Qazax yazıçısı Rollan Seysenbayevin kitabı Nursultan Nazarbayev və Cavanşir Feyziyevin təqdim yazılarıyla yayınlandı
Ankarada “Bengü” yayınlarında nəşr olunan kitabın rəyçiləri Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti professor Aktotı Raimkulovadır.
Qeyd edək ki, kitab Layihənin rəhbərlərindən olan – Mahmud Kaşğari Fondunun Prezidenti, Azərbaycan Milli Məclisinin deputatı Cavanşir Feyziyevin Ön sözü və müstəqil Qazaxıstan Respublikasının ilk prezidenti Nursultan Nazarbayevin təqdim yazısıyla yayınlanıb.
