Genel

Bu dünyada bir adamın dərd yükü Olmalıdır hər adamın – dərd yükü..

Niyə olduq, dərd nökəri.
Yükümüz – dərd, özümüz –  dərd,
İş-güc qalıb bir tərəfdə,
Eh, yenə də sözümüz –  dərd…

Yaramazın biri sənə

Əmr eləyir dönə-dönə.

Deməsə də üzümüzə

Baxan görür üzümüz – dərd.

Ocaq yanır, istisi yox,

Yaxşı yanır… Tüstüsü -yox.

Köz yerinə külümüz çox…

Bax burda da közümüz –   dərd.

Tstəyirik comərd olaq,

İgid olaq,çox mərd olaq.

Xöşbəxtliyə bələd olaq..

Güvəncimiz  

– düzümüz –  dərd….

Mizanında çəkər bizi,

Hara çəkib tökər bizi?

Öz başından əkər bizi,

Həyatdakı izimiz  –   dərd.

Bu dünyanın  döngələri…

Qurban verib cöngələri,

Bizləyirdik əngəlləri….

Korşaldılan  bizimiz –   dərd.

Nazim Nəsrəddinov

Bakı.

16.10.2019.

One thought on “Bu dünyada bir adamın dərd yükü Olmalıdır hər adamın – dərd yükü..

  • Bu dünyada bir adamın dərd yükü
    Olmalıdır hər adamın – dərd yükü…

    (Nazim Nəsrəddinov)
    16.10.2019.

Yorumlar kapatıldı.

Pin It on Pinterest