Ayşən Rəhim
Nazim Əhmədli şair-publisist
Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi
Ayşən Rəhim
1999-cu il yanvarın 1-də Yevlax şəhərində anadan olub.Tam orta təhsilini Mingəçevir şəhər N.Nərimanov adına 1N-li məktəbdə bitirib. Eyni zamanda Mingəçevir şəhər “Üzeyir Hacıbəyov adına musiqi məktəbi”ndə fortepiano və gitar üzrə təhsil alıb. Hal-hazırda Şəki Tibb Kollecinin tələbəsidir. Şeirləri “Ədəbiyyat” ,”525-ci qəzet” ,”Ədalət” kimi dövri nəşrlərdə çap edilib. AYB Mingəçevir bölməsinin üzvüdür.
Ayşən Rəhim
Payız həsrət
İndi üşüyür əlin,
Söndürdün ocağımı.
Orda hava soyuqdur,
Al, geyin qucağımı.
***
Səndən sonra pis oldum,
Ölməyimin sayı yox.
Sənsizlikdən asıldım,
Bu payız həsrətinin
Nə ili nə ayı yox.
***
Hər kiçik əlvidanın,
Ayrılıqda gözü var.
Təkliyin “sən” adında
Bilinməyən üzü var.
***
Elə indi anladım
Mən sənsiz bir heçmişəm.
Bir sənə çatmaq üçün,
Min özümdən keçmişəm .
Və sənə tələsdikcə,
Özümə gecikmişəm.
Tənhalığın küncündə
Qısılırsan gecələr,
Tənhalığın küncündə.
Ümidlərin kəsilir,
Zamanın ülgücündə.
***
Səpələnib otağın ,
Dörd bir yanına dərtlər
Həsrətin yenə gəlib,
***
Qanad açır hər səhər ,
Neçə-neçə xatirə.
Üzündəki təbəssüm,
Məndən sənə xatirə.
***
Görürsən addımbaşı,
Sənsizlik hökm sürür.
Yalnızlıq da qapıda
Yenə it kimi hürür.
***
Dönsəndə ki mən çətin,
Qürurumdan əyiləm.
Nə sən o sən kimisən,
Nə mən o mən deyiləm.
***
Əl açıb yollarına ,
Tanrı dua oxuyur.
Qucağını geyindim,
Üst-başım sən qoxuyur..
Uzaqların adı sən
“Bilirdim ki sən də bir gün hərkəzləşib gedəcəksən
hamının getdiyi yerə”
Dillərimdə sükutum,
Əllərimdə qunutsan.
Xatirəndə ölərəm,
Əgər məni unutsan.
***
Sənə sarı yol açır
Gözümün yaş tərəfi
Bərk qayaya rast gəlib
Qəlbimin daş tərəfi.
***
Mən hamıdan küsürəm
Heçkəslə barışmıram.
Qovuram gecələri,
Gündüzlər danışmıram.
***
Küsürəm bu talenin
Döngəsinə ,tininə
Ayrılığın andına,
Allahına ,dininə.
***
Güzgüdəki qızın o,
Hiddətli baxışları
Gözü sıxır buludu,
Yağdırır yağışları.
***
Bu ögey həyatımın
Ən doğmaca yadı sən.
Uzaqlardan uzaqsan ,
Uzaqların adı sən.
***
Səsin minarələrdən,
Duyulan azan kimi,
Ən müqəddəs səs indi.
Ovucların duadır,
Saçların bir din idi..
***
Qırmadım bu tilsimi,
Qarğışa aha düşdüm.
Tək sənə çatmaq üçün,
Hərşeydən yan ötüşdüm.
Gecə ehtişamı
Zərif bir yel əsir gecə yarısı,
Üşüyür kimsəsiz boş pəncərələr.
Bu da üçüncü şam əriyib sönür,
Ah o təmtəraqlı yalqız gecələr.
***
Ay da darıxaraq süzür baxışın,
Otaqda min illik sükut səsləri.
İndi unutmaqçün bir şeir-dua
Birdə ki çağırdım müqəddəsləri .
***
Daha yolum düşür küncə bucağa
İslanır hər iki üzü balışın.
Dayana bilmirəm şamdan uzaqda,
Qürur əlindəki son yalvarışım.
***
Acı səadətin həzzini dadıb
Geyirəm bu nimdaş xatirələri.
Səni unutmaqçün təkcə səni yox,
Həm də ki unudam bu boz şəhəri.
***
Bir ümid görünür kiçik də olsa,
Atılmış vüsalın qırıqlarında,
Sığışıb illər də bircə vidaya,
Töküldü çatlamış dodaqlarından.
***
Mən daha səmada Tanrıya ögey,
Səninsə ən doğma yadınam indi.
Dəyişib ömrümün əqrəbləri də,
Yolunda özgə bir qadınam indi.