GenelGüncelKültür SanatTürk Dünyası

BÖYÜK ÇİN SƏDDİ

Sənan Qılıncarslan Qacar – Kırımınsesi- Azerbaycan

BUNLARI BİLMƏK MARAQLIDIR!

Böyük Çin səddi Bəşər tarixində gələcək nəsillərə insan əlilə yaradılmış çox heyrətamiz möcüzələr yadigar qalmışdır. Onlardan biri də çinlilərin yaradan əlləri və bitib-tükənməz əməkləri ilə tikilən Böyük Çin səddidir. Çinlilər bu səddə Vanli Çançen deyirlər. Sarı dənizin Lyodun körfəzinin sahillərindən başlayıb, Çinin şimal sərhədləri boyunca uzanan və Qobi səhralarından keçən səddin ümumi uzunluğu 4250 kilometrdən artıqdır. Böyük Çin səddi ilk dəfə e.ə. 221-ci ildə Çin imperatoru Çin Şi-Xuandi tərəfindən cəmi on ilə tikilmişdir. Sonralar bu müdafiə xəttinin tikintisi yüz illərlə davam etdirilərək, on min li uzadılmışdır. (1 li təqribən 576 metrdir). İmperator istəyirdi ki, onun tikdirdiyi nəhəng daş divarı heç bir qüvvə yıxa və ondan aşa bilməsin. Səddin birinci hissəsinin uzunluğu 2450 kilometr olmalı idi. Uca dağlardan, dərin dərələrdən, susuz səhralardan keçən bu tikinti çox çətin şəraitdə aparılırdı. Tikintiyə inşaat materialları əllə daşınırdı. Və buna da yüz minlərlə insan əməyi sərf edilirdi. 2450 kilometrlik səddin tikintisi cəmi on ilə – e.ə. 230-cu ildə başa çatdırıldı. Bu şərəfə imperator Çin-Şi-Xuandi Men-Tyanı böyük mükafatlarla təltif elədi. Amma imperator bilmədi ki, bu nəhəng səddi tikib qurtarana qədər qarda, şaxtada, səhralarda aclıqdan, susuzluqdan, soyuqdan və ağır əməkdən ildə 400 mindən çox işçi həlak olmuşdu. Məhz buna görə də həmin dövrdən Çində belə bir xalq misalı yaranıb. “Hər kərpicin sayı qədər insan udan bu divarlar dünyanın ən uzun qəbiristanlığıdır”. Bu deyimdə böyük həqiqət vardı. Çünki ölən adamlar Men-Tyanın əmri ilə qala divarlarına hörülürdü. Sonrakı bir neçə əsrdə Böyük Çin səddi daha 2000 kilometr uzadılaraq dünyanın ən böyük, ən uzun səddinə çevrilmişdir. Lakin o, yeni eranın VI əsrindən başlayaraq qüdrətli türk imperiyalarının güclü ordularının önünü saxlaya bilmir və öz keçilməz-aşılmaz müdafiə funksiyasını itirir. Orta əsrlər tarixindən məlumdur ki, qədim türk imperatorları Bilgə Xaqan, Mete, Çingiz Xan Böyük Çin səddini aşaraq ölkənin içərilərinə yerimişdilər. Min sülalə imperatorluğu dövründə (XV-XVI əsrlər) Böyük Çin səddi yenidən bərpa edilərək bir daha Çin xalqını vahid məqsəd – Çin dövlətini yadellilərdən qorumaq uğrunda birləşdirdi. Elə o dövrdən də Böyük Çin səddi öz müasir görkəmini qoruyub saxlamışdır. Hazırda bu nadir və qeyri-adi tikinti qədim dünya insanlarının əlilə tikilmiş ən böyük möcüzələrindən biri olmaqla, Şərq aləminin nadir tarixi-memarlıq və maddi-mədəniyyət abidələrinin də ən qiymətli incisi hesab edilir. Bir də onu qeyd etmək yerinə düşər ki, həm də insan əli ilə yaradılmış möcüzələrdən ancaq və ancaq Böyük Çin səddi kosmosdan müşahidə edilir. O nazik bir xətt kimi Çin boyu uzandıqca uzanır. Böyük Çin səddi – ölkənin ən böyük və ən möhtəşəm sənət abidəsi üç min ildir ki, Çinin simvoluna çevrilərək yaşayır. 1987–ci ildən etibarən sədd YUNESKO tərəfindən mühafizə altındadır.

Səbuhi Məmmədli

Araşdırmaçı yazar.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest