GenelGüncel

Bakıda Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı öz işinə başlayıır

Tarixi günün pedaqoji xatirələri

Bu gün Bakıda Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı
öz işinə başlayıır.
Qurultay müəllimlərin ölkə qarşısında hesabatıdır.Bu hesabat günündə mən
ilk növbədə ilk məllimimi xatırlayıram.Mən təhsildə qazandığım bütün az-çox
uğurlarıma görə orta və ali məktəbdə, Azərbaycan Elmlər Akademiyasının
Nəsimi adına Dilçilik İnstitutununaspiranturasında mənə dərs demiş
müəllimlərimin hamısına minnətdaram.



İlk müəllimim indiki Qəbələnin Vəndam kənd məktəbində mənə birinci sinifdə
dərs demişiş Zərxanım müəllimə idi. Onda 1953-cü il idi.Biz Vəndamda yaşayırdıq.

Bİz kənd uşaqları o vaxt müəllimlərin ancaq adını bilirdik.Evdə də sözümüz -səhbətimiz
ən çox məktələ bağlı olurdu.Mən Zərxanım müəllimədən cəmi bir il dərs almışam.
İkinci sinfi babamgildə oxumuşam.Amma heç vaxt Zərxanım müəllimənin əxlaq dərslərini
unutmamışam.
Zərxanım müəllimənin tərcümeyi halını sonralar öyrənmişəm.
QƏRİBOVA ZƏRXANIM-1925-ci ildə Vəndamda dünyaya göz açmışdır.Orta məktəbi
bitirdikdən sonra Göyçay Pedaqoji Texnikumuna daxil olmuşdur.
1945-ci ildə bu texnikum Bakı şəhərinə köçürüldüyü üçün təhsilini orada
davam etdirmişdir.
1948-ci ildə Texnikumu bitirmiş, pedaqoji fəaliyyətə indiki Qəbələnin
Seyidqışlaq kənd məktəbində başlamışdır.Bir ildən sonra isə pedaqoji
fəaliyyətini Vəndamorta məktəbində davam etdirmişdir.
Zərxanım müəllimə1997-ci ilə qədər, Qarabağ müharibəsində Vəndamın
şəhidlərindən biri olmuş Mehdiyev Eldənizin adını daşıyan Vəndamın
1 nömrəli məktəbində işləmişdir.O,altı övlad böyüdərək ali təhsil vermişdir.

Zərxanım müəllimə 2006-cı ildə dünyasını
dəyişmişdir.Allah rəhmət eləsin qəbri nurla dolsun.

…Bugünkü qurultay günündə Vəndam məktəbi haqqında bir çox xatirələr
yada düşür.
Bu məktəb XIX əsrin 80-ci illərində yaradılmıdır.Məktəbin maraqlı pedaqoji
ənənələri var.İndi bu məktəbin
məzunlarının sorağı dünyanın bir neçə ölkəsindən də gəlir.

Bir neçə ay bundan qabaq Vəndam kənd məktbi haqqında maraqlı bir
televiziya verilişinə baxmışam.Verilişdən məlum oldu ki,Vəndam məktəbinin
onlarla məzunu Azərbaycanda və onun sərhədlərindən uzaqlarda
alim kimi fəaliyyət göstərir.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqəli bir material üzərində
işləyəndə arxivdən maraqlı bir fakt tapmışdım;Zaqafqaziya Müəllimlər
Seminariyasının 1899-cu il məzunlarından biri olan
Mustafa Hacı Musa oğlu Mahmudovun təyinatını Vəndam kənd məktəbinə
veriblərmiş.
Əlbətə bu,Vəndam məktəbi kimi öz dövrünün məşhur məktəblərindən birində
işləmək ilk təhsilini 1881-ci lin fevralında Kürdəmirdə dövlət tərəfindən açılmış
kənd məktəbində alan seminariya məzunu üçün böyük şərəf və etimad idi.
Təəssüf ki,vəndamlılar Mustafa Mahmudovdan dərs ala bilmirlər.
Belə ki, o,Bakıda işləməyi,daha böyük dairələrdə çalışmağı üstün tutur.
Bəlkə də o,təhsilimiz üçün Vəndmda daha böyük işlər görə bilərdi.
M.Mahmudov Bakıda H.Zərdabinin,Ə.Topçubaşovun hüzurunda imtahan
verdkdən sonra münsiflər onun Bakıdakı 1 nömrəli rus-tatar məktəbində
işləməsi barədə qərar çıxarırlar.Vəndama işləmək üçün başqa müəllim gəndərilir.
Mən bu faktı bir neçə il bundan qabaq “Azərbaycan məktəbi” jurnalında
məsul katib işləyəndə Vəndam kənd orta məktəbinin o vaxtkı direktoru
hörmətli dostumuz Teymur Qarayevə demişdim.Amma biz söhbəti axıra
çatdırılmamışdıq.
Mənə elə gəlir ki cümhuriyyət ilində bu fakt Vəndam məktəblilərinə və
müəllimlərinə çatdırılmalıdır.
Sonralar M.Mahmudov II Dövlət Dumasının üzvü seçilir, Zaqafqaziya
Seyminin və AXC-nin deputatı kimi geniş ictimai-siyas və pedaqoji fəaliyyət
göstərir.O,1937-ci ildə repressiya qurbanı kimi dünyasını dəyişir.
Mən Teymur müəllimlə söhbət zamanı Azərbaycanın qocaman
müəllimlərindən biri olan Ənvər müəllimi tanıdım.Onu maraqlı
müsahivb kimi yadımda saxladım.
Ənvər müəllim bir neşə kitabın müəllifidir.
Bu kitablarda Vəndam və məşhur Vəndamlılar haqqında maraqlı
materiallar var.Bu materiallar ölkəşünaslıq mövzularını öyrənmək
işində müəllimlərə və dərslik yazan qələm əhlinə yardımçı ola bilər.
Xeyli vaxtdır ki,Ənvər müəllimdən xəbərim yoxdur.Onunla ünsiyyət vaxtı
hiss etdim ki,qocaman təqaüdçü müəllim pedaqoji fəaliyyətinə özünün
istədiyi qayğını umur.
Təhsil rəhbərləri yerlərdə,məncə,bu qayğılarla ciddi maraqlanmalıdırlar.

***
Bu gün qurultay günüdür.Təəssüf ki,Azərbaycan təhsilinin inkişafında
əzəmətli işlər görmüş Respublika Təhsil Şurasının təsisçisi və fəxri sədri
professor Əjdər Ağayev bu günü gözləyə bilmədi.O,noyabrın 27-də-dünən
haqq dünyasına qovuşdu.
Allah rəhmət eləsin.
Əjdər Ağayelə mən eyni gündə -2000-ci li martın 18-də Respublika
Prezidentinin FƏRMANI iləfəxri ada-Azərbaycan Respublikasının əməkdar
müəllimi fəxri adına layiq görülmüşəm.
Sonralar məlum oldu ki,Vəndam kənd məktəbinin kimya müəllimi
Əhməd Mirzaliyev də bizim cərgəmizdə imiş.
Mən Əhməd müəllimi qiyabi tanıyıram.Lakin onun səmərəli pedaqoji
fəaliyyətindən xəbərdaram və bu fikirdəyəm ki, hər ikimiz aldığımız təhsilə
görə ilk növbədə Vəndam kənd məktəbininin bizə dərs deyən müəllimləriniə
həmişə minnətdar olmalıyıq.

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə keçirilən
ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi,
türkoloq

28.11.2018.

Pin It on Pinterest