Bir müdirin son iş günü – Şətrəncçinin gediş anı, gediş günü…

Qabusnamə-öyüd,nəsihət kitabı-  PƏNDNAMƏ

Hər sür’ətin sər həddi  var.

İşin-gücün bir həddi var.

Görürsən ki,bəxtin yatır,

Dünya sənə olmasın dar…

***

Bir dostumun son iş günü

Sözlərimin təsdiqidir.

Qocalmışdı müdirlikdə

Hamı bunu təsdiq edir.

***

At oynadan vaxtı getdi,

İt oynadan vaxtı getdi…

Əsaslanıb paxırına,

Qol çəkdilər  axırına ..

***

Sanırdı ki,dünya onun 
Yetmişində – gəncliyidir.
Dincəlməyə çoxdur vaxtı,
Bu iş  onun   dincliyidir. 
***

Deyən yoxdur qaşın üstə 

Gözün vardı,  indi o yox.

Daha bəsdir. atını sür,

Yorulubdur indi o çox.

***
Nəhayət ki,keçirildi,

İdarədə bir yığıncaq…

Göndəridi istehfaya,

Sən  üzlərdə  sevincə bax…

***

Olanı da ,olmazı da

Tərifləndi eyham ilə.
Pörtdətdilər, qızartdılar,

İkibaşlı salam ilə.

***

“Ay elədir,ay belədir,

Görülən iş baş ilədir.

Növcahansan, bilirik  ki,

İndi iş-güc yaş ilədir !”

***

Uzun sözün mustafası,

Öz yerini bildi müdir. 

Baxdı sağa,  baxdı sola,

Öz kəndinə gəldi müdir..

***

Yana – yana yaxıldı o.

Hər sifətdə özün gördü.

Hər yarımçıq qalıq işdə

Öz ləpirin,izin gördü.

***

Gülümsədi…Bu nə gülüş?!

Sinəsinə başın   əydi.

Daha yaxşı olmazdımı,

Müdirlikdən   tez getsəydi?

***
Alqışların havasıyla ,
Həyatından getdi müdir…

Toy- büsatda yaşayırdı,

Büsatdan getdi müdir.

***

Yerinizi bilin, bilin.

Rahatlıqla ömür sürün.

Son iş günü dostum kimi 

Sürünməyin dizin-dizin.

Nazim Nəsrəddinov
Nazim Nəsrəddinov

Nazim Nəsrəddinov,

Azərbaycan   Respublikasının  Əməkdar  müəllimi,  türkoloq

Bakı

10.11.2019.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest