GenelGüncelKültür Sanat

Bu gecə yuxuma gəl – Gülər Ramizqızı

Nazım AHMETLİ

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Gülər Ramizqızı

Bu gecə yuxuma gəl

Sevdiyim bilirsən, necə darıxdım,

Əksindən gözümə nur çiləmişəm.

Nigaran hissələrlə  yata bilmədim,

Bu gecə yuxuma gəl, diləmişəm.

                ***

Gecə uzun olsun, yuxum çəkilsin,

Nəfəsindən öpüş qalsın üzümdə.

Əllərin əlimdə, baxışın məndə,

Könlün məndə olsun, gözün gözümdə.

                 ***

Sevgidən, danışaq, bütün gecəni,

Ayrılıq sözünü birgə unudaq.

Payız xəzəli tək çəkilib getsin,

Həsrət yarpaq-yarpaq, dərd budaq-budaq.

TƏNHALIQ

Yenə yağmurlu payız gecəsi,

Düşüb tənhalığa səssiz otağım.  

İsitmir sobanın isti nəfəsi,

Buz kimi olubdu, sənsiz yatağım.

                 ***

Yenə xəyalınla baş-başayam mən,

Yoxdur səndən başqa inan, bir kəsim.

Həsrətin, kədərin baş daşıyam mən,

Quruyur dodağım, titrəyir səsim.

Dikilib baxışın, gözlərin mənə,

Dayanıb uzaqdan mənə baxırsan.

Toxunmaq istərkən əllərim sənə,

Bir göz qırpımında yoxa çıxırsan.

                ***

Uzanır əllərim getmə, bir az dur,

Bu qədər yaxınkən uzaqsan, nədən?

Dönürəm çırağı sönən otağa.

Elə bil baxırsan, min qərinədən.

                 ***

Bu gecə yenə də sən yoxsan, yoxsan

Puç olub ümidlər, saralır, vallah.

Sənsiz yaşamaqdan ölüm yaxşıdır,

Bilmirəm, bu necə sevgidir Allah!.

                ***

Boğur kədər məni, ağrılar məni,

Sənsiz açılmasın günəşli səhər.

Yorur həsrət məni, yorur dərd məni.

Ürəyimdə həsrət, gözümdə qəhər.

                ***

Ayrılıq  ağırdı, əyir qəddimi,

Ömrümüzdən ötən fəsillər hanı?

Zaman da həddini unumasın heç,

Sevgilər bəzəsin gözəl dünyanı.

                ***

Dön, artıq həsrətin buzunu ərit,

Ümidlə, sevgiylə gözlədim, səni.

İsti nəfəsinlə qəlbimi qızdır,

Daha sənsizliyə öyrətmə məni!

SƏNSİZ

Səhərdir… aydın, işıqlı səhər,

Açıldı yenə də səhərim, sənsiz.

Qəhərdir… sıxır məni acı bir qəhər,

İnan ki, qalmayıb təhərim, sənsiz.

                ***

Həsrətdən yanmışam göz qırpımında,

Sönməyir alovum, közərir sənsiz.

Boğulub qalmışam tüstü, dumanda,

Dözməyir ürəyim, göynəyir sənsiz.

                ***

Gecədir… qaranlıq, zülmət bir gecə,

Ulduzlar səmada alışır necə?

Canımı qovurur, qəhər gizlicə,

Alışır könlümdə qəhərim sənsiz.

Sən məni ayırdın öz aləmimdən

Sizin qapınızdan ötdüyüm zaman,

Deyirəm xoşbəxtəm bu yer üzündə.

Elə bilirəm ki, sizin qapıdan,

Elə mən salmışam ayaq izin də.

                ***

Doğrusu əvəllər ayrıydı, yolum,

İndisə bu məndə bir adət olub.

Səni ilk görəndə birtəhər oldum,

İndi o “birtəhər” məhəbbət olub.

                ***

Səni görməmişdim rahat idim mən,

Öz yolum, öz arzum, öz dərdim vardı.

Sən məni ayırdın öz aləmimdən,

Bilmirəm, o aləm harada qaldı?

                ***

Özgə bir dərd imiş bu hicran dərdi,

Nə unutmaq olur, nə udmaq olur.

Bu necə sevincdi, necə kədərdi,

Bəzən ümman olur, bəzən dağ olur.

                ***

Bəzən tənha qalmaq istəyirəm mən,

Bəzən tənhalıq da sıxır qəlbimi.

Bəzən də qorxuram danışsam birdən,

Ayağa salaram mən öz sevgimi.

                ***

Bircə an unutsam itirrəm onu,

Onun qayğısına de, kim qalacaq,

Çətin bir də yola gətirrəm onu,

O mənsiz bilirəm yetim qalacaq.

Yağ ey yağış

Yağ ey yağış gözlərimə göz yaşlarım bilinməsin,

Hərdən gülən gözlərimdən gülüş izi silinməsin.

Qorxuram ki, gülsəm qəfil sonsuzadək ağlayaram.

Elə yağ ki, damlalardan bir təsəlli saxlayaram.

Fasiləsiz, həm fəsilsiz, gah istidən, gah da soyuqdan,

Damla-damla, narın-narın ara vermədən ömrüm boyu.

Süzüldükcə damlaların axıb hopsun yanan qəlbə,

Yusun orda həsrət, qəmi, kədər olsun qəlpə-qəlpə.

Bəlkə onda çətir ola nəmli qalan kirpiklərin,

Nur çiləyər  hər tərəfə,sola ömür adlı sonsuz yola,

Eşqlə çaxan şimşəklərin, işıq saçsın, sağa-sola.

Çıxıb getmək istəyirəm

Çıxıb getmək istəyirəm tənhalığa, səssizliyə,

O yerə ki, mən mənimlə yalnız qalsın.

Bir kimsələr niskilimi anlamasın.

Sonsuz səhra, izsiz ada,

Sükut çöksün öz dünyamda.

Nə hənirti, nə bir nəfəs,

Təklik olsun mənə qəfəs.

Cingildəsin qulaqlarım boşluqlardan,

Çəkilməsin adım mənim yaşanılan varlıqlardan.

Tək mən olum, bir də kölgəm,

Kölgəm olsun mənə həmdəm.

Dön gəl

Baxışlarım yollara cığır salıbdır,

Dur gəl, keç üstündən həsrətin, qəmin.

İzlərində göz yaşımdan naxış qalıbdır,

Çıxartma özəyin bu məhəbbətin.

Qıyma iliyimə bu qəm yeriyə,

Kövrək baxışımın cığırı ilə.

Dön gəl! Sevdiyim qayıt geriyə,

Bu cavan ömrümü sən vermə yelə.

Niyə görüşdürdü təsadüf bizi,

Əgər bu ayrılıq vardısa onda.

Gərək sevməyəydik bir-birimizi,

Həm həsrət, həm də ki, hicranın vardısa sonda.

QADIN

Sevgi təcəssümlü, məhəbbət adlı,

Qayğıkeş, sevimli, fədakar Qadın!

Söhbəti məzəli, əlləri dadlı,

Xeyirxah əməlli lütfkar Qadın!

Ayağı altında cənnət daşıyan,

Namuslu, şərəfli ömür yaşayan.

Hörmətin saxlayar özgənin, yadın,

Sədaqətli, mehriban, mələkdir Qadın!

Dünyaya gəlişi sevincli hissdir,

Özü boyda büsbütün dünyadır Qadın,

Üç hərfdə sonsuz mənadır adın!

                        ANA

Sən məni canından can bəsləmisən,

Hər ağrı-acıya sinə gərmisən.

Yatmayıb gecələr keşik çəkmisən,

Həzin-həzin layla çalmısan, ana!

                ***

Qorumusan soyuqdan, şaxtadan, qardan.

Qorxmusan ötüşən hər bir havadan.

Əziz tutmusan şirin canından,

İsti qucağına almısan ana!

                ***

Ağlayanda körpən əzab çəkmisən,

Gülüşüylə sevinib, fərəhlənmisən.

Böyütdükcə saçına dənlər tökmüsən,

Mənə arxa-dayaq olmusan, ana.

Hüseynzadə (Əşrəfova) Gülər Ramiz qızı

1985-ci ilin may ayının 24-də Ağsu rayonunda dünyaya göz açmışdır.

Gülər Ramiz qızı 1992-ci ildə Ağsu rayon Aslan Nadirov adına 1 saylı orta məktəbə daxil olur. 1994-cü ildə Ağsu rayon uşaq musiqi məktəbinin piano şöbəsinə də qəbul olur. Musiqiyə, şeirə, incəsənətə uşaq yaşlarından həvəsi olan Gülər 7 illik uşaq musiqi məktəbini bitirdikdən sonra 2001-ci ildə Sumqayıt şəhər Soltan Hacıbəyov adına musiqi kollecinin musiqi nəzəriyyəsi fakültəsində təhsilini davam etdirir. 2003-cü ildə ailə həyatı qurur. Hal-hazırda ailəlidir, 4 övladı var.

Buna baxmayaraq Gülər xanımın şeirə, sənətə olan sevgisi tükənməzdir!

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest