Azerbaycan beş min illik tarixi olan kurqanlar tapılıb

Sənan Qacar/Azerbaycan

Azərbaycan qədim Oğuz Yurdumuz Türk Elimizdir. Azərbaycanın ən qədim yaşayış məskənlərindən olan Yardımlı rayonunda arxeoloji qazıntılar zamanı beş min illik tarixi olan kurqanlar tapılıb. Türk Eli Azərbaycanın Yardımlı rayonu Kuman yaylağında Erkən Tunc dövrünə aid növbəti kurqan qazılır. Kür-Araz mədəniyyətinə aid beş min illik tarixi olan kurqanın dərinliyi iki metrə yaxındır. Eyni arealda yerləşən fərqli ölçülü kurqanlarda müxtəlif dəfn adətlərinə rast gəlinir.

Azerbaycan beş min illik tarixi olan kurqanlar

Bu kurqanda isə insan yarımbükülü vəziyyətdə dəfn edilib. Onun ətrafından heyvan cəmdəyi və sümükdən hazırlanan iy (toxuculuq aləti) başlığı tapılıb. Bu da bölgədə maldar tayfaların geniş şəkildə yayılmasını sübut edir. Arxeoloji ekspedisiyanın rəhbəri, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadə bildirib ki, Yardımlının dağlıq ərazilərindən sonra aran hissəsindəki abidələrin də tədqiqinə başlanılacaq. Qeyd edək ki, son illərdə Yardımlı rayonu ərazisində beşdən artıq kurqan tədqiq olunub.

Kaynak: Rövşən Mövlan

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest