Genel

Azərbaycanın açıq fikirli tacirlərindən olan Hacı Mehdi Kuzəkonani

Subhan Talıblı

Məşrutə hərəkatına xüsusi rəğbət bəsləmişdir.O hətta Məşrutə inqilabın – dan qabaq da məmləkətin mübarizə meydanına atılmış və bu yolda canını, malını belə əsirgəmə- mişdir.O, Əli Müsyö, Hacı Rəsul Sədəqyani, Hacı Mehdi ağa Həriri və başqaları ilə yaxınlaşmış və onlarla eyni fikirdə birləşmişdir.O, məmləkətdə hökm sürən zülm və istibdadın əleyhinə idi. İstibdad zülmü bütün vətənpərəstləri,Hacı Mehdini də narahat edirdi. Öz dediyi kimi Məhəmmədəli Mirzənin zülm və təcavüzünə məruz qalan həmvətənlərini görüb sakit otura bilməmişdir.
Hacı Mehdi köhnə qaydada olsa da savadlı və dünyagörmüş təcrübəli mübariz olmuşdur.Hacı Mehdi hələ 1903- 1904 – cü illərdə Təbrizdə baş vermiş etiraz hərəkatında iştirak etmiş, Məşrutə hərəkatına hazırlıq işində yaxın dostu Əli Müsyönün köməkçisi kimi hərəkət etmişdir.
Hacı Mehdi öz oğullarını da silahlandıraraq mücahidlərin cərgəsinə göndərmişdir.O, öz çıxışlarında inqilabi qüvvələri axıra qədər mübarizə aparmağa çağıraraq deyirdi:”Öz hüquqlarınızdan əl çəkməyin və birləşib Məşrutəni qoruyun ki, sizin övlalarınız asudə yaşayıb, adınızı həmişə yaxşılıqla yad etsinlər.”
Hacı Mehdi Kuzəkonani inqilabçılar arasında böyük nüfuza malik idi.Onun Məşrutə hərəkatında tutduğu müəyyən möhkəmlik bir də bununla izah edilməlidir ki,düşmənin sıradan çıxarmaq istədiyi inqilabçıların içərisində Hacının da adı olmuşdur.Məhəmmədəli şah tərəfindən azadlıq carçısını məhv etmək üçün Təbrizə göndərilmiş Əkrəmüssəltənənin və Əli Əsgər xanın qara siyahısında Hacı Mehdi Kuzəkonaninin də adı qeyd edilmişdi.Dəvəçi mürtəceləri fürsət düşdüyü zaman onun evinə hücum çəkir və qarət etməyə çalışırdılar.Lakin bütün bu təhdid və terror tədbirləri Hacı Mehdinin möhkəm iradəsini və sədaqətini qıra
bilməmiş, onu tutduğu yoldan döndərməyə müvəffəq olamamışdır…
Hacı Mehdi Kuzəkonani Təbrizdə Səttarxanın başçılıq etdiyi Məşrutə hərəkatının ilk günlərindən bu hərəkatın fəallarından olmuş, şəhərin mərkəzindəki mülkünü məşrutəçilərin ixtiyarına vermişdir.
Təbriz bazarı ilə üzbəüz, Rastaküçədə Hacı Mehdinin evi 1975 – ci ildə “Xaneyi məşrutə”
(“Məşrutə evi”) adı ilə muzeyə çevrilmişdir.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest