GenelGüncelKültür Sanat

Azərbaycan deyəndə layihəsinin təqdimatı keçirilib

Subhan Talıblı/Azerbaycan

“Azərbaycan deyəndə” layihəsinin təqdimatı keçirilib
Gənclər və İdman Nazirliyi və MAG (Müasir Azərbaycan Gənci) verilişinin birgə təşkilatçılığı ilə “Azərbaycan deyəndə” layihəsinin təqdimatı keçirilib.
Tədbirin əvvəlində Dövlət Himnimiz səsləndirilib və torpaqlarımız uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Gənclər və İdman nazirinin müavini İntiqam Babayev bildirib ki, “Azərbaycan deyəndə” layihəsinin əsas hədəfi Azərbaycan həqiqətlərinin, tariximizin, mədəni irsimizin və ölkəmizin uğurlarının beynəlxalq aləmdə təbliğində gənclərin fəal iştirakına şərait yaratmaqdır.
Layihə çərçivəsində gənclərə sosial mediada işləmək sahəsində müvafiq biliklərin verilməsi və digər tədbirlərin reallaşdırılmasının da nəzərdə tutulduğunu qeyd edən İntiqam Babayev sonda hamını bu prosesdə fəal iştirak etməyə dəvət edib.
Sonra “Azərbaycan deyəndə” layihəsinin saytı qonaqlara təqdim olunub. Eləcə də, Azərbaycan deyəndə nələr edə bilərik?” mövzusunda müzakirələr aparılıb, təkliflər irəli sürülüb.
Tədbirdə Gənclər təşkilatlarının rəhbərləri, yaradıcı gənclər, gənc alimlər, media nümayəndələri, sosial media mütəxəssisləri iştirak ediblər.

Pin It on Pinterest