Bu dünyada bir adamın dərd yükü Olmalıdır hər adamın – dərd yükü..
Niyə olduq, dərd nökəri.
Yükümüz – dərd, özümüz – dərd,
İş-güc qalıb bir tərəfdə,
Eh, yenə də sözümüz – dərd…
Yaramazın biri sənə
Əmr eləyir dönə-dönə.
Deməsə də üzümüzə
Baxan görür üzümüz – dərd.
Ocaq yanır, istisi yox,
Yaxşı yanır… Tüstüsü -yox.
Köz yerinə külümüz çox…
Bax burda da közümüz – dərd.
Tstəyirik comərd olaq,
İgid olaq,çox mərd olaq.
Xöşbəxtliyə bələd olaq..
Güvəncimiz
– düzümüz – dərd….
Mizanında çəkər bizi,
Hara çəkib tökər bizi?
Öz başından əkər bizi,
Həyatdakı izimiz – dərd.
Bu dünyanın döngələri…
Qurban verib cöngələri,
Bizləyirdik əngəlləri….
Korşaldılan bizimiz – dərd.
Nazim Nəsrəddinov
Bakı.
16.10.2019.
Bu dünyada bir adamın dərd yükü
Olmalıdır hər adamın – dərd yükü…
(Nazim Nəsrəddinov)
16.10.2019.