Muzeyindən isə 5000-dən çox qiymətli əşya və nadir eksponat talan edilərək Ermənistana daşınıb. Şuşanın işğalı nəticəsində oradakı milli dini və mədəni irsə ciddi ziyan dəyib. Təkcə Şuşada 8 muzey, 31 kitabxana və 8 mədəniyyət evi dağıdılıb. Şuşa Tarix Muzeyindən 5000-ə yaxın, Milli Azərbaycan Xalça və Tətbiqi Sənətlər Muzeyinin Şuşa filialından 1000-ə yaxın əşya talan edilib.
Erməni işğalçıları Ağdam rayonundakı Milli Tarix Muzeyinin eksponatlarını (2 mindən çox), Qubadlıdakı Milli Tarix Muzeyini (3 mindən çox), Zəngilan rayonundakı Milli Tarix Muzeyini (təxminən 6000 əşya) talan ediblər. Qəbələ, Füzuli və Xocalı rayonlarında Milli Tarix Muzeyləri də dağıdılaraq yerlə-yeksan edilib. Tarixdə bütün dünyaya da məlumdur ki, Azərbaycan həmiş bütün dinlərə, dillərə və xalqlara hörmətlə yanaşmış, onları qorumuşudur. Alban kilsələri məsələsinə gəldikdə qeyd edim edim ki, Qafqaz Albaniyası dövlətinin ərazisi çoxsaylı yazılı tarixi mənbələrin məlumatına görə, eramızın əvvəllərindən VIII əsrin əvvəlinədək cənubda Araz çayından şimali Qafqazadək, şərqdə Xəzər dənizinin qərb sahilindən Göyçə gölündən qərbdə yerləşən torpaqlaradək geniş bir sahəni əhatə etmişdir. Azərbaycan Respublikası ərazisində Qafqaz Albaniyasının zəngin memarlıq irsinə aid xeyli məbəd, kilsə və monastrlar vardır. Albaniyanın həqiqi tarixinin və abidələrinin öyrənilməsi sahəsində son vaxtlar tədqiqatçı və alimlərimiz tərəfindən bir sıra araşdırmalar aparılıb. Tarix faktlara nəzər saldıqda bir daha görürük ki, Alban kilsələrini ermənilərlə və onların iddia etdikləri dini inancları ilə heç bir tarixi və dini əlaqəsi yoxdur. Alban katalikosluğunun taxtı IV-V əsrlərdə Dərbənddə Çola monastrında, VI-VII əsrlərdə Bərdə monastrında, VIII-IX əsrlərdə Ağdərə rayonunda müqəddəs Yelisey monastrında, X-XV əsrlərdə Kəlbəcər rayonunda Xudavəng monastrında, XV-XIX əsrlərdə Gəncesər monastrında yerləşmişdir. 552-ci ildə alban kilsəsinin başçısı katalikos müqəddəs ata Abbas iqamətgahı Çoladan Bərdəyə köçürdükdən sonra Bərdə kilsəsi iri monastra çevrilib. Kəlbəcər rayonunun ərazisində, Tərtər çayının sol sahilində yerləşən, xalq arasında Xotavəng və ya Xudavəng, yəni “tanrı məbədi” adlandırılan monastr kompleksi Qafqaz Albaniyası dövləti dağıldıqdan bir əsr sonra – IX əsrdə Qarabağın dağlıq hissəsində yaranmış Xaçın Alban knyazlığının dini mərkəzi olmuşdur. Kompleksdə alban yepiskopunun iqamətgahı və dini maarif mərkəzi fəaliyyət göstərmişdir. Arxeoloji tədqiqatların nəticələrindən məlum olur ki, monastrın əsası VI-VII əsrlərdə qoyulmuşdur. Mehranilər sülaləsindən olan Xaçın knyazı Həsən Cəlalın oğlu Vaxtanq kompleksin ərazisində geniş tikinti işləri aparmış, Arzu xatun isə 1214-cü ildə əri Vaxtanqın və iki oğlunun xatirəsinə kompleksdə kilsə tikdirib. Bu günə gəlib çatmış Dağlıq Qarabağın Ağdərə rayonundakı müqəddəs Yelisey monastr kompleksidir. Həsən Cəlalın hakimiyyəti illərində knyazlığın ərazisi xeyli genişlənmiş, tikinti abadlıq işləri böyük vüsət almışdır. Həsən Cəlalın iqamətgahı olan Holanaberd qalası ilə üzbəüz, Ağdərə rayonunun Vəngli kəndində Xaçın çayının sol sahilində dağın üstündə ucaldılmış məşhur Gəncesər monastrı Qafqaz Albaniyası xristian memarlığının ən görkəmli abidələrindən biridir. Monastrın divarında daş üzərindəki epiqrafik yazıdan məlum olur ki, bu abidə “yüksək və böyük Arsax ölkəsinin hökmdarı, geniş vilayətin çarı, Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu, Həsən Calal Dövlə və anası Xorişə xatun tərəfindən 1216-1238-ci illərdə inşa edilib. Qarabağ ərazisində, işğal olunmuş ərazilərdə Laçın, Kəlbəcər və Qubadlıda qədim alban kilsələri var ki, onlar bu günə kimi qalıblar. Bir tərəfdən ermənilər işğalla bağlı abidələri məhv edirlər, digər tərəfdən də alban kilsələrini saxtalaşdırıb erməni kilsələrinə uyğun memarioloji olaraq xristian elementləri ilə dəyişdirirlər. Ermənilər Rusiyanın və digər dövlətlərin sayısində Qarabağda yerləşdirlildən sonra xristian albanlarını faktiki olaraq erməniləşdirdilər, Qarabağdakı udiləri erməniləşdirdilər. Dağlıq Qarabağda lövhələri və kilsənin memarlıq quruluşunu dəyişdiriblər, alban kilsəsinin altar hissəsi 70-71 sm-dirsə, onu 1.20 sm-ə qədər hündürləşdirirlər və gələn ziyarətçilərə bunu fakt olaraq göstərib erməni kilsəsi olması barədə fikirlərini əsaslandırırlar. Mütəxəssislər həmin kilsələri bərpa edərkən görürlər ki, kilsəni 50-60 sm yuxarı qaldırıblar. Əsas üstündə olan elementləri dəyişdirirlər. Məsələn bütün Şərq kilsələrində xaç elementləri fərqlidir, onu dəyişirlər, istər ibadət məsələsi olsun, istər linqvistikası olsun, alt bildiri olsun. Memarlıq üslubunu, üstündəki elementləri, xaçı dəyişdirirlər. İbadəti də qədim alban dilində yox, erməni dilində edirlər, bu hadisəyə alban kilsəsinin üzvləri də şahid olublar. Nə qədər saxtalaşdırsalar da, daşda olan yaddaşı silmək mümkün deyil, biz bu abidələrə dünya miqyasında baxsaq görəcəyik ki, daşda nə informasiyalar olub, hansı bağlayıcı elementlər olub. O tarixi silmək mümkün deyil, həm də ona görə ki, onun yaşı fərqlidi, memarlıq üslubu fərqlidir”.

S.Talıblı vurğulayıb ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Xarici İşlər Nazirliyi “Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan Respublikasının ərazilərində İslam dini ilə əlaqəli dini və tarixi irsin məhv edilməsi” və “Azərbaycan Respublikasına qarşı davam edən erməni təcavüzkarlarının əməlləri üzündən mədəni və tarixi Azərbaycan irsinin məhv və təhqir edilməsi” mövzusunda iki geniş hesabat hazırlanıb və başda Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı olan UNESCO, Birləşmiş Millətlər Təşkilatı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı İSESKO və bir çox digər təşkilatlara təqdim edilib: “İslam Əməkdaşlıq Təşkilatı, erməni işğalı nəticəsində işğal olunmuş ərazilərdə məbədlərin və İslam dini ilə əlaqəli tarixi və mədəni irsin məhv və təhqir edilməsi ilə bağlı ardıcıl qərarlar qəbul edib. Nəticə etibarilə 2015-ci ildə (Küveyt), 2016-cı ildə (Özbəkistan) və 2017-ci ildə (Fil Dişi Sahili) keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin xarici işlər nazirlərinin toplantılarında sözügedən həmin qərarlar ərsəyə gəlib. Daha sonra İslam Əməkfaşlıq təşkilatının xarici işlər nazirləri şurasının BƏƏ-nin paytaxtı Əbu-Dabidə (1-2 mart 2019) keçirilmiş 46-cı iclasında “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycanın işğal onunmuş torpaqlarında islam dininə aid tarixi və mədəni abidələrin dağıdılması və təhqir edilməsi” adlı qətnamə qəbul edilib. Xüsusilə qeyd etmək lazımdır ki, Ermənistanın bu kimi əməlləri 1954-cü il Haaqa və ya “Silahlı münaqişələr zamanı mədəni abidələrin qorunmasına dair Konvensiya” və həmin Konvensiyanın 1999-cu ildə qəbul edilmiş İkinci Protokolu üzrə üzərinə götürdüyü öhdəliklərinin kobud şəkildə pozulmasıdır. II Protokolun 9-cu bəndi işğalçı tərəfin “işğal edilmiş ərazilərə münasibətdə” mədəni mülkiyyətin, istənilən arxeoloji qazıntı nümunəsinin qanunsuz ticarəti, bu ərazilərdən çıxarılması, abidələrin mədəni, tarixi və ya elmi sübut xüsusiyyətinin dəyişdirilməsi və ya dağıdılmasının qadağan etməsi və qarşısının alması kimi öhdəliyini təsbit edir. Silahlı münaqişələr zamanı mədəni mülkiyyət və mədəni irsə qarşı qanunazidd əməllər beynəlxalq cinayət hüququ ilə hərbi cinayət hesab olunur. Ermənistan Respublikası dövlət olaraq işğal olunmuş ərazilərimizdə maddi-mədəniyyət abidələrinə qarşı törətdiyi vandalizm əməllərinə görə birbaşa beynəlxalq hüquqi məsuliyyəti daşıyır. Bütün bunlara baxmayaraq, təcavüzkar Ermənistan tərfinin bu qanuna və beynəxalq hüquqa zidd əməllərinə qarşı beynəlxalq və regional təşkilatlar ciddi tədbirlər görməlidirlər. Biz tarixi abidələrimizlə bağlı, eləcə də ordakı dini abidlər, məzarlar, muzeylər, evlər və s. yerləri Rəşadətli və qanı ilə Tarix Yazan, Öz Torpağında anti-terror əməliyyatı həyata keçirən Azərbaycan ordusunun azad etdiyi ərazilərimizdə də kadrlara baxanda erməni vandalizminin bir daha şahidi oluruq. Təəssüf ki, dünya, həmçinin təcavüzkar Ermənistanı dəstəkləyən dövlətlər və təşkilatlar bu məsələdə işğalçı dövlətə qaşı ciddi tədbirlər görmürlər”.

Müəllif: Aysel Məmmədova

Sübhan Talıblı
Sübhan Talıblı

Pin It on Pinterest