GenelGüncelKültür SanatTürk Dünyası

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) və Qazaxıstan Gənclər Konqresi arasında onlayn Gənclər Təşkilatlarının Forumu keçirilib! 

🇦🇿🇰🇿 Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) və Qazaxıstan Gənclər Konqresi arasında onlayn Gənclər Təşkilatlarının Forumu keçirilib!

Açılış nitqlərini Gənclər Təşkilatları Milli Şurasının sədri Rafael Hacıbəyli və Qazaxıstan Gənclər Konqresinin sədri Bakdaulet Jandildaev edərək, bu görüşün əhəmiyyətindən, Azərbaycan və Qazaxıstan təşkilatlarının fəaliyyətləri və hər iki ölkənin gənclərinin birgə layihələrinin vacibliyini vurğuladılar. Onlar xüsusilə də iki ölkənin dostluq münasibətlərinin gücləndirilməsindən bəhs edərək, gənclər arasında mübadilə proqramlarının və birgə fəaliyyətlərin onların bacarıqlarının və liderlik potensiallarının artırılmasına böyük töhfə verəcəyini qeyd etdilər.

Forum, Gənclər Təşkilatlarının çıxışları ilə davam edib və forum zamanı gənclər təşkilatları arasında müxtəlif mövzularda müzakirələr aparılıb. Layihələrin, proqramların və təşəbbüslərin müzakirəsi zamanı, iştirakçılar tərəfindən beynəlxalq təcrübələr, qrant imkanları və inkişaf perspektivləri haqqında fikir mübadiləsi həyata keçirilib.

Həmçinin, forumda iştirak edən 50 gənclər təşkilatlarını təmsil edən nümayəndələr öz fəaliyyətləri və məqsədləri barədə təqdimatlarını etmişlər, bir-birilə tanış olmaq və əməkdaşlıq imkanları yaratmaq üçün platforma əldə ediblər.

Forum, gənclər təşkilatları arasında şəbəkələşmə imkanlarını artıraraq, gələcəkdə daha sıx əməkdaşlıq və birgə fəaliyyətlər üçün zəmin hazırlamışdır.

 Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) və Qazaxıstan Gənclər Konqresi arasında onlayn Gənclər Təşkilatlarının Forumu keçirilib!
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) və Qazaxıstan Gənclər Konqresi arasında onlayn Gənclər Təşkilatlarının Forumu keçirilib!

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest