GenelGüncelKültür SanatTürk Dünyası

AZƏRBAYCAN YAŞIL  DÜNYA  NAMİNƏ  HƏMRƏYLİK  İLİ – Südabə Məmmədova

AZƏRBAYCAN

“YAŞIL  DÜNYA  NAMİNƏ  HƏMRƏYLİK  İLİ “

Südabə Məmmədova
Südabə Məmmədova

        COP29

Dünyanın ən nüfuzlu tədbiri hesab olunan COP29 (BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası) Azərbaycanda keçiriləcək.

Prezident İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib”. Ölkə başçısının sərəncamına əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar  Respublikası yaşıl enerji zonası elan edilib.

Azərbaycan bərpa olunun enerji növlərini istehsal etmək üçün  böyük potensial malikdir. Ölkəmizin Xəzər sahili əraziləri, dağlıq bölgələrin küləkli və buzlu çaylarımızın çoxluğu yeni enerji obyektlərinin inşa edilməsinə imkan verəcək.

Bu Sərəncam da inkişaf yolunda atılan addımlardan biridir.

XƏZƏR TV  məlumatına əsasən, aprel ayının  27 – si Yevlax rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “İqlim dəyişkənliyinə adaptasiya olunan torpaq və resurs qoruyucu yeni texnologiyaların nümayişi” mövzusunda respublika müşavirəsi keçirilib. Dövlətin əsas  məqsədlərindən biri  iqtisadiyyatını möhkəmləndirmək və bu yolda kənd təsərrüfatın inkişaf etdirərək peşəkar kadrlar yetişdirməkdir. Eyni zamanda kənd təsərrüfatının inkişafı və maksimum gəlir üçün tədarük zəncirinin düzgün idarə edilməsi də önəmli hədəflərdən biridir.

Tədarük zəncirinin idarə olunması üzrə mütəxəssis Tərlan Həsənlinin də bildirdiyi kimi, müəssisələrdə düzgün idarə etmə ilə müştəri məmnuniyyəti arta və rəqiblər üzərində üstünlük qurula bilər.

Bu üzrə ölkədə kadr çatışmazlığı da yaşanır. İİnsan Resursları üzrə mütəxəssis Anar Əkbərov da bildirib ki, kadrların yetişdirilməsi üçün tələbələrin sektor çıxışı təmin edilməli və sahəvi təlimlər artırılmalıdır.

AZTV məlumatlarına əsəsən, qlobal istiləşməin kənd təsərrüfatına mənfi təsirinin azaldılması baxımından torpağın iqlim dəyişikliyinə adaptasiyası əsas piroritetlərdəndir.

Yanacağa və suya qənaət edən, torpağın münbit qatını qoruyan yeni nəsil innovativ texnologiyaların tətbiqi xüsusi əhəmiyyət kəsb edir.

Burda yer alan  qurğulardan biri dərman satan dronlardır. Bu dronlar 8 saat ərzində 100 hektara yaxın ərazində bitkiləri  dərmanlama prosesi həyata keçirir.

Ölkədə aqrar və ekoloji siyasət çərçivəsində innovativ yanaşmaların və alətlərin istifadəsinin genişləndirilməsi kənd təsərrüfatı davamlılığına və ən əsas da ekoloji təmiz ərzaqla təminata imkan yaradır.

Suya və yanacağa qənaət edən, havaya buraxılan zəhərli qazların təsirini aradan qaldıran Mezore texnologiyası. Onun tətbiqi ilə yeni nəsil suvarma sistemlərindən geniş istifadə olunacaq. Bu isə kənd təsərrüfatının davamlılığına və rifahın artmasını təmin edəcək.

Ölkənin digər kanalların müşayiəti ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində baş verən yeniliklər nümayiş olunubdur.

Bakı Dövlət Universitetinin Elmi kitabxanasında  “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar bir – birindən maraqlı kitablar sərgilənir.

Sərgi illikdir və burada rus, azərbaycan, ingilis dillərində 100-dən çox kitab sərgilənir.

Ekologiya, ətraf mühitin qorunması, yaşıl iqtisadiyyat, ekoloji problemlər kimi mövzuları əhatə edən kitablar toplanıbdır.

 Mədəniyyət TV əməkdaşları  bu haqda ətraflı məlumat veriblər.

Azərbaycanın Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, bölgələrdə yaşayan əhalinin ətraf mühitin mühafizəsi sahəsində məlumatlılığını artırmaq, bu sahəyə məsuliyyət hissini aşılamaq məqsədilə regional ekologiya və təbii sərvətlər idarələrinin əməkdaşları tərəfindən mütəmadi olaraq maarifləndirici görüşlər keçirilir.

Növbəti görüşlər Şirvan şəhəri 2 saylı, Ağcabədi şəhər 11 nömrəli, Zaqatala şəhəri İsmayıl Səmədov adına 5 nömrəli, Lənkəran şəhər 4 və 8 nömrəli tam orta məktəblərin, Lerik rayon Sivəkəran kənd ümumi orta məktəbin şagirdləri və Masallı Dövlət Regional Kollecinin tələbələri ilə təşkil olunub.

Görüşlər zamanı şagird və tələbələrə ətraf mühitin mühafizəsi və ekoloji tarazlıq, narkomaniyaya qarşı mübarizə tədbirləri, ölkəmizin iqlim dəyişmələrinin fəsadlarına qarşı apardığı mübarizə tədbirləri, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinin əhəmiyyəti və s. mövzularda məlumatlar verilib, mövzular ətrafında verilən suallar cavablandırılıb.

“Qafqazinfo”un məlumatına əsasən, Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Karbon ayaq izi” adlı maarifləndirici tədbir keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərin ekoloji dünyagörüşünü, təbiətə münasibətdə əxlaqi yanaşma mövqeyini, təbii sərvətlərin öyrənilməsi vasitəsilə idraki səriştələrinin formalaşmasını, öyrənmə və tədqiqatçılıq bacarıqlarının yeni formalarının hazırlanmasını, məktəblilərin ekoloji hərəkata, ekolojiyönümlü fəaliyyətə cəlb edilməsini, bilik axtarışının müxtəlif forma və metodlarını, praktiki bacarıqları, təşkilatçılıq qabiliyyətlərini stimullaşdırmaqdan ibarət olub.

AZƏRTAC saytında verilən məlumata əsasən, UNEC-də “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində beynəlxalq elmi konfrans keçiriləcək.

UNEC-in elm üzrə prorektoru, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru dosent Fariz Əhmədov qeyd edib ki, son illər, xüsusilə, iqlim dəyişikliklərinin mənfi təsirlərini azaltmaq və dayanıqlı iqtisadi inkişafa nail olmaq üçün alternativ enerji mənbələrindən istifadə və yeni yaşıl texnologiyalara keçid sürətlənib: “Dünyanın hər yerində olduğu kimi, qarşıdakı bir neçə ildə ölkəmizdə də iqlim dəyişikliklərinin fəsadlarına qarşı mübarizədə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi, ətraf mühitlə bağlı yeni texnologiyaların tətbiqi əsas prioritetlərdən biri olacaq. Məhz bu istiqamətdə Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Bu ərazilərdə həyata keçirilən dövlət siyasəti ekosistemin bərpasına və alternativ enerji mənbələrinin iqtisadiyyatdakı payının artırılmasına istiqamətlənib.

Konfransın üçüncü və dördüncü günləri onlayn məruzə sessiyaları keçiriləcək. Azərbaycan, türk, ingilis və rus dillərində keçiriləcək sessiyalarda dünyanın müxtəlif ölkələrindən 500-dən çox tədqiqatçı 100-ə yaxın məruzə ilə öz tədqiqatlarını təqdim edəcək. Tədqiqat işlərindən elm komitəsi tərəfindən seçilənlər beynəlxalq elmi jurnallarda xüsusi buraxılış olaraq çap ediləcək və dünyanın qabaqcıl akademik platformalarında indekslənəcək.

“Yaşıl dünya naminə həmrəylik ili” qəzetlərdə də öz yerini almışdır.

Bütün saytlar, qəzetlər, televiziyalar, bir sözlə, kütləvi informasiya vasitələri ölkəmizin gələcək inkişafa  doğru atdığı addımlardan bir olan “Yaşıl dünya naminə həmrəylik ili” COP29 – U öz səhifələrində işıqlandırıblar…

BDU Jurnalistika fakültəsinin II Kurs tələbəsi Südabə Məmmədova.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest