Genel

Cənubi Azərbaycan tarixinin oçerki (1828-1917) adlı kitab nəşrolub

“Cənubi Azərbaycan tarixinin oçerki (1828-1917)” adlı kitab nəşr olub

Cənubi Azərbaycanın tarixi inkişafının Türkmənçay sülh müqaviləsindən – Azərbaycanın iki yerə bölünməsindən başlayaraq qonşu dövlət olan Rusiyada bütün region, eləcə də bir sıra dünya dövlətlərinin və xalqlarının ictimai, iqtisadi və siyasi həyatının inkişafına əsaslı təsir göstərmiş Oktyabr sosialist inqilabının qələbəsinə qədərki bir dövrü əhatətı edən kitabda bir çox sosial-mədəni proseslərin inkişafı baxımından geridə qalmış Cənubi Azərbaycanın sosial-iqtisadi, siyasi-mədəni vəziyyəti öz əksini tapmışdır. Əsərdə Cənubi Azərbaycanın qonşu ölkələrlə, xüsusilə o dövr üçün Şərqdə mütərəqqi rol oynayan Rusiya və onun tərkibində olmaqla daha əlverişli şəraitdə inkişaf edən Şimali Azərbaycanla iqtisadi-mədəni, inqilabi-siyasi əlaqələrinin gedişi öz əksini tapmışdır.

1985-ci ildə kiril əlifbası ilə Şövkət Tağıyevanın məsul redaktorluğu ilə Bakıda “Elm” nəşriyyatında çap olunmuş əsərin ayrı-ayrı fəsilləri aşağıdakı müəlliflər tərəfindən yazılmışdır: müqəddimə, I və II fəsillər – tarix elmləri doktoru Ş.Ə.Tağıyeva (I fəsildə “Sənətkarlıq”, II fəsildə “Sənayenin vəziyyəti”, “Şəhərlərdə ictimai vəziyyət” bölmələrinin yazılmasında tarix elmləri doktoru, prof. Z.Z.Abdullayevin, II fəsildə “İmperializmə qarşı ilk çıxış” bölməsinin hazırlanmasında tarix elmləri doktoru T. Ə.İbrahimovun (Şahinin) təqdim etdiyi mətnlərdən istifadə edilmişdir); III fəsil – tarix elmləri doktoru T.Ə.İbrahimov (Şahin) (“İran inqilabının ictimai-iqtisadi və siyasi zəmini” adlı hissənin yazılmasında tarix elmləri doktoru R.Ə.Seyidovun təqdim etdiyi mətndən istifadə edilmişdir); IV fəsil – Ş.Ə.Tağıyeva və tarix elmləri namizədi Ə.M.Həbibov (şəhər həyatına aid hissənin yazılmasında prof. Z.Z.Abdullayevin təqdim etdiyi mətndən də istifadə edilmişdir); V fəsil – giriş hissə, “Ədəbiyyat”ın giriş hissəsi və “Nəsr” – tarix elmləri namizədi O.S.Məlikov, “Şeir” – filologiya elmləri doktorları N.R.Məmmədzadə və Q.Kəndli, “Maarif” – tarix elmləri namizədi M.İ.Şəmsi, “Çap işi və mətbuat” – A.Z.Zunuzi, “İctimai-siyasi fikrin inkişafı” – O.S.Məlikov (fəlsəfə elmləri doktorları Ə.M.Agahi və Ə. Əminzadənin təqdim etdikləri mətndən də istifadə edilmişdir). Redaktoradındanverilənqeydlərmərhum professor Ş.Ə.Tağıyevayaaiddir.

Kitabın latın qrafikası ilə təkrar çapa hazırlanması ilə əlaqədar işləri S.Bayramzadə, Ə.Rəhimli (Bije), S.Talıblı, Y.Hacıyeva, H.Səfəri və Ş.Rüstəmova icra etmişlər.

Ulu öndərimiz, ümummilli liderimiz H.Əliyevin 1994-cü ilin fevralın 22-dən 25-dək Böyük Britaniyaya ilk rəsmi səfəri zamanı yeni istiqlaliyyət qazanmış müstəqil Azərbaycanımıza milli qurur, güvənc və umid yeri kimi baxan Londondakı soydaşlarımız tərərfindən ikiyə bölünmüş ölkəmizin, millətimizin gələcək taleyi barədə sual verilərkən bildirmişdir ki, zaman gələcək, bölünmüş Vahid yenidən bütövləşəcəkdir!

2012-ci ilin əvvəllərində (25.01.2012) Goranboyda “N” saylı hərbi hissədə hərbçilərlə görüşündə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü barədə danışan ölkə prezidenti cənab İ.Əliyev də Azərbaycanı, onun xalqını ikiyə bölmüş “Gülüstan” (1813) və “Türkmənçay” (1828) müqavilələri barədə tarixi faktlara söykənərək qeyd etdi ki, Azərbaycanın ikiyə bölünməsini təsbit edən bu müqavilələrin imzalanmasından sonra ermənilərin Qafqaza, o sıradan İrəvana, Azərbaycana, Qarabağa köçürülməsi və yerləşdirilməsi bugünkü Dağlıq Qarabağın işğalını şərtləndirdi. Bununla belə prezident bildirdi ki, ədalət bərpa ediləcək və ərazi bütövlüyümüzü təmin etmək üçün də bütün imkanlarımız vardır! Belə ki, Ali Baş Komandanın beynəlxalq hüquqa, tarixi-siyasi amillərə və ölkəmizin iqtisadi-hərbi gücünə, xalqa  söykənən siyasi iradəsi, əzmi və inamı Qarabağ probleminin ədalətli həllinə, 44 günlük Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsinə gətirib çıxardı və ərazi bütövlüyümüz bərpa edildi.

Xüsusilə son 10 il ərzində Azərbaycan, xüsusilə də dövlətçilik tariximizlə bağlı dərin və əsaslı tədqiqat işlərinin aparılması, onların nəticələrinin bütün vasitələrlə işıqlandırılması və təbliği istiqamətində genişmiqyaslı işlər görülmüşdür. Tariximizin Səfəvilər, Əfşarlar hakimiyyəti dövrünə aid onlarla yeni yanaşma və məzmunda tədqiqat əsərləri işıq üzü görmüş, Türkmənçay və Gülüstan müqavilələri, onları doğuran tarixi şərait mötəbər mənbə və sənədlər əsasında bir daha nəzərdən keçirilərək xalqın müzakirəsinə verilmişdir. Azərbaycan xanlıqları, Azərbaycan Xalq Cümhuriyyəti, azərbaycanlılara qarşı həyata keçirilən soyqırım aktları barədə bir sıra elmi-tədqiqat əsərləri və sənədlər toplusu müxtəlif dillərdə çap edilərək dünya ictimaiyyətinin diqqətinə təqdim olunmuşdur.

Fikrimizcə, Azərbaycan tarixi ilə məşğul olan tədqiqatçı və alimlər bu məsələyə ərazi baxımından yanaşmamalı, Azərbaycanın həm şimalında və həm cənubunda məskunlaşmış xalqın tarixini hərtərəfli və əsaslı şəkildə öyrənməlidirlər.

Bu gün İran İslam Respublikasında 32-35 mln. nəfər arasında Azərbaycan türkü (azərbaycanlı) yaşamaqdadırlar. Onlar ölkənin müvafiq sahələr üzrə idarəçiliyində, onun ərazi bütövlüyü və sərhədlərinin qorunmasında fəal iştirak etməklə yanaşı, ölkənin daxili və xarici siyasətinə, o cümlədən Azərbaycan Respublikası ilə iqtisadi-ticari və ədəbi-mədəni əlaqələrin inkişafına ciddi təsir göstərmək gücünə də malikdirlər. Sözügedən əlaqələrin öyrənilməsi və eyni zamanda möhkəmləndirilməsi işində ilk ciddi addımlar ulu öndər Heydər Əliyev tərəfindən atılmışdır. Onun israrlı təşəbbüsləri nəticəsində hələ sovet dönəmində Cənubi Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyətinin öyrənilməsi və tədqiqi üçün böyük imkanlar açılmış oldu.

Azərbaycan Milli ElmlərAkademiyası akad. Z.M.BünyadovadınaŞərqşünaslıqİnstitutununmövcudolduğuuzunillərərzindəCənubiAzərbaycanproblemləri, əsasən, İran tarixivəiqtisadiyyatışöbəsidaxilindəöyrənilmişdir. CənubiAzərbaycanlabağlıtədqiqatlarda 1941-1946-cı illərmilli-azadlıqhərəkatı, xüsusəndəAzərbaycan Milli Hökumətininyaranması, onunmüxtəlifsahələrvəistiqamətlərüzrəfəaliyyəti, həmçininhəmindövrdəmeydanagəlmişmüxtəlifictimai-siyasitəşkilatlarınişi, Azərbaycandamövcudolanmədənivəmənəvihəyatgenişşəkildəaraşdırılmış, hərəkatınmeydanagəlməsəbəbləri, hərəkətvericiqüvvələri, məğlubiyyətsəbəbləriəsaslışəkildəöyrənilmişdir.

1976-cı ildən sonra isə Cənubi Azərbaycanın tarixi, o cümlədən Azərbaycan məsələsiAzərbaycan Milli ElmlərAkademiyasının akad. Z.M.BünyadovadınaŞərqşünaslıqİnstitutununelmistrukturundayaradılanCənubiAzərbaycantarixişöbəsitərəfindəndahaardıcılvəsistemlibirşəkildəöyrənilir.Cənubi Azərbaycan şöbəsinin yaranmasından keçən tarixi dövr ərzində onlarla tədqiqat işləri icra edilmiş, onların nəticəsi olaraq müvafiq toplu və monoqrafiyalar çap edilmişdir.

Kitabda qeyd edilir ki, İranda ənənəvi olaraq feodal millətçiliyi olmamış, həm İran, həm də Azərbaycanda ictimai-siyasi fikrin inkişafında milli məsələyə zəif diqqət yetirilmiş, həm farslar, həm də azərbaycanlılar vahid millət ideyasından çıxış etmişlər. Oçerkin əhatə etdiyi tarixi dövr (1828-1917) ərzində İranda hakimiyyət türk (Azərbaycan) əsilli Qacar tayfasınının əlində və ordunun əsas hissəsi azərbaycanlılardan təşkil olunmuş olsa da, inzibati-ərazi bölgüsünə görə ölkənin ən böyük əyalətlərindən biri olan Azərbaycanda cəmiyyətin əsas təbəqəsi olan kəndlilər hakim təbəqələr tərəfindən amansızcasına istismar olunurdular.

Kitabda Azərbaycan mədəniyyəti sahəsində baş verən dəyişikliklər, xüsusilə 1905-1911-ci illər İran Məşrutə inqilabı dövründə teatr və mətbuat sahəsində əldə olunmuş uğurlar geniş şəkildə şərh olunur. Qeyd olunur ki, mədəniyyət sahəsində baş verən bu canlanma müvəqqəti xarakter daşısa da, “vətənpərvər azərbaycanlılar içərisində onların ümummilli, mədəni və etnik vəhdəti haqqında fikir yetişir, özünə getdikcə daha geniş yol tapır, cənubi azərbaycanlılar  bir millət kimi təşəkkül etməyə başlayırdılar”.

Kitab Cənubi Azərbaycan tarixini öyrənmək baxımından ilkin mənbə rolunu oynadığı üçün çox faydalıdır. Əsər səlis dildə, zəngin mənbə və ədəbiyyat əsasında yazılıb.

İnstitutun elmi şurası kitabın yuxarıda qeyd olunan məziyyətlərini, müvafiq sahələr üzrə mütəxəssislərin, alim və tədqiqatçıların tariximizin hələ də tam araşdırılmamış cənub qoluna olan marağını nəzərə alaraq onun yenidən latın əlifbasında çap edilməsinə qərar vermiş oldu. Kitabın elektron nüsxəsinin də çapdan sonra geniş oxucu kütləsinin diqqətinə təqdim edilməsi nəzərdə tutulur.

“Cənubi Azərbaycan” şöbəsinin əməkdaşları 2020-2022-ci illərin plan işi üzrə “Cənubi Azərbaycan tarixinin oçerki. Ən yeni dövr: 1918-1979”adlı çox böyük və əhatəli elmi bir işin icrası ilə məşğuldurlar. Qarşıdakı yaxın illərdə bu əsər də çap edilərək oxucuların ixtiyarına veriləcəkdir.

1976-cı ildən başlayaraq AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu nəzdində fəaliyyət göstərən “Cənubi Azərbaycan” şöbəsi parçalanmış Vətənimizin cənub hissəsinin çağdaş tarixini kompleks şəkildə öyrənmək, tədqiq etmək və bununla bağlı onlarla elmi-tədqiqat, elmi-publisistik əsərləri ortaya qoymaqla artıq ənənəvi bir məktəbə çevrilmişdir.

Sübhan Talıblı

dosent, tarix üzrə fəlsəfə doktoru,

Azərbaycan Milli Elmlər Akademiyası

Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu

Pin It on Pinterest