Genel

Azərbaycan tarixinin qaranlıq üsyanları – SSRİ – yə qarşı Keçililər

Sovet tarixşünaslığında Azərbaycanda baş verən milli-azadlıq hərəkatları, üsyanlar, etiraz çıxışları əsasən əksinqilabçı damğası alıb və cəmiyyətin düşmənləri kimi qələmə verilib. Sovet rejimi bizə öyrədildiyi kimi rahatlıqla qəbul edilməyib. Sovet rejimi qurulan zaman Azərbaycanda üsyanlar da baş verib. Baş verən üsyanlardan biri isə Keçili üsyanıdır. Keçili üsyanı, üsyanın başlama səbəbləri ilə bağlı sualları araşdırmaçı alim, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev cavablandırıb. Sovet rejimi qurulan zaman əhalinin narazlıq etməsinə əsas səbəb nə idi? – Məlumdur ki, Sovet rejimi qurulan ilk vaxtlardan kollektivləşmə adı altında əhalinin torpaqları ilə yanaşı respublikalar arasında da torpaq bölgüsü ədalətsiz aparılırdı. Bu ədalətsizlik əsasən də Qərbi Azərbaycanda və Naxçıvanda özünü kəskin formada göstərirdi. Sovet hakimiyyətinin yaranması Naxçıvan bölgəsi əhalisinin bu acınacaqlı vəziyyətini dəyişmədi, əksinə ermənilərə çar Rusiyasını əvəz edən sovet Rusiyasının çox böyük diqqəti sayəsində Qars və digər sərhəd müqavilələrinin şərtlərinin Ermənistanın xeyrinə pozulması, yəni Ermənistan SSR-in ərazilərinin Azərbaycan torpaqları hesabına genişləndirilməsi prosesi başlandı. Beləki, Qars müqaviləsi təsdiqləndikdən az sonra Dərələyəz əhalisinin İran Azərbaycanında və Naxçıvan mahalında qaçqın olmasından istifadə edilərək mahalın ərazisi Ermənistana qatıldı. 1920-1929-cu illərdə tarixi Naxçıvan əraziləri olan Vedi, Zəngəzurun bir hissəsi və Mehrinin sovet Ermənistanına pay verilməsinin nəticəsi olaraq bölgə blokada şəraitinə düşdü. Orta əsr feodal qaydalarına uyğun şəkildə bu ərazilər üzərində yaşayan azərbaycanlılarla birgə pay alan Ermənistan ikinci addımı ataraq azərbaycanlı əhalinin məhvinə və sürgününə başladı. Keçili kəndi ümumiyyətlə, tarixə nəzər salsaq, heç kimə boyun əyməyən insanların yaşadığı bir yer idi. Hələ Naxçıvan qəzasının Qoşadizə və Kəngərli kəndliləri 1885-ci ildə mülkədarlara vergi verməkdən imtina etdilər. Əbrəqunis və Bənənyar kəndliləri 1888-ci ildə mülkədar Sultanovlardan özlərinin vaxtı ilə tutulmuş 250 desyatin torpaqlarını geri almışdılar. Keçili kəndliləri mülkədarlarla, xüsusən Rəhim xanla torpaq üstündə əlbəyaxa olmuş, ona silah qaldırmışdılar. Hətta Andronik Ozanyan Naxçıvandan Sisyana (Zəngəzura) aşanda Qızılboğaz deyilən yerdə Keçili Dəli Təhməzin dəstəsi ilə toqquşur, xeyli itki verir. Silah yüklü üç at Dəli Təhməzin əlinə keçir. Həmin silahlarla onun oğlu Quşdan 30-cu illərə qədər erməni daşnaklarına qarşı vuruşaraq Şahbuz dağlarında qaçaqlıq edir. Buna etiraz edənləri qaçaq adı altında qələmə verən bolşeviklər əhaliyə amansız divan tutur, zorla onların ailələrini sürgün edir, boşalan ərazilərə isə erməni ailələrini köçürürdülər. – Keçili kəndində hansı tayfalar yaşayırdı? – Keçili kəndində o illərdə 6 tayfa yaşayırdı. Hacılı tayfası – 40 ailəni, Əşkaflı tayfası – 30 ailəni, Sofulu tayfası – 20 ailəni, Alməmmədli tayfası – 30 ailəni, Zeynalxanlı tayfası – 17 ailəni, Qızıllı tayfası – 12 ailəni birləşdirirdi. – Keçili kəndində ilk üsyan nə zaman baş verdi? – 1930-cu ilin fevral ayında Naxçıvan MSSR-də sovet hakimiyyəti əleyhinə üsyan qalxdı. Bu üsyanda ən fəal üzvlər Keçili və Nahacir dəstələrindən idi. Nahacir dəstəsi Naxçıvan mahalında ordunun olmamasından istifadə edərək üsyana qonşu Sirab, Ərazin, Əbrəkinis kəndlərini də cəlb edir. Keçili-Şahbuz üsyançı dəstələri də onlarla birləşir. Bolşeviklərə qarşı baş verən üsyanlardan biri də Naxçıvanın Şahbuz rayonunda başlanan “Keçili dəstəsi” adlı 21 yaşlı Qaçaq Quşdan hərakatı idi. Qeyd edim ki, 21 yaşında mübarizə yoluna düşən Quşdan 7 il sərasər Keçilini dövrələyən dağlarda yaşayıb. Hökumətin xəbərdarlıqları, hədə-qorxuları onu yolundan, əqidəsindən döndərə bilməyib. Ancaq 1932-ci ildə evinə, ailəsilə görüşə gəldiyi gün Quşdanın kənddə olduğunu hökumət orqanlarına çatdırıblar və onlar da dan üzü təzəcə söküləndə Quşdanın evini mühasirəyə alıblar. Silahı yerə qoymaq, təslim olmaq təklifini Quşdan rədd eləyib, qeyri-bərabər döyüşə başlayıb, sonuncu gülləsini isə özünə saxlayıb – onda Quşdanın 28 yaşı var idi. – Hərəkatın başlamasına əsas səbəb nə oldu? – Hərakatın başlanmasına təkan verən səbəb isə NKVD əməkdaşı erməni Orbelyanın Naxçıvan kəndlərinə kütləvi erməni ailələrini köçürməsi, onları silahlandırması və qaçaq adı altında yerli əhaliyə divan tutması idi. Bu həmin Orbelyandır ki, Xızı rayonunun Ağdərə kəndində qanlı izlər qoyub gedib və onun rəhbərliyi ilə bu kənddə 1931-ci ildə onlarla sakin günahsız güllələnmişdi. 1940-cı il, 145-205-ci siyahı, P-4768, iş №3-adlı arxiv sənədində yazılır ki, Orbelyan Ermənistana gedərək oradan Keçili və ətraf kəndlərdə yaşayan ermənilər üçün adambaşı Fransa tüfəngi və 200 patron gətirir, yerli azərbaycanlıların isə bütün silahlarını müsadirə edir. Ona etiraz edənlərə divan tutur. Təkcə Keçili kəndindən isə 70 nəfər güllələnmişdi. Onların 80 faizi yaşlı ağsaqqallar idil

Kaynak : Sənan Turanli QılıncArslan

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest