Azerbaycanlı Şair ve Gazeteci Nazim Əhmədli şiirleriyle Kırımınsesinde
Türk Dünyası ve Kırımın güçlü sesi Kırımınsesi yazar kadrosunu güçlendirmeye devam ediyor. Bundan böyle Azerbaycanlı Şair ve Gazeteci Nazim Əhmədlinin şiirleri Kırımınsesinde yayınlanacak.
T Ə RC Ü M E Y İ -H A L
Nazim Şamil oğlu Əhmədli 1953-cü il may ayının 1- dəAzərbaycanda Laçın rayonunun Əhmədli kəndində anadan olub. Orta məktəbi Laçın şəhərində bitirib,. 1986-cı ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitunun poeziya fakültəsini bitirib. Uzun illər Azərbaycan Yazıçılar Birliyində Bədii Ədəbiyyatı Təbliğ Bürosunun direktoru vəzifəsində işləyib. işləyib. 1993-1996 ilərdə Azərbaycan Ordusu sıralarında hərbi jurnalist kimi xidmət edib. Bakıda Ekoloğiya litseyində müəllim, Tətbiqi Elmlər Universitetinin jurnalistika fakultəsində dekan müavini vəzifələrində işləyib.
Ədəbiyyata 80-ci illərdə gəlib. Nazim Əhmədli Rus, isveç, yapon ədəbiyyatlarından tərcümələr edib. 525-ci qəzetdə,Azərbaycan Yazıçılar Birliyinin Bədii Ədəbiyyatı Təbliğ Bürosunun direktoru vəzifəsində işləyib. 2012-ci ildən Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr İctimai Birliyinin sədridir. Hal hazırda Azərbaycan Respublikası Dövlət Kino-Foto Sənədləri Arxivinin direktor müavini vəzifəsində işləyir.Hərbi jurnalist kimi Qarabağ müharibəsinin iştirakçısdır.
Kitabları:
- Bir ömür sevgi (şeirlər) Bakı, “Yazıçı”nəşriyyatı, 1990
- Ruhum da sənin olacaq (şeirlər) Bakı, “Adiloğlu”nəşriyyatı, , 2002
- Mənim generalım (bədii-sənədli povest) Bakı, “Qap Poliqraf”nəşriyyatı, , 2002
- Sevgi Allahı (şeirlər) Bakı, “Adiloğlu”, nəşriyyatı, 2004.
- Əfv eylə məni (qəzəllər) Bakı,“Adiloğlu”nəşriyyatı, 2004.
- Mollaəhmədli və Mollaəhmədlilər (bədii publisistik, etnoqrafik kitab) Bakı, ”Adiloğlu” nəşriyyatı, 2007.
- Mən bir günah elçisiyəm (şeirlər) Bakı, “Qanun”, 2017.
- Qız təbəssümü (hekayələr) Bakı, “Qanun” nəşriyyatı, 2017.
- Unutduğum göy üzü(şeirlər) Bakı, “Qanun nəşriyyatı” 2019.
- Buludları üstümə ört (şeirlər-ərəb əlifbası ilə)) Təbriz şəhəri,”Aydın sav” nəşriyyatı 2019.
- Yenə dönüb gələcəm-şeirlər-Bakı-Vektor Elmlər Akademiyası-2020-ci il.