BAKI BİZNES UNİVERSİTETİNDƏ XOCALI SOYQIRIMININ 33-CÜ ILDÖNÜMÜNƏ HƏSR EDILMIŞ ELMI-PRAKTIKI KONFRANS KEÇIRILDI
BAKI BİZNES UNİVERSİTETİNDƏ XOCALI SOYQIRIMININ 33-CÜ ILDÖNÜMÜNƏ HƏSR EDILMIŞ ELMI-PRAKTIKI KONFRANS KEÇIRILDI
25 fevral 2025-ci il tarixində Baki Biznes Universitetində Tələbə Elmi Cəmiyyəti və “Humanitar elmlər” kafedrasının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 33- cü ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə açan Universitetin elmi işlər üzrə prorektoru h.ü.f.d. M.Abbasova iştirakçıları salamlamış, 366-cı motoatıcı alayının köməyindən istifadə olunmaqla erməni vandalları tərəfindən törədilən tarixdə misli görünməmiş Xocalı soyqırımını qeyd etmiş və soyqırım qurbanlarının ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra Universitet TEC-nin sədri dos.Nigar Axundova konfransın gedişini davam etdirmişdir. Plenar iclasın davamında tələbələrdən A.Əlizadə, U.Fərmanova çıxış etmişlər. Konfrans iki bölmə üzrə davam etdirilmiş, hər bölmə üzrə çıxış edən tələbələr Xocalı soyqırımı ilə bağlı müxtəlif məlumatları rəqəmsal olaraq konfrans iştirakçılarına slaydlarla izah etmişlər.
Konfransin bağlanış hissəsində yekun fikirlərini söyləmiş və tələbələrə dəyərli və faktlara əsaslanan çox maraqlı çıxışlarına görə təşəkkürlərini bildirmişlər. Sonda konfransda gənc tədqiqatçı və tələbələrə elmi rəhbərlik etdiklərinə görə prof. S.Əmirov, prof. İ.Ağasiyev, dos. M.Məfərova, dos.N.Axundova, dos.Ş.Həsənova, dos. Y.Hacıyeva, dos.S.Talıblı, dos.A.Kamandari, dos.Ş.İsgəndərovaya və s. sertifikatlar təqdim olundu.