GenelGüncel

Bozqurd işarəsinin Türk mifologiyasındakı yeri və önəmi

Sənan Qacar

Yol göstərici, qutlu qurd, bütün türk və moğol boylarının ortaq öngunudur. Bəzi türk və moğol boyları, soylarının bu qutlu varlıqdan törətdiyinə inanırlar. Çox zaman soyun bir qolu Göyqurd’dan, digər qolu isə Göygeyik’dən gəlməkdə olduguna inanılır. Qurd sürülərinin başında dayanan idarə edən qurdlara da Göyqurd deyilir. Baskır və Börü kəlimələri də dəyisik ləhçələrdə və şivələrdə qurd deməkdir. Bozqurd göy üzünü təmsil edər. Alageyik isə yer üzünün simgəsidir. Göytürklərin göy (mavi) bayraqlarında Qurd bası rəsmi vardır. Savaşçılığı və savaş ruhunu, özgürlüyü, sərtliyi, cəldliyi və təbiəti təmsil edər.

bozkurt
bozkurt

Türk millətinin başına bir iş gəldiyində, bir təhtit olduğunda ortaya çıxar və yol göstərir. Ergenekon çıxışında ortaya çıxıb yol göstərdiyi kimi. Türk qurultaylarında, çadırların önünə üst zirvəsində qurd başı olan dirəklər basdırılır. Savaş ruhu (Tanrısı) Qurd görünümünə bürünür. 6-cı yüz illə aid bir daş abidədə qurddan süt əmən bir uşaq göstərilir. Bozqurda bəzi türk boylarında “Göyoğlu” da deyilir. Yakut türklərində bozqurd, Bosko olaraq ifadə edilir. Moğol və Qırğızlarda Bozkırda (çöllüklərdə) gəzərkən bozqurd görmək uğurdur. Başkurt Türkləri, inancına görə qurd onların atalarının önünə düşərək yol göstərmişdir. Buna görə özlərinə Başkurd deyirlər. Bozqurd işarəsinin, İslamdan öncə Göytürk dönəmində və digər türk dövlətlərin də Türk Xaqanlarının zəfər işarəsi olduğu bilinməkdədir.

Namiq Adilxan

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest