AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN İLK HƏRBİ NAZİRİ – XOSROV BƏY SULTANOV
XOSROV BƏY SULTANOV
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN İLK HƏRBİ NAZİRİ
XOSROV BƏY SULTANOV
Təxminən 120 ilədək davam edən Rusiya əsarətindən xilas olan Azərbaycan xalqı 1918-ci il mayın 28-də Şimali Azərbaycanda yeni müstəqil dövlət yaratmağa müvəffəq oldular. Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın bütün tarixi ərazisindəöz siyasi hakimiyyətinin bərqərar edilməsinə çalışırdı. Azərbaycan Xalq Cümhuriyyətinin sülhsevər siyasətinəbaxmayaraq, ermənilər Qarabağda hakimiyyətə nail olmaq üçünəvvəllər başladıqları soyqırımı siyasətini davam etdirirdilər.1918-ci ilin yayından başlayaraq Ermənistanın daşnak hökuməti Zəngəzur bölgəsində Andronikin, Njdenin, Dronun quldur dəstələri vasitəsilə dövlət səviyyəsində dinc əhali kütləvişəkildə məhv edilmiş, kəndlər yandırılmış, tikililər və milli-dini abidələr dağıdılmışdır. Cümhuriyyət hökuməti yaranmışvəziyyəti nəzərə alaraq, 1919-cu il yanvarın 13-də “Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarına general-qubernator təyin edilməsi haqqında” qərar qəbul etmişlər. 1919-cu il yanvarın 15-də Milli Şuranın iclasında qəzalara müvəqqəti general-qubernatoru vəzifəsinə əslən Qarabağdan olan, bu əraziyə və onun əhalisinə yaxşı bələd olan Azərbaycan Cümhuriyyətininilk yaradıcılarından və onun birinci hökumətində hərbi nazirolmuş Xosrov bəy Sultanov təyin edilmişdir.
Xosrov bəy Sultanov 1879-cu ilin may ayında Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin, Qasımuşağı obasının Qurddağı kəndində ( Laçın rayonu) anadan olmuşdur. Gəncə gimnaziyasını bitirdikdən sonra Odessada ali tibb təhsili almış Xosrov bəy 1918-ci ilin 28 mayında Müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycan ərazisində demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından və İstiqlal bəyannaməsinə imza atan 26 ictimai-siyasi xadimdən biriolmuşdur. O, Xalq Cumhuriyyətinin həmin gün təşkil edilmiş birinci hökumət kabinetində hərbi nazir postunu tutmuş və Zaqafqaziya Seyminin və Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olmuşdur.
Azərbaycan Cümhuriyyətinin qurulması ilə uzun illər Azərbaycan türklərinin ağır yükünü öz çiyinlərində daşıyan şəxsiyyətlərdən biri olaraq Xosrov bəy Sultanovun çox ağır bir fəaliyyət dövrü başlayır. O həkim olsada, milli hökümətdə tutduğu vəzifələri ilə çox məsuliyyətli məqamlarda dayan¬mışdı. İlk hökümət kabinəsində hərb naziri olan Xosrov bəy 1918 il iyunun 17-də Gəncədə Fətəli Xan Xoylunun təşkil etdiyi 2-ci hökumət kabinəsində əkinçilik naziri təyin olunmuşdu. 1918-ci ilin dekabr ayında təşkil olunmuş, Xan Xoylunun 3-cü və sonuncu rəhbərlik etdiyi kabinədə Xosrov bəy Əkinçilik və dövlət əmlakı naziri təyin olunur. Xosrov bəy 1918-ci ilin son 6 ayı ərzində 3 dəfə nazir təyin olunur və Xan Xoylunun rəhbərlik etdiyi bütün kabinələrdə təmsil olunur.
1918 ilin yayından başlayaraq Ermənistanın daşnak hökuməti Zəngəzur bölgəsində Andronikin, Njdenin, Dronunquldur dəstələri vasitəsilə dövlət səviyyəsində azərbaycanlılara qarşı soyqırımı siyasətini həyata keçirməyəbaşlamışdır. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 29 yanvar 1919-cu il tarixli qərarı ilə Şuşa, Zəngəzur, Cəbrayıl və Cavanşir qəzalarında Qarabağ general-qubernatorluğunun təsis edilməsi və Xosrov bəy Sultanovun general-qubernatoru vəzifəsinə təyinatını Ermənistan hökuməti tərəfindən narazılıqla qarşılanmışdır. Çünki, Zəngəzur və Qarabağın erməni-daşnak quldur qüvvələrindən təmizlənməsində və həmin bölgələrdə əmin-amanlığın yaradılmasında Xosrov bəy və onun qardaşı Sultan bəyin müstəsna xidmətləri olmuşdur. Bu qardaşların ermənilərə qarşı mübarizə apardığını yaxşı bilən ermənilər, erməni mətbuatı və Xarici İşlər Nazirliyi bir çox dövlətlərəmüraciət edərək öz narahatlıqlarını bildirmiş, hətta onlar Qarabağ general-qubernatorluğunun ləğv olunması üçün xarici havadarlarından kömək istəmişlər. Buna cavab olaraq 1919-cu il iyunun 18-də Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanhökumətinin Qarabağdakı fəaliyyətinə erməni hökumətinin müdaxilə etməsinin yolverilməz olduğunu bildirən təcili diplomatik məlumatı Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəsi M. X. Təkinskiyə ünvanlamışdır. Həmin təcili diplomatik məlumatda qeyd edilirdi: “Ermənistan hökumətinə bildirin ki, Sultanov 1919-cu il yanvarın 15-də Azərbaycan hökumətinin qərarı ilə təyin edilmişdir. X. Sultanov Azərbaycanın şübhəsiz ayrılmaz hissəsi olan Şuşa, Zəngəzur, Cəbrayıl və Cavanşir qəzalarının general-qubernatoru kimi müttəfiqlərin komandanlığı tərəfindənaprelin 3-də rəsmi olaraq tanınmışdır. Bu səbəbdən erməni hökumətinin Sultanovun fəaliyyətinə və yaxud Azərbaycan qoşun hissələrinin Qarabağda olmasına dair etirazları Azərbaycan Respublikasının daxili işlərinə müdaxilə kimi qiymətləndirilir və bunun müzakirəsinə yol verilmir. Şuşa rayonunda baş vermiş iğtişaşlara gəldikdə isə qeyd edirik ki, general-qubernatorun gördüyü ciddi tədbirlər nəticəsində nizam-intizam bərpa edilmiş və həyat məcrasına düşmüşdür.”
X.Sultanov Qarabağın general-qubernatoru vəzifəsinə başlayarkən ünvanladığı müraciətdə başçılıq edəcəyi qurumunfəaliyyəti haqqında xalqı bilgiləndirdiyi 1919-cu ilin 11 fevralında “Azərbaycan” qəzetində çap olunan yazı belə adlanırdı: “Müvəqqəti general-qubernator X. Sultanovun Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzalarının əhalisinə müraciətində yazılırdı: “Azərbaycan hökumətinin yanvar ayıqərarı ilə Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzaları xüsusigeneral-qubernatorluğa ayrılmışdır. Bu fövqəladə tədbirlər fövqəladə vəziyyətdən irəli gəlmişdir. Azərbaycanın təqribən yarısında, onun ən yaxşı hissəsi – 4 qəza – artıq bir ilə yaxındır ki, anarxiya ucbatından dağılır. Şəxsi firavanlığı yüksək ideal sayan məsuliyyətsiz elementlərin rəhbərliyi altında olan bandalar diyarı viranə qoyur; kəndləri yandırır, əhalini qırır, on minlərlə yurdsuz-yuvasız qadın və uşaq qaçqın düşmüşdür, yuxarıda göstərilən elementlər milli ədavət yayırlar. Əhalidənümumi siyasi vəziyyət gizlədilir. Bu şəxslər öz şəxsi mənafelərini güdür, öz cəhdlərini partiya ideya forması donuna salırlar”.
X. Sultanov general-qubernator vəzifəsinə başlayanda bölgədə acınacaqlı durum var idi. O, 1919-cu ilin fevralında Şuşaya gələrək, vəzifəsinin icrasına başladı. Azərbaycan hökumətinin qəti addımlarından narahat olan Ermənistan belə bir şəraitdə Dağlıq Qarabağa açıq iddia ilə çıxış etdi. Ermənistan Respublikasının etirazına, ingilis və amerikanlarla gərgin münasibətlərə baxmayaraq, Qarabağda qarşıya qoyulan vəzifələrin həlli sahəsində mühüm işlər görüldü. Ermənilər isə Qarabağda etnik təmizləmə siyasətini davam etdirməyə cəhdgöstərir, Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarındaazərbaycanlılara qarşı aramsız olaraq qırğınlar törədirdilər. General-qubernator X.Sultanov separatçılara qarşı qətiyyətlə mübarizə aparırdı.
X. Sultanovun 1919-cu ilin fevralın 15, 16, və 17-də qəza rəisləri və ictimai xadimlərinin iştirakı ilə keçirdiyi ümumbölgə müşavirəsində məlum olurdu ki, indiyədək Zəngəzurda 166 kənd dağıdılmış, onların əhalisinin 30 faiziməhv edilmişdi. Qarabağda və Zəngəzurda erməni-daşnak quldur qüvvələri əmin-amanlığın pozulması istiqamətində ciddi-cəhdlə öz fəaliyyətlərini davam etdirməsinə baxmayaraq, Azərbaycan hökumətinin və Xosrov bəy Sultanovun rəhbərliyi ilə Qarabağ Qubernatorluğunun həyata keçirdiyi əks tədbirlər nəticəsində erməni-daşnak quldur qüvvələrinin təcavüzkar fəaliyyətlərinin qarşısını almaq mümkün oldu. Lakin 1919-cu il martın 21-də quldur erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə keçid olan Əsgəran keçidini ələ keçirə bildilər. Amma Xosrov bəyin başçılıq etdiyi Azərbaycan əsgərləri daşnak generalı Dronun quldur dəstələrini darmadağın edərək Xankəndi və Şuşanı geri aldı.
X.Sultanovun başçılığı ilə keçirilən digər əməliyyatda isə(1919-cu ilin iyununda) Şuşaya gizli yolla silah aparan ermənimilli şurasının üzvləri həbs edilərək Qarabağ ərazisindən çıxarılmışdı. X.Sultanov Qarabağda daşnak Andronik başda olmaqla, erməni quldur dəstələrilə amansız mübarizəyə başladı, təhlükəli yerlərdə milli ordunun əsgərlərindən ibarət mühafızə dəstəsi yaratdı, erməni milli şurası üzvlərinin Azərbaycandan çıxarılmasına nail oldu. Azərbaycan hökumətinin hərbi və diplomatik tədbirləri nəticəsində martın axırlarında – apreldə ermənilərin Qarabağdakı düşmənçilik fəaliyyətinin qarşısıalındı.
Həmin mübarizənin nəticələrindən biri idi ki, 1919-cu il iyunun 5-də erməni milli şurasının qatı irticaçı üzvləri ingilis komandanlığı nümayəndəsinin müşayiəti ilə Şuşadan Tiflisəsürgün edildi. Azərbaycan batalyonu iyunun 6-da Şuşanın ermənilər yaşayan hissəsindəki kazarmalarda yerləşdirildi. Həyata keçirilmiş tədbirlər nəticəsində avqustun 15-də ermənilər Azərbaycan Hökuməti ilə saziş imzaladılar və onlar ermənilər yaşayan ərazilərin Azərbaycanın tərkib hissəsi olduğunu qəbul etdilər. 2 sentyabr 1919-cu il tarixli «Aзербайджан» qəzetində dərc olunmuş məlumatda qeyd edilirdi ki, Şuşikənddə 8 gün davam etmiş 7-ci erməni qurultayının nümayəndələri Qarabağın general qubernatoru Xosrov bəy Sultanovun yanına gələrək Qarabağın dağlıq hissəsinin Azərbaycan hakimiyyətini tanıması haqqında indiyədək həll olunmamış məsələni sülh yolu ilə həll etməkistədiklərini bildirdilər. Xosrov bəy Sultanovun yanına qurultay nümayəndələri ilə birgə erməni ruhaniləri də gəlmişdilər. Danışıqlar iki gün davam etmiş və nəhayət danışıqların mətninin aşağıdakı layihəsi əldə edilmişdir: mövcud toqquşmacərəyanlarının Qarabağda məskunlaşmış xalqlar üçün fəlakətliolduğunu, Qarabağ məsələsinin istənilən həllində ermənilər və müsəlmanların birgə yaşamalı olacaqlarını nəzərə alaraq Qarabağ ermənilərinin VII qurultayının 15 avqust 1919-cu il tarixli iclasında Azərbaycan Respublikası hökuməti iləmüvəqqəti razılığın əldə olunması haqqında qərar qəbul edildi. 26 bənddən ibarət həmin müqavilədə qeyd edilirdi: “Qarabağın, Şuşa, Cavanşir və Cəbrayıl qəzalarının dağlıq hissəsində məskunlaşmış ermənilər özlərinin Azərbaycan Respublikası ərazisində olduqlarını qəbul edir. Qarabağqubernatorluğu nəzdində 6 nəfərdən: üç erməni və üç müsəlmandan ibarət şura təsis edilir. Millətlərarası xüsusiyyətlərə malik bütün prinsipial məsələlər əvvəlcə şurada müzakirə edilmədən həyata keçirilə bilməz. Qarabağ erməniləri mədəni muxtariyyat hüququndan istifadə edir, Azərbaycan Respublikası hökuməti erməni milli şurasının fəaliyyətinə müvəkkil edilmiş ermənilər vasitəsilə nəzarət edir. Azərbaycan Respublikası hökuməti dağıdılmış müsəlman və erməni kəndlərinin tezliklə bərpa edilməsi işinə yardım göstərir” və s. Beləliklə, 1919-cu ilin yayında Azərbaycan Respublikasının Qarabağda suveren hüquqları bərpa edildi. Parisdə olan nümayəndələrə göndərilən məlumatda qeyd edilirdi: “Qarabağ məsələsi adlandırılan məsələ qəti şəkildə həll edildi. VII erməni qurultayında Qarabağ ermənilərinin nümayəndələri Azərbaycan hökumətinin hakimiyyətini tanımaq barədə general-qubernator Xosrov bəy Sultanovla saziş bağladılar. Azərbaycan Respublikası hökuməti Qarabağda normal həyatın bərpa olunması istiqamətindəmühüm tədbirlər həyata keçirdi. Öz həyatını xalqa xidmətə sərf etmiş ictimai xadim kimi mən milli mənsubiyyətindən asılıolmayaraq hamıya eyni münasibət göstərməyi, ciddi ədalət və qanunçuluq mövqeyində dayanmağı hakimiyyətin borcu sayıram. Azərbaycanın müstəqilliyi, ərazi toxunulmazlığı, şəxsiyyətin ciddi məsuliyyəti və əmlak toxunulmazlığı – diyarın həyatı bu əsaslar üzərində qurulacaqdır”.
Qarabağda hadisələrin bu yöndə inkişafında Azərbaycan Xalq Cümhuriyyətinə qarşı təcavüzkarlıq planlarını həyata keçirməyə hazırlaşan Sovetlərin və bolşeviklərin ölkə daxilində apardığı pozuçuluq-təxribatçılıq işləri də mühüm rol oynadı. Aprel işğalı (1920) və Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qarabağ general-qubernatorluğunun fəaliyyətinə də son qoyuldu. Həmin ilin sentyabrında Azərbaycan hökuməti burada yaşayan ermənilərə mədəni muxtariyyət verdi. Xosrov bəy Sultanov Aprel işğalından sonramühacirətdə yaşamış, “İttihad” partiyasının liderlərindən birikimi partiyanın xarici ölkələr bürosunu formalaşdırmağa vəittihadçıları bir təşkilat ətrafında cəmləşdirməyə çalışmışdır.
X.Sultanov 1920-ci ilin 27 aprelində Azərbaycan Rusiya bolşevikləri tərəfindən işğal edildikdən sonra Türkiyəyə getmiş, çətin mühacirət həyatı yaşamışdır. O, Azərbaycanın azadlığı mübarizəsini Türkiyədən başqa İranda, Fransada, Almaniyada davam etdirmişdir. O, 1926-cı ildə Parisdən İrana gedərək, burada İttihadın Tehran və Təbriz komitələrini yaratmışdı.1936-cı ildə Türkiyəyə qayıdan AXC-nin ilk hərbi naziri və Qarabağın ilk və sonuncu general-qubernatoru Xosrov bəy Sultanov ömrünün son illərində İstanbulda yaşamış, 1943-cü il yanvar ayının 7-də orada dünyasını dəyişmişdir.
Lətafət Beybutova Ələsgər qızı
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”
Elmi Araşdırmalar, Ekspozisiya və Fond şöbəsinin müdiri