GenelGüncelKültür SanatTürk Dünyası

Cavanşir Feyziyev : 27 Eylül – Zafere giden Yol…

27 Eylül – Zafere giden Yol…
Cavanşir Feyziyev
Milli Məclisin deputatı
Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilmiş “Anım Günü” Vətən müharibəsində qəhrəmancasına döyüşərək ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramın ifadəsidir. 27 sentyabr milli ruhumuzun mücadiləyə kökləndiyi, milli həmrəyliyimizin ən yüksək səviyyədə özünü nümayiş etdirdiyi və doğma torpaqlarımızı işğaldan azad etmək üçün hərbi-siyasi gücümüzün qətiyyətlə ortaya qoyulduğu şərəfli bir tarixdir.

27 sentyabr Vətən müharibəmizin başlanma tarixi və tarixi Qələbəyə aparan yolun təməlidir. Azərbaycan Ordusu 27 sentyabrdan noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. 44 gün ərzində Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu. Noyabrın 10-da imzalanmış bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verildi. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olundu. Üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsinin işğalına son qoyuldu. Dekabrın 1-də isə Laçın rayonu Azərbaycana təhvil verildi. Nəhayət, 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı.

Azərbaycan öz coğrafiyası üçün xain əllərin cızdığı bütün məkrli planları alt-üst edərək öz torpaqlarına sahib çıxdı. Sovet dövründən miras qalmış “Dağlıq Qarabağ” söz birləşməsini leksikondan çıxarıldı, Qarabağ və Şərqi Zəngəzur inzibati ərazi vahidlıri təsis olundu. Doğma torpaqlarımız öz sahibinə qovuşmaqla bərabər həm də öz tarixi adlarına qovuşdu.
30 il ərzində işğal altında qalmış torpaqlarımızda ermənilərin törətdikləri dəhşət və vəhşət hələ uzun illər müxtəlif yönümlü araşdırmaların və dəyərləndirmələrin mövzusu olacaq. Ancaq bir şey bəllidir ki, sivil dünyada yaşadığımızı iddia etdiyimiz bir dövrdə ermənilərin dinc insanlara, işğal etdikləri torpaqlara, bu torpaqlar üzərində insanların alın təri ilə ərsəyə gəlmiş minlərlə tikililərə, o cümlədən bəşəri əhəmiyyət daşıyan tarixi-mədəni abidələrimizə qarşı törədilmiş cinayətlər heç də sivil dünyanın sakinlərinə xas olan hərəkətlər deyildi. Bütün bunları ermənilər bizim torpaqlarımızda, bizim şəhər və kəndlərimizə qarşı və nəhayət bizim xalqımıza qarşı etmişdilər. Nəhayət, onların 27 sentyabr 2020-ci il tarixində cəhd göstərdiklri növbəti hərbi təxribat azadlıq müharibəsinin alovlanması üçün bir qığılcım oldu.

Atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini artilleriya atəşinə tutmaqla Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Hərbi qulluqçular, 11 dinc sakin, o cümlədən 2 uşaq həlak oldu. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. Müzəffər Azərbaycan Ordusu 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi altında ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdi. Suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda gedən müharibədə əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqımızın bir yumruq kimi birliyi və ümummilli həmrəyliyimiz düşmən üzərində tam və qəti qələbəmizi təmin etdi. Vətən savaşımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Dəmir Yumruğ”u, yenilməz Azərbaycan Ordusunun dünyaya səs salan şanlı Zəfəri, milli birlik və düşüncə bütövlüyümüzün təntənəsi olaraq tarixə çevrildi. Vətən müharibəsindəki qələbəmiz bir daha göstərdi ki, birlik və həmrəylik, iradə və əzmkarlıq Qələbəyə aparan yeganə yoldur.

Vətən müharibəsinin başlandığı 27 Sentyabr gününün dövlət başçısının sərəncamı ilə Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizə ehtiramın və onların doğmalarına ümumxalq minnətdarlığının təcəssümüdür.

Cavanşir Feyziyev : 27 Eylül - Zafere giden Yol
Cavanşir Feyziyev : 27 Eylül – Zafere giden Yol

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest