GenelGüncelKültür SanatTürk Dünyası

AZƏRBAYCANDA İLK QADIN MƏTBUATI –İŞIQ “QƏZETİ – Südabə Məmmədova

AZƏRBAYCANDA İLK QADIN MƏTBUATI – Südabə Məmmədova yazır…

Südabə Məmmədova
Südabə Məmmədova

“İŞIQ “QƏZETİ …

“İşıq” fəaliyyətə başlaması nəyinki Azərbaycanda, ümumilikdə Şərqdə böyük hadisə idi.

“xanımlar qəzetəsi” kimi intişar edilmişdi.

Azərbaycan mətbuat tarixində ilk qadın mətbuat orqanı və həftəlik qəzet kimi adlandırmaq daha doğru olar.

“İdarədən əxabr” başlığı adı altında dərc olunan yazılarda qəzetin fəaliyyəti haqda məlumat verirdi.

Azərbaycan qadınlar üçün ilk qəzetin hamısı Hacı Zeynəlabdin Tağıyev, məhsul katibi isə onun həya yoldaşı Sona xanım idi.

“ İşıq “ qəzetinin baş  redaktoru Xədicə xanım Əlibəyova, naşiri Mustafa bəy Əlibəyova.

“İşıq” nəşrə başladığı ilk gündən qadın təhsilinin, qadın hüquqlarının, qadın azadlıqlarının carçısına çevrildi. Azərbaycanın müxtəlif yerlərindən yazan qadın imzalarına rast gəlirik. Xədicə xanım “həmşirələrim” deyə müraciət etdiyi azərbaycanlı xanımlara durmadan yazmağa və öz hüquqlarına sahib çıxmağa səsləyirdi. “İşıq” jurnalı müasir cəmiyyətdə yeni düşüncə və hədəflər üçün axtarış edirdi.

Maddi sıxıntıdan və material çatışmazlığından fəaliyyətini dayandırmağa məcbur oldu. Bir neçə il sonra Azərbaycan Xalq Cümhuriyyət bu ideyaları – qadın təhsilli, ictimai işlərdə, idarəçilikdə fəal olmalarına, genderbərabərliyini həlli üçün mühüm imkanlar yaratdılar. 1918 – ci ildə İstiqlal bəyannaməsi ilə qadına seçmək və seçilmək hüququ verdi.

Müasir zamanda da qanların inkişafında , ailədəki rolunda müəyyən çatışmazlıqlar var. Məişət zorakılığı, qızların bölgələrdə tez  evləndirilməsi, təhsildən uzaqlaşdırılması hallarına rast gəlirik. Belə problemlərin aradan qalxmasında mətbuat da var gücü ilə çarpışır.

Azərbaycan Qadını tarixdə öz izlərini qoymuşdur .

Türk xalqlarının  hökumdar qadın qəhrəmanı – Tomrisi .

Ağılı və uzaqgörənliyi ilə seçilən – Möminə xatun Vətənpərvər, millətinin qeydinə qalan diplomat – Sara xatun

İncəsənətə yiyələnmiş rübai ustadı,  şairəmiz – Məshəti Gəncəvi  

Ədəbi və mədəni həyatın inkişafına böyük töhfə vermiş – Xurşidbanu Natəvan v. s

Nəzərə alsaq ki, həmin dövürdə qadınlar hüquqsuz vəziyyətdə idilər və belə bir şəraitdə dövlət məsələlərində, ictimai həyatda öz mövqelərini tutmuşdular.

Qadın – Ana elə bir varlıqdır ki, dünyaya yeni insan bəxş edən,  adət – ənənələrimizi öyrədən, vətənpərvər övlad yetişdirən, milli dəyərlərimizi uyğun tərbiyə verən uca bir varlıqdır.

Ümumiyyətlə Azərbaycan qadınında cəsarət, alicənablıq, səbir v. S ali keyfiyyətlər onların daxilində  nə qədər zəngin olduğunu  göstərir.

Qəzet 22 yanvar 1911-ci il – 21 aprel 1912 – ci il tarixləri arasında nəşr edilmişdir. Ümumlikdə 47 nömrəsi (34 say 1911-ci ildə, 13 say 1912 – ci ildə olmaqla) toplanmışdır.

“ İşıq “qəzetinin 68 sayının nəşr olunduğu haqqında məlumat verildiyinə baxmayaraq əlimizdə 47 sayı var.

Hətta Xədicə xanımın saxladığı və əlimizdə olan dəstədə də” İşıq “qəzetinin 1911 – ci ildəki saylarının tam dəsti və 1912 – cil il üzərə ilk 12 sayı vardır.

1911 – ci il sayları Haşım bəy Vəzirovun “Səda” mətbəəsində çap olunmuşdur.

Qəzetin İlkdəki saylarının son səhvlərindən

 Rus dilində qeydə edilib : “Tip. Q. B. Vezirova, Bakı”

Azərbaycan dilində : “Bakı. Haşım bəy Vəzirovun “ Səda “ mətbəəsində çap olunub- sözləri yazılmışdı.

Qəzetin 1911 – ci il  5,6,7-ci sayları 12 səhifə, qalan bütün sayları isə 8 səhifə həcmində olmuşdur.

1912 – ci ilin yanvarında “ İşıq “ qəzeti Bakı şəhər polis idarəsinin mətbəəsində çap edilmişdir.

Materialın çox az hissəsi, xüsusilə sonuncu səhvə rus dilində verilir, 1-ci , 2-ci ,3-cü  səhifələr çox az hallarda isə 4-cü  səhifədə reklam və ya elanlar yerləşdirilirdi.

Qəzetin bölmələri : “Təlimi-nisvan”(qadınların təlimi), “Vəzayifi-beytiyyə” (məişət məsəlləri),

Hüquqi – müslim (müsəlman qadının hüququ) və ya  Bacılarına bir neçə söz “,” Təbabətə dair “,” Ədəbiyyat “,” Evdarlıq”, “Xəbərlər”, “Elanlar”.

“Məktublar” daimi  başlığı olmasa da hər nömrəsində məktublar dərc olunurdu.

Həlimə Axundova : “ Bəs bunların hamsı elimsizlikdəndir. Əgər bir övrət tayfasında elim ola, öz hüququmuzu başa düşüb, öz vəzifəmizi anlayıb bu cür bəlalara mübtəla olmarıq”.

Qadınları kölə vəziyyətinə düşməməyə, öz hüququ dərk etməyə çağırırdı.

İndiki dövürdə öz hüququna sahib ola bilməyən qadın ər evində xoşbəxtlik, səadət tapmır.

Əksinə, elə ki, uşaq oldu biçarənin günü qara olur. Həm ev işi, həm də uşaq saxlamaq, habele ər zülmü ona göz açmağa imkan vermir. Savadsız bir qadın övladına təlim- tərbiyə verə bilməz.

Qəzetin müxtəlif saylarında evdarlığa dair məsləhətlər dərc edilir, cürbəcür mürəbbə və yeməklərin hazırlanması qaydalarını öyrədirdi.

Qəzetin daimi müəlliflərindən biri olan Mustafa bəy Əlibəyovun “K jenşinam musulmanam” adlı və digər məqalələrində müsəlman qadınlarının savadsızlığın təəssüf ilə nəzərə çatdırır, uşaq tərbiyəsinin vacibliyindən söz açır .

Qəzet imkan daxilində ana dilinin təmizliyi uğurunda da mübarizə aparırdı. “İdarədən xəbər”  başlığında getmiş bir neçəyazıda müəlliflərdən xahiş olunur ki mümkün qədər öz ana dilimizdə  yazıb, ərəb, fars və Osmanlı sözləri işlətməsinlər.

“İşıq “ qəzetinin müxbirləri – Həlimə xatun Axundova, Çayqıraqlı Həyat xanım, Tubu xanım Salatınzadə v. S kimi  qadın müxbirlər  yetişdirmişdi.

“İşıq” qəzetində Azərbaycan türkcəsindən başqa 3 dildə (ərəb, fars, rusca) məqalələr, kəlamlar və şeirlər də dərc olunmuşdur.

1.Ərəbcə mətnlər əksəriyyəti ayə və hədislərdən bir neçə şeir, atalar sözü, kəlamlardan ibarətdir.

2.farsca mətnlər məqalə içərisində istifadə olunmuş şeirlərdən, bir neçə aforizimlərdən ibarətdir.

3. Rusc mətnin əksəriyyəti qəzetin naşiri Mustafa bəy Əlibəyovun məqalələri  daha sonra elanlar, müəllifin suallarına verilmiş  cavabları əhatə edir.

          1911

Nömrə 1 : Şənbə günü 1911 – ci il 22 yanvar.

AZƏRBAYCANDA İLK QADIN MƏTBUATI –İŞIQ “QƏZETİ - Südabə Məmmədova
AZƏRBAYCANDA İLK QADIN MƏTBUATI –İŞIQ “QƏZETİ – Südabə Məmmədova

Qəzetin idarəsi. Bakı, Çerkovnı və Spasski küçələrin küncündə, 44 nömrəli evdə.

İllik 3 manat, 6 ay 2 manat. Qeyri şəhərdə illik 4 manat, 6 aylıq 2 manat 50 q.

1 nömrənin  başlığında yazılıb : İndilik həftədə bir dəfə şənbə günü nəşr olacaq, tərbiyeyi – ətfala*, ədəbiyyata, təbabət və evdarlığa dair xanımlar qəzetəsidir.

QƏZETİN  1  – Cİ  NÖMRƏSİNDƏKİLƏR  :

İlk səhifədə Xədicə xanımın “Həmişərilərimizə ixtira”, “ Hüququmuz”, “Qadın (əski ağızda yeni söz) “, Şəhrəbanu xanım Şəbanzadə  “Nəsil”, “ Oxumaq lazımdır”, Sona xanım Axundovanın”Kor dilənçi”, Minaxanım Məhəmmədzadə “Müsəlman qadınlarının öz uşaqlarına tərbiyəsi” əsəri çap olunub.

Daxili xəbərlər( Az tapılan fədakarlıq  ) , Xarici xəbərlər (Türk xanımlarının halı) ,Portağal mürəbbəsini necə bişirməli ? , Tapmaca, sonucu səhifədə Mustafa bəy Əlibəyovanın “Müsəlman Analarına məktub” əsəri çap olunub.

              1911 – ci il . N°= 1

AZƏRBAYCANDA İLK QADIN MƏTBUATI –İŞIQ “QƏZETİ - Südabə Məmmədova
AZƏRBAYCANDA İLK QADIN MƏTBUATI –İŞIQ “QƏZETİ – Südabə Məmmədova

            1912

Nömrə 1 :  Şənbə günü 21 yanvar  1912-ci il

Qəzetin idarəsi. Bakı, Çerkovnı və Spasski küçələrin küncündə, 70 nömrəli evdə. İllik 3 manat, 6 ay 2 manat. Qeyri şəhərdə illik 4 manat, 6 aylıq 2 manat 50 q.

1 nömrənin  başlığında yazılıb : İndilik həftədə bir dəfə şənbə günü nəşr olacaq, tərbiyeyi – ətfala*, ədəbiyyata, təbabət və evdarlığa dair xanımlar qəzetəsidir.

QƏZETİN 2-Cİ NÖMƏRSİDƏKİLƏR :

 İdarə  “İxtira”, “Agentlərə elan “  sonra Elan, Mustafa bəy Əlibəyovun  “İnna Lillahi və İnna İleyhi Raciun”, Xədicə xanımın “Bacılarıma”, Əlişir “Ədəbiyyat”, Ə. M. S “Şərifə bacı” (xalalarıma hədiyyədir), Əxbərati – Daxilə  sonra Elanlar.

                        1912 – ci il. N°= 1

Bir sözlə Azərbaycan mətbuatının qaranlıq gecəsində bir ulduz kimi parladı. Öz işığı  ilə  xalqa  maarif yolu açdı.

Elmi nəşrlərdə onu gah qəzet, gah da jurnal adlandırırdılar.

Qəzet – İctimai şüurun, milli oyanışın dövründə savadsızlığa, fanatizimə qarşı çıxırdı , yeniliyə, inkişafa can atırdı. Övladların düzgün tərbiyə olunması, qızların təhsilə cəlb edilməsi, mədəni geriliyi qarşı ideoloji mübarizə uğurlu addımlar atmışdı.

Qadın ailənin təməl qoyuluşunda düzgün addım atması analıq vəzifəsini, ailənin, cəmiətin qarşısındakı məsuliyyətini dərk edə bilməz.

İndiki dövürdə həftədə bir dəfə, şənbə günləri nəşr olunacaq tərbiyeyi – ətfala, ədəbiyyat, təbabət və evdarlığa dair xanımlar qəzetəsi”.

Qəzetin məramı  Qadınların elim, təhsil və tərbiyədən bixəbər qalmasın.

2021 – ci il yanvar ayının 22 – də Azərbaycanda ilk qadın mətbuatının :” İşıq “ qəzetinin 110 illiyi tamam oldu.

“İşıq” ın da 100 il sonra – 2012 – ci ildə jurnal formatında bərpası klassik dəyərlərimizə sadiqlik, keçmiş irsi dəyərlərimiz günümüzə gətirərək müasir oxuculara təqdimi əsas fəaliyyətdir.

Uzun illər qəzet brujua mətbuat orqanı kimi qiymətləndirilmiş, sovet dövrün ideoloji qəlibləri prizmasından baxılmışdır. Müstəqillik  illərində Azərbaycanda qadın  mətbuatının bayaqrqdarı kimi öz mövqeyini tutmuşdur.

Ölkəmiz ilə yanaşı digər ölkələrin  kitabxana və arxivlərində qorunan “İşıq”ın  orjinal saylarının foto – surətləri saxlanır.

Qəzetin Orjinal nüsxələrini redaksiya hədiyə edən Amalıya Qasımovadır.

“İşıq” qəzetinin yeni əlifba ilə nəşri Azərbaycan qadının inkişafı tarixinin öyrənilməsi baxımdan bariz nümunəsidir.

Xədicə xanım (baş redaktor)

 və

Mustafa bəy (naşir)

AZƏRBAYCANDA İLK QADIN MƏTBUATI –İŞIQ “QƏZETİ - Südabə Məmmədova
AZƏRBAYCANDA İLK QADIN MƏTBUATI –İŞIQ “QƏZETİ – Südabə Məmmədova

Əvvəlki forma  (1911-1912- ci illər)

 və

 Transliterasiya (əski əlifbadan latın qrafikasına çevrilmiş) olunmuş forması.

AZƏRBAYCANDA İLK QADIN MƏTBUATI –İŞIQ “QƏZETİ - Südabə Məmmədova
AZƏRBAYCANDA İLK QADIN MƏTBUATI –İŞIQ “QƏZETİ – Südabə Məmmədova
AZƏRBAYCANDA İLK QADIN MƏTBUATI –İŞIQ “QƏZETİ - Südabə Məmmədova
AZƏRBAYCANDA İLK QADIN MƏTBUATI –İŞIQ “QƏZETİ – Südabə Məmmədova
AZƏRBAYCANDA İLK QADIN MƏTBUATI –İŞIQ “QƏZETİ - Südabə Məmmədova
AZƏRBAYCANDA İLK QADIN MƏTBUATI –İŞIQ “QƏZETİ – Südabə Məmmədova

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest