GenelGüncel

Azərbaycanın Xalq şairi Fikrət Qoca vəfat etdi

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

Xalq şairi Fikrət Qoca vəfat etdi

Azərbaycanın Xalq şairi Fikrət Qoca 85 yaşında vəfat edib.


Modern.az
 xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyi məlumat yayıb.

Qeyd edək ki, Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olub. 

Əsərləri 1956-cı ildən mətbuatda çap edilib. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında fəaliyyət göstərib, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə məsul katibi olub. 1987-ci ildən “Qobustan” incəsənət toplusunun baş redaktoru idi.



1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin birinci katibi idi.



Onun “Qağayı”, “Hamıya borcluyam”, “Stixi”, “Dənizdə ay çiməndə”,  “Od gəlini”, “Yatmadığım gecələrdə”, “Günlərin bir günü”, “Gül ömrü”, “İnsan xasiyyəti”, “Ömürdən səhifələr”, “Mavi dünyanın adamları”, “Taleyin ağır taleyi”, “Seçilmiş əsərləri”, “Eldən elə – dildən dilə”, “Sükutun səsi” və  s. kitabları oxucuların ixtiyarına verilib.



1968-cı ildə Azərbaycan Komsomolu mükafatına, 1998-ci ildə “Humay” mükafatına layiq görülüb. 1995-ci ildə Azərbaycan Respublikasının “Şöhrət”, 2020-ci ildə isə “İstiqlal”ordeni ilə təltif olunub.



Allah rəhmət eləsin…

KAYNAK : MODERN.AZ

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest