Astrobios nəzəriyyəsinin fərziyyə və fəlsəfəsi
Astrobios nəzəriyyəsinin fərziyyə və fəlsəfəsi
XVI Hissə
Uğur psixologiyası
(Mövzunun Astrobios nəzəriyyəsinin fərziyyə və fəlsəfəsi ilə izahı)
Həyatımız boyunca yaxşı və pis olmaq şərti ilə daima hadisələrlə qarşı-qarşıya oluruq. Bir mövzuya dair marağımız olur və bəzilərimiz həmin mövzunu özümüzə məqsəd seçirik. Ona sahib olmaq, dünyada mühüm işlər başara bilmək niyyətinə sahib oluruq. Bəs uğur əldə etmək üçün nəyi tam olaraq anlamalıyıq?
Hüceyrə fəzada olan enerji tezlikləri həcmlərinin son tamamlayıcı versiyasıdır, yəni hər bir qarşılaşdığımız hadisənin və ya toxunduğumuz cismin tamamlayıcı versiyasının hüceyrəmizdə olma səbəbi, həmin hadisə və cisimləri hiss etməyimizə səbəb yaradır. Bu tamamlayıcı amil hüceyrə daxili proteinlərdir. Onlar, sanki siqnal qəbulediciləridir. Əgər bir amilin siqnal qəbuledicisi hüceyrə daxilində yoxdursa, o zaman hüceyrə tipli varlıq olaraq bizlər, o amilin fərqinə varmayacayıq. Hər şey tezliklər ölçüsündə var olmaqdadır. Hər bir amilin müəyyən tezlik ölçüsü vardır ki, əgər tezlik ölçüləri hüceyrə daxilində tanınmırsa, onu anlayacaq olan siqnal proteini yoxdursa, demək həmin tezlik ölçüsünə sahib amil hiss olunmayacaqdır. Bu bilgilərdən uğur yolunda necə istifadə edilməlidir?
Düşüncələrimiz özlərinə məxsus elektrik cərəyanına, yəni tezlik ölçüsünə sahibdir. Hər bir düşüncə fəzaya yayılan yeni bir tezlik ölçüsü deməkdir. Bu yoldan istifadə edərək tərs mühəndislik taktikası ilə həyatımızı istədiyimiz yönə dəyişə, uğur əldə edə bilərik. Əgər ətraf fəzada olan tezlik ölçülərinin hüceyrəmiz daxilindəki tamamlayıcılarına əsasən varlığımızı formalaşdırırıqsa, o zaman düşüncənin də tezlik ölçüsünə sahib olma xüsusiyyətindən istifadə edərək həyatımızı qura bilərik. Sahib olmaq istədiyimiz məqsədimizə artıq çatmağımızı düşünərək və ya onu arzulayaraq fəzada həmin tezlik ölçüsünü yaratmış oluruq və bu dəfə həmin tezlik ölçüsü hüceyrəmizdə formalaşaraq fəzaya yayılacaqdır. Beləliklə də fəzaya yayılan tezlik ölçüsü özünəməxsus digər tezlik ölçüləri ilə hüceyrəmizə yönələcəkdir, yəni bunu bir kanal olaraq düşünə bilərik. Normalda hüceyrə özündə olan tamamlayıcı vasitəsilə kanaldan istifadə edərək fəzada olan tezlik ölçülərini özünə çəkir, onları hiss edir. Bu dəfə isə hüceyrə daxilində müəyyən tezlik ölçüsü yaradaraq fəzaya göndərir və həmin tezlik ölçüsü özünəməxsus amillərlə tamamlanır. Və hüceyrəmizdə uzatdığımız kanal vasitəsilə də bütün o mövzuda olan amillər bizə, hüceyrəmizin hiss edə biləcəyi mövqelərə gəlir, yəni hər zaman sevgi, sevinc, gözəllik, uğur haqqında düşünməliyik. Uğurumuzu, istədiyimiz başarı mövzusunu xəyal etməli və ona artıq sahib olduğumuzu duymalıyıq. Çalışaraq, əlimizin altında olan amillərdən istifadə edərək məqsədimiz uğrunda işlər görməliyik. Çalışdıqca, əlimizin altında olanlarla nələrsə etməyə çalışdıqca, əlimizin çatdığı, edə biləcəyimiz daha çox şeyin bizə gəldiyinin şahidi olacaqsız. Bu hüceyrəmizdən enerji tezlik ölçüsü yaradaraq göndərməyimiz və həmin tezlik ölçüsünün də özünə xas olan digər amillərlə birləşməsi və yaranan kanal vasitəsilə lazım olanların bizə gətirilməsinə görə olmaqdadır.
Məqalə müəllifi: Məhəmməd Kərimov.
Astrobios fərziyyə və fəlsəfəsi Məhəmməd Kərimov adına “Neytrallıq nəzəriyyəsi” adı altında 25.06.2021-ci il qeydiyyat tarixinə mənsub olan 04/C-11859-21 qeydiyyat nömrəsi ilə alınmış müəllif hüququ da vardır.