Çırpınırdı Qara deñiz”: Qardaş Kömeginden Doğğan Milliy Destan
Çırpınırdı Qara Dəniz (Orijinal Sözleri)
Çırpınırdı Qara dəniz,
Baxıb Türkün bayrağına!
“Ah…” deyərdi, heç ölməzdim,
Düşə bilsəm ayağına!
Ayrı düşmüş sən dostundan,
İllər var ki, çarpar sinən…
Vəfalıdır gəldi gedən,
Yol ver Türkün bayrağına!
İncilər tök, gəl yoluna,
Sırmalar düz sağ-soluna!
Fırtınalar dursun yana,
Salam Türkün bayrağına!
Həmidiyə o Türk qanı!
Heç birinin yox fərmanı!
Məhv etmədən o düşmanı,
Əyilməz Türkün bayrağına!
Kafkaslardan əsən yellər,
İndi sənə salam söylər!
Olsun bütün Turan ellər,
Qurban Türkün bayrağına!

