GenelGüncelKültür Sanat

Ayna Əhmədli – hekaye

Cənnətin qapısında Mikayılın gözlərindən uzaqda bir sövdələşmə baş tutur. İnsanın arxasından oyun qurulur. Kim qurban görərik bunu sonunda.

 Bir ilan çıxdı aralıq cənnət qapısından. Qapqara dərisi sanki qiyaməti xatırladır. Nə bilək, bəlkə də, qara talehin xəbərçisidir, məktubunu tənində daşır. Asta-asta yaxınlaşdı qovulmuş olanın çənəsinin altına. Bir fısıltı ilə iblis girdi ilanın qanına. Satdı bu ilan ruhunu şeytana. Ruhunda bir qaranlıqla, qəlbində nəfsin qurduğu qısqanclıq pususunda girdi cənnətə üz tutdu Adəmin Allaha varan yoluna. Baxdı eşqin ilk timsalına. Qalxdı bu ilan yavaş-yavaş Həvvanın başına: “Nədən yasaq olsun bu nemət axı insana?! Diz çökdü bütün yaradılış Tanrının əmri ilə Adəmin önündə. Axı Tanrı çox sevir Adəmi. Bir parça buğdamı haram olacaq sizə?! Qorxma sadəcə bir az cəsarət yetər bu addımı atmağa. Sadəcə bir dəfə dadına baxsan, qoxusunu duysan, gizli pərdələr arxasına gizlənsən səni kim görəcək. Sadəcə bir dəfə, bir dəfə yetər nəfsini küsdürməyə. Nəfsini gəl incitmə sən. Bircə dəfə dadmaq bu nemətdən yetər onu yolundan döndərməyə. Axı nə bilirsən, nə olacaq, bəlkə, sabah heç yaşamaq sənə nəsib olmayacaq”. Havva qarşı gəldi buna. Boyun əymədi iblisin oyununa.

İblis hey var gəl edirdi. İlanın qəlbində heyrət edirdi: “Ah insan…insan, sən necədə inadkarsan. Axı sən necə məxluqsan. İndi kim olsa, tabe olardı nəfsin buyruğuna. Qəlbində varkən nəfsin yuvası, necə güc gəlirsən mənə?! Necə sinə gərirsən sən bu ehtirasa, bu arzu və istəyə?! Yox ola bilməz, heç palçıqdan tikilən daxma bir dam üstün ola bilərmi daş saraydan. Ola bilməz sən çiy kərpicdən, möhürdən tikilmiş bir koma mənsə, dəbdəbəli bir saray. Olmaz!!! Bu lütufa insan nail ola bilməz əsla. İnsan mənim qarşımda diz çökəcək, diz çöküb məndən əhv diləyəcək. Sındırılmış eşqimi mənə bəxş edəcək. Qürurmu çiynətmərəm ayaqlar altında. Mənə də şeytan deyərlər, yuvamı yıxanın başına bir çorab toxuyaram ki, ayağıyla başını səhv salar”. İblis gecə gündüz düşündü. Plan cızdı, nəhayət bir qərar qıldı: “Mənim yaşadığım acını dadacaq insan. Qısqaclıq bir parizit olub insanı içdən-içə oyacaq. Qısqanlıq sanki dağlanmış dəmirdir. Dağ basar insanın qəlbinə. Bir damğa vurar ki, insanın köksünə, xısın-xısın bir qurd kimi, bir parizt kimi yeyəcək insanı. Qəlbin oyacaq, dələcək insanın. İnsanın o quru canı özünə olacaq cənnətdən çıxış qapısı. Bir hekayə yazıldı, guya Adəmin Həvvadan başqa bir yarı vardı. Çağrıldı şeytanın qulları seçildi atəş saçlı bir küpə girən qarı. Lilit qoyuldu adı. Olacaq guya Adəmin ilk yarı. Lilit bir yalandı. O sadəcə bu hekayədə saxta qəhrəmandı. O, Allaha qarşı çıxandı. Guya cənnətdən qovulan ilk insandı. İlana xəbər salındı, Lilitin muştuluğu Havvaya yollandı. Bir ilan girdi Havvanın qoynuna. Bumbuz təni dondurdu Havvanın qanını. Budur iblisin intiqamı. İlanın başladı Havvanın qanına girməyə. Yalanlarla onun ruhunu kirlətməyə. “Lilit geri döndü”,- deyə bir zəhər qatdı Havvanın canına.

         – Lilit kimdi axı?

         -Adəmin səndən öncəki yoldaşı

         -Ola bilməz axı…..!

         -Nə bilirsən?! Adəm səndən öncə yaradılmadımı?! Səndən öncə nə yaşadığını, kimə yar olub kimin üçün yandığını?! Adəm səndən öncədə vardı, səndən sonrada. Səndən öncə olanları sənə danışdımı? Bilərsənmi, onun ilk sövdəgarını?! Bilirsənmi ona necə baxdığını, əllərini tutub onunla olan eşq pərvazını?! Adəm onu çox sevdi. Lilitin atəşdən saçları Adəmin qəlbini özünə bənd etdi . Bəmbəyaz tənində durur hələ də Adəmin əl izləri. Baxışlarında salam verir hələ də Aədəmin surəti.

         -Yox ola bilməz Adəm məndən başqasına sevgilim deməz. Lilit vardısa, mən nəyə gərəkdim. Yardılışımın qayəsi nədir o zaman. Sənin bu dediklərin tamam yalan. Sən sözün əsl mənasında ilansan. İnanmıram sənə. Sənin o fitnəkar sözlərinə. Sözlərinə uysam, yarımı mənə bağlayan güvən körpüsünü uçurmuş olaram. Sənin sözlərini fitnəsində boğulsam, Adəmə xəyanət etmiş olaram. Ola bilməz, ola bilməz əsla.

         -Xeyir yalan deyil sözlərim. İlan ola bilərm mən, amma unutma ki, həqiqət acıdır, mənim ağızımda daşığım zəhər sənin acı talehindir sadəcə. Lilit tərk etdi Adəmi. Çünki sevgisi yalandır Adəmin. Adəm ki, ölüb gedəcədir. Onun gözəlliyi bir gün solub itəcəkdir. Görürsənmi, Adəm də gördüyün hər şey sadəcə bir xülya, yalan bir gerçəkdir. Adəm səni də bu uğurda qurban verəcəkdir. Adəm xilqəti budur. O sadəcə nəfsinin quludur. Lilit Adəmdən göyləri istədi. Lilit göy qübbənin ulduzu olmaq istədi. O istədi ki, qoy göy qübbəni boyasın Lilitin masmavi ətəklər. Qızıl saçaları günəş olub rəng versin üfüqlərə. Lakin Tanrı etiraz etdi bu istəyə. Adəm baş əyib Yaradana üç çevirdi sevdiyinə. Lilit dözə bilməyib bu xəyanətə tərk etdi cənnəti bir gecədə. Qarnlıq bir gecə ayırdı onları. İndi qaranlıq bir gecə qovuşduracaq bu iki yarı. Əlləri birləşib onların, gözlər qovuşaq öz tayına. Bu qaranlıq gecə çıxaraqcaq səni cənnətdən. Cənnətin sultanı Havva olcaq cəhənnəmdə atəş ocağı.

         Havva dözə bilmədi bu sözlər. İlanın zəhəri doldu Havvanın qəlbinə. Ürəyinin hər döyüntüsündə qısqanclıq işlədi iliklərinə. Havvanın artıq vardı bir intiqamı. Qəlbində bir səs: “İnanma”,-deyirdi bu yalana. “Yox ola bilməz Adəm mənə xəyanət etməz. O sevgi sözləri, o şirin gecələri  bir xülya deyildi yaşandı onlar”. Havva qərara gəldi. O, Lilitlə üzələşəcəkdi. Havvanın bu diləyi İblisə göndərildi. “Qətiyən olmaz. Havva Lilitlə qarşı-qarşıya dura bilməz. Bir baxışda anlardı Havva, insan deyil bu məxluqdu. Lilit əslində bir yoxluqdu”. Uzaqdan göstərdilər Liliti Havvaya. Havva boğuldu göz yaşlarına. Öncə acı yayıldı canına. Sanki təninin altında açıldı göz-göz yaralar. Sonra irinli yaralar daşlaşdı sanki. Kütləşdi Həvvanın bütün bədəni. Canındakı yaralardan axan irinlər doldu qəlbinə. Qəlbi daşlaşdı birdən-birə. Həvva döndü qısqanclığın əsirinə. İntaqam gəldi gözlərinin önünə. O xəyanət gecəsindən öncə Adəmi çıxarmaq lazımdı cənnətdən. Bax o an İlanın qəlbində şeytan çıxdı ilan dilinə, göndərdi onu haram buğda üstünə. Qoparıb Həvva bir buğdanı çıxdı Adəmin önünə. Min-bir naz, min-bir işvə ilə Adəmi başdan çıxardı. Adəmin eşqi bir mey olub zatən damarlarında dolaşır. Həvvanın bir baxışı Adəmin ağlını başıdan aldı. Baş əydi sevdiyinə. Sadəcə bir diş izi düşdü buğdanın üstünə. Tanrı dözə bilmədi artıq bu şeytan oyununa. Adəm sevgisi uğruna unutdu Allahını. Həvva qəlbinə qonaq aldı qısqanclığı, ilan ibləsə baş əydi, Yaradlış sanki, öz mənliyini tərk etdi. Artıq onllar cənnətə layiq deyildi. Bax xəyənaət gecəsi yetişdi. Xəyanət gecəsi xəyanət Həvvaya edilmədi. Bu xəyanət Yaradana, yaradılışa edildi. İnsan özünə xəyanət etdi. İnsan öz mənliyini axı necə tərk etdi. Cənnət mənliyimizdə gizlidi. O gecə insan öz mənliyində cənnəti tərk etdi.

Yox bu hekayə belə bitmədi. Axı insan hekayəsidi. İnsan eşqini qüruru önündə əymədi, əhv dilədi. İnsan öz eşqini, özülü yolunda tərk elədi. İnsan Allahın önündə and içdi, bir daha belə bir səhv etməyəcəkdi. Tanrı ayırmışdı Adəmlə Həvvanı. O gün Adəm də Həvva da anladı. Axı onları bir-birinə Tanrı bağışlamışdı. Həvva o zaman duyudu həqiqəti. Həvva Adəmin Allaha gedən yoluydu, tək həqiqəti. Adəm Həvvanın cismini deyil, yaradılışını sevirdi. Adəmlə Həvva bax burda xəta edirdi. Heç vaxt heç nə uğruna Tanrıdan keçmə əsla. Unutma, ey insan uğruna Allahdan keçdiyini Allah bəxş edir sənə. Allahı seçsən əgər, sevdiynə yetişərsən.

Tövbəsi bir kəlimə, əhv etdi Tanrı Adəmi, qovuşdu Adəmlə Həvva yenə. Fəqət bu xəta qarşılığında Tanrı tək bir şey istədi onlardan: “Gəldiyiniz yolu özünüz tapacaqsınız. Cənnətdən özünüz çıxdınız özünüz cənnətə qayıdacaqsınız. O yola siz özünüz varacaqsınız”.

         Bəs bu hekayədə ilana nə oldu. İlanın vardı yeddi qardaşı. İlanın günahı dolandı boynuna. Tanrı buyurdu yeddi qardaş ilana elə bir imtan olacaqdı ki onlar, tarixdə görülməmiş. Yedi qardaş yeddisi də bir-birindən simsiyah. Siyah dəriləri gecənin ən qaranlığından xəbər verirdi sanki. Bürünüb gecənin çarşabı altında min-bir oyundan çıxırdılar. Yeddisinin birdən-birə siyah pulcuqları qızarmağa başladı. Onların təni Lilitin saçlarından sanki ilham aldı. Etdikləri günahın nişanıydı bu. Görən onları tanıyır, bunlar qızıl ilan balası. Qızıl bir ilanı soxmuşalar Həvvanın qoynuna. Al yalanın alına büründü bir anda canları. Tanrı buyurdu ki, bu dünyada saysız  hesabsız dərmansız dərd var. Onların dərmanı Haqq dərgahında gizlidir ancaq. Yeddi ayrı dərdin dərmanı yeddi ayrı canda gizlidir artıq. Onların ki, al yalanları əbası olmuş. Hər birinin ətində insanın canına axıtdıqları zəhərin  bədəlində bir panzəhər var. Kimki qızıl ilan balasının ətindən dadar o bilinməz bir dərdə dərman tapar. Haramdır anacaq ilan əti. Bu imtahan kimin imtahanı. İnsanınmı, yoxsa ilanınmı?! Dərdsiz dərdin dərmanı haramdır insana, dərmanı Allahda axtaracaqmı insan?! Gözü dönərsə, insanın ilanın cəzası yetişəcəkmi nəhayətinə. Bu imtahan bitərmi?! Dünya sadəcə olduğu yerdə dövr edəndi. Səhv etdiyimiz sualı yenidən oxumaq lazımdı. Hər yanlışda dünya qaydır ən başa. Bu imtahan axı kimin imtahanı?! Cavab sadəcə insandadır!!!

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest