Çiçəklər qaldı oğul…(hekayə)
Çiçəklər qaldı oğul…(hekayə)
Son günlər küçəmizin tinində yaşlı bir qadını çiçək satan görürdüm.Arabada idi, xəstə arabasında. Alanlara bir- bir çiçəklərin adlarını, xeyrini izah edirdi.- Bax, bu qantəpər, bu kəkotu, bu ətotu, bu birisi solmaz çiçəyi…- Bax bu isə qurdotu, bu isə sancı çiçəyidir. Bir- neçə gün dəmləyib davamlı için xeyrini görəcəksiniz.-Əsil əczaçı kimi izah verirdi bu xala. Bir dəfə mən də aldım o çiçəklərdən. Soruşdum xala, bu qantəpər çiçəyi nəyə xeyirdi?-Buna niyə qantəpər deyilir?-Yoxsa təzyiqimi aşağı salır?- Yox , bala! Qan-təpər- yəni qanı dayandıran. Təpər dayandırandı oğul.-Məsələ, elə adamlar var burnundan tez-tez qan açılır. Elə olur əlini kəsirsən qanaxma baş verir. Bax onda qantəpərin çiçəyini əzib həmin yerə qoyub bağlayırsan. Tezcə qan axma dayanır.
-…
Xala ilə söhbətimiz elə maraqlı olurdu ki…Bu yaşlı ananın hikmətli sözləri, maraqlı söhbətləri məni valeh etmişdi.İşdən qayıdan kimi onun yanına tələsər, ona diqqət kəsilərdim.
-Bir-iki gün işlə bağlı evdə olmadım.Darıxırdım o,ananın söz-söhbətləri üçün. Evə çatan kimi paltarı dəyişib qaçdım o ananın yanına.İstədim hal-əhval tutum, donub qaldım. O, ağlayırdı, hıçqırtı ilə ağlayırdı.Gözlərinin yaşı solğun sifətindən arası kəsilmədən axıb çiçəkləri isladırdı.-Məndən xəbərsiz idi. Öz hay-harayında idi. Dil deyirdi, ağu deyirdi.
-Hardasan ay kişi!-Niyə məni tək qoyub getdin ay etibarsız!-Bəs deyirdin sənsiz gorada getmərəm.- Bəs niyə məni tək qoyub getdin.Sənsiz günümü q ara eləyiblər.Niyə səndən qabaq mən ölmədim Əli!?-Arxasız, dayaqsız qalmışam Əli!-O, məzarına, o baş daşındakı vüqarlı şəklinə qurban olum Əli!
Sən sağ olsaydın heç qoyardınmı oğlumuz, o nankor arvadın ağzınnan məni ruhi xəstəxanaya, qocalar evinə qoysun?- Qurban olum goruna Əli!- Bu yazıq günlərə qalmış ömür- gün yoldaşını da tez yanına apar Əli! -…
Bir uşaq da əlində su dolu dolça bizə yaxınlaşdı. Yavaşca mənə əmi, bu nənə bayaqdan ağlayır. Mən də qaçıb evdən su gətirdim ki içib sakitləşsin.-Sağ ol balaca!-Sənin qanacağına, ağlına qurban. Qoyaq bir az da ağlasın, ürəyi boşalsın.Ana qəm-kədər içində elə qovrulurdu ki yanında bizim olduğunu belə hiss etmirdi.-Ağlaya- ağlaya deyirdi:-Ey bivəfa oğul, səni zülümlə böyütdüm, ev-eşik yiyəsi elədim ki, indi məni çöllərə atasan, məni yedəklərdə qoyasan?!-Heç kəsə nə adını demirəm, nə də sanını.Qoy bilən olmasın, səni qınayıb nifrət edən olmasın.-Heyf ki, qızım olmadı. Qızım olsaydı heç olmasa anasının bu gününə doyunca ağlayardı, haray çəkərdi. Neynək oğul, təki sən yaxşı ol, yaxşı yaşa.Bu gün ayağına daş dəyməsini belə istəmirəm. Ayağının ucuna dəyən daş mənim ürəyimin başına dəysin, o puç etdiyiniz ürəyimin başına.Ancaq, onu bilki mən öləndə ruhum sənə qarğışçı olacaq, sənə halallıq verməyəcək. Onu unutma oğlum!
Gözlərində su da qalmamışdı ananın.Bir anlığa dayandı. Başını qaldırıb yanında bizi gördü, bir məni, bir də əlində su qabı tutmuş uşağı.
-Bıy, siz burdasınız ay oğul?! -Siz Allah məni bağışlayın. Ürəyim dolu idi, qəm, kədər!-Ağladım xeyli yüngülləşdim.-Uşaq, nənə al bi sudan iç. Səninçün gətirmişəm. Ooyy sənə qurban nənə!-Sənə də qurban, sənə tərbiyə verən ata-anaya da.
-Bəs mənim nəvələrim hardadı görəsən. Heç ata-analarından soruşurlarmı görəsən bizim nənəmiz, babamız yoxdur?-Soruşsalar görəsən oğlum nə deyər?- Yəqin deyər var idi, indi yoxdu. Artıq ölüb o!
-Ana bir az su içdi, toxdadı. Mən də yavaşca, ehtiyatla soruşdum, anacan niyə ağlayırsan. Axı, sənə nə olub, niyə bu arabadasan?-Ehh, bala!-Özümü ağlayıram, öz halımı ağlayıram.Olmuşam şikəst. Həkimlərin dediyinə görə uzun müddətli müalicə lazımdır.Onu da kimdi elətdirən. Qalmışam bu gündə.-Ay oğul, o qədər zülüm çəkmişəm ki, ayaq neyləsin. Gərək məni qaldıran ola, çölə-içəri aparıb gətirən ola. O, da ki yoxdur.Qızım yox, oğulda belə.Gəlin oğluma deyir mən baxan deyiləm o anan, o da sən. Bax beləcə məni atıb getdilər. Mən də qaldım tək-tənha.Çiçək satmaqla başımı qatıb, ölümümü gözləyirəm bala.Doğrusu bu yaşlı qadının, bu xəstə qadının həyatını eşitdikcə az qalırdı mən də ona qoşulub ağlayam doyunca.
Ay oğul, bir az bundan əvvəl başıma bir iş gəldi axı.- Nə iş, ana?
Günün istiliyindən üz- gözümü örtmüşdüm. Bir nəfər orta yaşlı olardı oğlan o tindən çıxıb bir anlığa qarşımda dayandı. Gözlərim də yaxşı seçmir axı. Bilmədim kim idi cibindən pul çıxarıb ovcuma qoydu və cəld addımlarla uzaqlaşdı.Arxasınca çağırdım ay oğul, a bala axı çiçəklərin qaldı.Gəl çiçəklərini apar!-Qayıtmadı, bala o gedən getdi. İndi o pulu mən neyniyim.-Axı kimliyini də bilmirəm ki, …Bu yad adamın pulu mənim nəyimə lazımdı. – Bu anda yadıma M.V. Vidadinin bir kəlamı yadıma düşdü
-Xudaya, insanın halı yamandı
Nələr çəkdiyimiz sənə əyandı
Mənası varmıdır min təriqətin
Aç-aç qapısın sən həqiqətin!
Belə daş ürəkli övladları neynirdin ilahi deyərək mənim də qəlbim qan ağladı,qan. -İçimdə mən də hayqırdım ay nankor oğul qayıt, qayıt pulunu götür.-Niyə sən o ananın qarşısında diz çökmədin,əllərindən, ayaqlarından öpüb üzr istəmədin?
Niyə demədin ana, biqeyrət oğul oldum, nankor oğul oldum. Səni atdım. Bağışla məni, bağışla ana, demədin!-
- Axı, niyə, niyə?!

Tofiq Əmrahov
AYB-nin üzvü, Azərbaycanın Milli qəhrəmanı