GenelGüncel

Böyük Qələbə: Bütöv Azərbaycanın şərəfli salnaməsi

“Tarixə nəzər salsaq, beynəlxalq və reginonal güclərin hərtərəfli dəstəyi ilə ermənilər tarixi Azərbaycan ərazilərinə müxtəlif adlar və müxtəlif məqsədlər üçün yerləşdirildikdən sonra, zaman-zaman istər tarixi Azərbaycan torpaqlarında, istərsə də Türkiyə, Qafqaz, Orta Asiya və digər yerlərdə terror, etnik təmizləmə, təcavüzkarlıq, pozuçuluq və s. əməllər törətmişdilər”.

Bu açıqlamanı Metbuat.az-a AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı bildirib. Tarixçli alim deyir ki, ermənilərin Qafqaza yerləşdirilməsində məqsəd böyük güclərin əli ilə regionun yerli əhalisini köçürmək, türk-müsəlman xalqlarına qarşı etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirməkdən ibarət olmuşdur. Sübhan Talıblı tarixə nəzər salaraq xatırlatdı ki, 1988-ci ildən başlayaraq təcüvüzkar Ermənistan Azərbaycanın tarixi torpaqlarına qarşı ərazi iddiaları irəli sürmüş ölkəmizə qarşı hərbi təcavüzə başlamış, bununla da Ermənistan və onu dəstəkləyən qüvvələrlə birlikdə torpaqlarımızın 20%-ni işğal edilərək, 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüşdür.

Vaqif məqbərəsinin bərpası  Azərbaycan xalqına tarixi
SUBHAN TALIBLI

“Xüsusilə qeyd etmək lazımdır ki, Ali Baş Komandanın rəhbərliyi Azərbaycanın 27 sentyabr 2020-ci ildə başladığı əks-hücum əməliyyatı nəticəsində xalqımız müzəffər Azərbaycan ordusu birlikdə şanlı qələbənin sevincini yaşadı. Bu qədər qısa müddətdə həm iqtisadi, həm siyasi, həm də ordu quruculuğu baxımından uğurlara imza atan Azərbaycan ordusu, Ali baş komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə 30 il erməni işğalı altında qalan torpaqlarını azad etdi. Tarixə qızıl hərflərlə yazılan bu tarixi gün, 10 milyonluq Azərbaycan xalqının, zəfəri bütövlükdə bütün türk dünyasının qələbəsi idi. Azərbaycan Vətən müharibəsi ilə təcavüzkar Ermənistana və terror birləşmələrinə, Ermənistanı dəstəkləyən regional və beynəlxalq güclərə sübut etdi ki, Azərbaycan Rerspublikası istər diplomatiyada, istərsə də döyüş meydanında düşmənə layiqincə və peşəkarcasına cavab verib. Siyasi sabitliyin, vətəndaş birliyinin təmin edilməsi xalqımızın istədiyi ən birinci arzusudur. Biz heç zaman müharibənin, qan tökülməsinin tərəfdarı olmamışıq. Yeri gəlmişkən demək olar ki, yüksək iqtisadi inkişaf olmasaydı müasir silahlar əldə edə bilməzdik. Azərbaycan enerji müstəqilliyinə nail oldu və tarixi layihələri həyata keçirdi. 2006-2007-ci illərdə neft-qaz kəmərləri inşa edildi. Əgər, o kəmərlər tikilməsəydi, bizim bu qədər vəsaitimiz olmazdı. Vəsait yoxdursa, silah da olmayacaqdı. Qürurverici haldır ki, məhz Ali Baş Komandanımızın qətiyyəti sayəsində xalqımız həsrətində olduğu qələbə sevincini dadmış oldu. Ölkə başçısı İlham Əliyevin hər birimizin həyat amalına çevrilmiş “Qarabağ Azərbaycandır!” şüarı öz təsdiqini tapmış oldu. Bu gün üçrəngli bayrağımızın Füzulidə, Cəbrayılda, Suqovuşanda, Xudafərində və işğaldan azad olunmuş digər yaşayış məntəqələrimizdə dalğalanması hər bir azərbaycanlıda böyük fəxarət hissi yaradıb.”

Sübhan Talıblı deyir ki, Ermənistanın təxribatlarına və dəfələrlə hərbi təcavüzlərinə nəzər saldıqda görürük ki, 2019-cu ildən etibarən təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyinin bir-birinin ardınca verdiyi təxribatçı bəyanatlar və atdığı addımlar danışıqlar prosesini məqsədyönlü şəkildə tamamilə pozulmasına xidmət edirdi. Tarixçi-alim qeyd etdi ki, 2020-ci il iyulun 12-də Ermənistan–Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törədən ermənilər, eyni zamanda, bütövlükdə qoşunların təmas xəttində gərginliyi artıraraq, cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmləşdirib, böyük həcmdə silah-sursat toplayaraq genişmiqyaslı hücuma hazırlaşmağa cəhd etmişdilər.

” Torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Şəhidlərimizin intiqamını döyüş meydanında aldıq. Həm İkinci, həm də Birinci Qarabağ müharibəsinin şəhidlərinin, o cümlədən günahsız insanların, Xocalı qurbanlarının, digər mülki şəxslərin intiqamını müzəffər ordumuzun döyüşçüləri düşməndən döyüş meydanında aldı. Prezident İlham Əliyev haqlı olaraq qeyd edir ki, ”44 günlük Vətən müharibəsi bizim gücümüzü, iradəmizi, birliyimizi göstərdi. Göstərdi ki, heç vaxt Azərbaycan xalqı bu vəziyyətlə barışmayacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində bir dəfə də geriyə addım atmamışdı. Ermənistan bir dəfə də uğurlu əməliyyat apara bilməmişdir. Ermənistan ordusunda 10 min fərari olub, özləri bunu etiraf ediblər. Azərbaycan Ordusunda, Silahlı Qüvvələrimizdə bir nəfər də fərari olmamışdır. Yaralanmış hərbçilər, ağır yaralanmış hərbçilər bir amalla yaşayırdılar ki, tezliklə sağalıb yenə də döyüşə qayıtsınlar. Azərbaycan xalqı, Azərbaycan əsgər və zabitləri yüksək mənəvi ruh göstərmişdir. Azərbaycan bu tarixi Qələbəni Azərbaycan Respublikasının Prezidenti və onun Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı daxili və xarici siyasəti, hərb strategiyası, Müzəffər Ordumuzun peşəkarlığı, yüksək döyüş qabiliyyəti, hərb meydanında göstərdikləri qəhrəmanlıqları nəticəsində 44 gün ərzində düşmənə sarsıdıcı zərbələr endirməklə qazandı. Müzəffər Azərbaycan ordusunun Ali Baş komandanı, Azərbaycan Respublikasının Prezindenti Cənab İlham Əliyevin rəhbərliyi altında tərtib edilmiş Dəmir yumruq” adı almış əks-hücum əməliyyatı nəticəsində Azərbaycan ordusu öz qanı-canı bahasına, yüksək milli ruhu, Vətənə bağlılığı ilə haqqımız olan, ərazi bütövlüyümüzü təmin etdi. Qələbimizin ən yüksək zirvəsi Şuşa əməliyyatı olmuşdur. Azərbaycan ordusunun, xüsusilə də xüsusi təyinatlılarımızın düşməni lərzəyə salan inanılmaz fiziki və mənəvi qüvvələrin səfərbər edilməsi sayəsində Azərbaycanın sevgilisi Şuşa şəhəri düşmənin işğalından azad edildi. Xüsusilə qeyd olunası faktlardan da biri odur ki, İkinci Qarabağ müharibəsində informasiya diplomatiyasının aparılması, həqiqətlərin dünyaya çatdırılması da müharibənin taleyinə təsir edirdi. Prezidetimiz hər çıxışında ermənilərin Dağlıq Qarabağa münaqişəsi barədə yalan təsəvvürlərinə faktlarla tutarlı cavab verirdi. Məhz ikinci Qarabağ müharibəsində qazanılan tarixi qələbəmiz Azərbaycan dövlətinin gücünü və xalqının milli birliyini bütün dünyaya nümayiş etdirdi.”

Pin It on Pinterest