Azərbaycan Turan Ocağı Başqanı İsmayıl Türkün Özü,Adınızdan utanın ÇİNGİZ! Abdullayev adınızdan..

Sənan Qacar/KırımınSesi / Azerbaycan 

Bu “kişini” fikirlərinə görə çox bəyənirdim və hörmət etdiyim ziyalılardan biri idi… Sərt tənqidi, xurafatçılara qarşı kəskin fikirləri onu bizə sevdirməyə əsas verirdi… Amma bir neçə gündür rus məktəblərini bağlanmasına qarşı çıxmaqla yanaşı “millətçiləri” tənqid etməyidə unutmur.. Çox hörmətli Çingiz müəllim… İlk öncə millətçi deyilən bir söz yoxdur..(varsa da sizin kimi urusbaşlar işlədir) Milliyətçi və ya Milliyətçilər deyəcəksiniz. Dilimizə sizin kimi “dilçilər” o qədər gəlmə sözlər gətiriblər ki, elə Milliyətçi sözü də ərəb sözüdür. Biz Tenqriçi Türkçülər öz aramızda bir birimizə Türk Budunçuları(milliyətçiləri) deyirik. Rus dili bizim üçün çox önəmlidir deyirsiniz.. Rus bizə nə verdi ki, dilidə bizə önəmli olsun? 1813-1828 ci illərdə bu iki düşmən dil ilə (rus-fars) yazılmış müqavilələrlə bizi parçalamadılarmı? Tarixdə, Azərbaycan türklərinin ən böyük imperiyalardan biri olmuş Səfəvilərin saray dili Türk dili deyildimi? Dünyada ən çox danışılan 5 dildən biri türk dili deyilmi? Məlumdur…siz rus dilində oxuyub və rus ənənəsi ilə böyümsünüz, hələ də davam edirsiniz… Amma bizim gələcək nəsil rus dilində deyil, öz Türkcəsi ilə təhsil alsa, öz Ana dilini, Ata yurdunu, Oğuz olduqlarını, dünyanın ən şanlı Ulusu olduqlarını dərk edəcəklər. Çingiz müəllim… Sizə olan sevgimizi bərbad hala saldınız, Adınızdan utanın…

İsmayıl TürkünÖzü.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest