GenelGüncelKültür SanatTürk Dünyası

Antiterror əməliyyatının birinci ildönümünə həsr olunmuş kitabın təqdimatı keçirildi

Antiterror əməliyyatının birinci ildönümünə həsr olunmuş kitabın təqdimatı keçirildi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Yasamal rayon Heydər Əliyev Mərkəzi ilə birgə yazıçı-publisist, şair, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Sevinc Ağa Xəlilqızının “Ön cəbhə əfsanələri…” kitabının təqdimat mərasimini keçirdilər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.

Tədbir iştirakçıları Böyük Qələbə, tarixi Zəfər sevincini bizə bəxş edən, Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad etdilər.

Tədbiri giriş sözü ilə tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova açaraq, tədbir iştirakçılarını və qonaqları salamladı. O, ölkə başçısının 19 sentyabr tarixli Sərəncamını diqqətə çatdırdı və bildirdi ki, məhz 20 sentyabr tarixində 23 saat 43 dəqiqə davam etmiş və uğurla başa çatmış qısamüddətli antiterror əməliyyatı nəticəsində ordumuz parlaq Qələbə qazanmışdır. L.Məmmədova tədbir iştirakçılarına bildirdi ki, 44 günlük Vətən müharibəsinə və qısamüddətli antiterror əməliyyatının birinci ildönümünə həsr olunmuş kitab kitabxananın “Şəhidlər ölməz, Vətən bölünməz”, “Şəhidlər unudulmur” və “Yaradıcı oxucularımız” layihələri əsasında müəlliflə birgə hazırlanmış və müəllif tərəfindən nəşr olunmuşdur. Sevinc Ağa Xəlilqızının “Ön cəbhə əfsanələri…” kitabı 44 günlük Vətən müharibəsi zamanı böyük şücaət göstərən şəhidlərimizin, əsgər və zabitlərimizin qəhrəmanlığından bəhs edir.

Yazıçı-publisist, şair, “Ön cəbhə əfsanələri…” kitabının müəllifi Sevinc Ağa Xəlilqızı öncə şəhid ailələrini, qaziləri və qonaqları salamladı. Qeyd etdi ki, romanın əksər bölmələri şəhid Əmirulla Əliyevin həyat və döyüş yolundan bəhs edir. Kitabda Əmrulla Əliyevin kursant həyatı, müharibədə iştirakı, yazdığı şeirlər əks olunur. “Ön cəbhə əfsanələri…” kitabında şəhid və qazilərimizə aid bölmələr də var. Müəllif  yazdığı kitabın əsas məqsədi haqqında məlumat. O qeyd etdi ki, əsas məqsəd Azərbaycanda baş verən tarixi  hadisələri  faktlar əsasında  ardıcılıqla  cəmiyyətə  çatdırmaq idi. O, əsərin qəhrəmanları, Aprel hadisələri, Tovuz hadisələri, 44 gün davam edən Vətən müharibəsi, antiterror əməliyytından danışı. Müəllif qeyd etdi ki, bizim bu ərənlərin qəhrəmanlığına heç kim, heç kəs kölgə sala bilməz!  Bu tarixi roman faktlarla danışır. Sonda şəhidlərə həsr etdiyi “Ey ana yurdum, can Azərbaycan” şeirini  söyləyərək bütün şəhid ailələri qarşısında baş əyərəm dedi. O, kitabın redaktoru və hərbi məsləhətçilərinə təşəkkürünü bildirdi.

Milli Məclisin deputatı, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Aydın Mirzəzadə tədbirdə iştirak edən bütün şəhid valideynlərinə və xanımlarına təşəkkür etdi. O qeyd etdi ki, əsərin baş qəhrəmanı Əmrulla Əliyevin simasında bütün şəhidlərimiz bizim kimliyimizin simvollarından biridir. Azərbaycan xalqı öz suverenliyini təsdiq edir və igidlər yetişdirə bilir. Şəhidlər bizim simamızdır. A.Mirzəzadə Böyük Qələbəmizdə Ali Baş Komandan İlham Əliyevin rolundan, onun dünyadakı nüfuzundan, Azərbaycan dövlətinin dünya siyasətindəki rolundan söz açdı. Daha sonra o, Sevinc Ağa Xəlilqızını təbrik etdi, yaradıcılıq uğurları arzuladı.

Naxçıvan Vilayət Partiya Komitəsinin katibi, daxili işlər orqanlarında məsul vəzifələrdə çalışmış, DİN-in sabiq müavini, polkovnik Həmid Cəfərov çıxışında vurğuladı ki, müəllif əsəri qələmə alarkən, sanki müharibənin içərisində olub. O, S. Ağa Xəlilqızına yaradıcılıq uğurları arzuladı.

Beynəlxalq Sülh səfiri, “Dövlət və qanun” qəzetinin baş redaktoru Yasəmən Möhübbətqızı çıxışında bildirdi ki, şəhid valideynləri övladları ilə birgə qəhrəmandırlar. Onlar Vətən uğrunda, Azərbaycan uğrunda, tarixi torpaqlarımız uğrunda mübarizəyə qalxaraq, 30 il düşmən tapdağı altında olan torpaqlarımızı bizə qaytardılar.

“Ön cəbhə əfsanələri…” kitabının hərbi məsləhətçisi, Qarabağ qazisi, DİN-in XTPD-nin komandiri, polkovnik İlqar Hüseynov çıxışında qeyd etdi ki, müharibə itkisiz olmur, amma Vətən, torpaq uğrunda döyüşmək böyük şərəfdir. Bizim qəhrəman oğullar 44 günlük Vətən müharibəsində təkrarolunmaz igidlik göstəriblər.

Şəhid qardaşlar – İman və Bəhram Məmmədovların atası Elman Məmmədov şəhidlərimizi heç bir zaman diqqətdən kənar qalmamasına, unudulmadığına görə təşəkkür etdi.

Şəhid Əmrulla Əliyevin atası Vahid Əliyev şəhidləri, qazi və zabitlərimizi hər zaman diqqətdə saxladıqlarına görə təşəkkürünü bildirdi. O, qeyd etdi ki, bizim şəhidlər bizim and yerimiz, qürur mənbəyimizdir və kitabın müəllifinə minnətdarlığını bildirdi.

Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasının şöbə müdiri Yeganə Qafarova “Ön cəbhə əfsanələri…” kitabının oxucular tərəfindən maraqla qarşılandığını bildirdi və kitabxanada Vətən müharibəsi, qısamüddətli antiterror əməliyyatı haqqında kitablara böyük ehtiyac olduğunu bildirdi.

Bəstəkar, müğənni Arif Səlimov yeni bəstələdiyi “Azərbaycan” mahnısını, Bakı Musiqi Akademiyasının magistrı, xalq artisti Natəvan Şeyxovanın tələbəsi Leyli Əşrəfi “Ey Vətən”, “Dayan zaman”, “Dastana dönən səs” mahnı müsabiqəsinin birinci yer qalibi Günay Məmmədova “Sarı gəlin”, “Ay Laçın” xalq mahnılarını, Beynəlxalq müsabiqələr laureatı İslam Qasımov “Azərbaycan”, müğənni Aybəniz Çələbi “Yaşa Azərbaycan” mahnılarını ifa etdilər.

Şair Mələk Yazar “Şəhid anası” şeirini, şair, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Qadir Hüseynov vətənpərvərlik mövzusunda yazdığı yeni şeirlərini oxudu.

Tədbirin bədii hissəsində 158 nömrəli tam orta məktəbin şagirdləri – Hüseyn Həsənli, Gülüm Novruzova, Nərmin Tağıyeva, Sənan Quluzadə və Mədinə Quluzadə Sevinc Ağa Xəlilqızının vətənpərvərlik mövzusunda şeirlərini səsləndirdilər.

Yasamal rayon MKS-nin əməkdaşı İradə Hüseynova, Yasamal rayon MKS-nin 3 nömrəli kitabxana filialının müdiri Arzu Xudayarova və AMEA-nın Folklor İnstitutunun əməkdaşı Elmiyyə Abdullayeva Sevinc Ağa Xəlilqızının “Zəfər mənimdir” poemasından parçalar və “Könül səhifəm” kitabından “Şuşa” şeirini söylədilər.

Yazıçı-publisist, şair, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Sevinc Ağa Xəlilqızına kitabxananın layihələrində fəal iştirakına görə Fəxri Diplom, bəstəkar, müğənni Arif Səlimova, Bakı Musiqi Akademiyasının magistrı Leyli Əşrəfiyə, “Dastana dönən səs” mahnı müsabiqəsinin qalibi Günay Məmmədovaya Yasamal rayon MKS-nin Fəxri fərmanları təqdim olundu. Yasəmən Möhübbətqızı Sevinc Ağa Xəlilqızına baş redaktoru olduğu redaksiya heyəti adından Diplom təqdim etdi.

Kitabın təqdimatında şəhid ailələri, müharibə veteranları, Qarabağ qaziləri, şair və yazıçılar, jurnalistlər, kitabxanaçılar, geniş ictimaiyyət nümayəndələri iştirak etdilər. Tədbirdə Ruben Vardanyanın həbsinə qərar verən Səbail Rayon Məhkəməsinin hakimi Ülviyyə Şükürova da iştirak etdi.

Kitabın redaktoru tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova, hərbi məsləhətçilər Həmid Cəfərov, Murad Beydiyev, İlqar Hüseynov, Eldar Qurbanov, Ceyhun Sadıqovdur.

Tədbirdə Sevinc Ağa Xəlilqızının “Ön cəbhə əfsanələri…” kitabı haqqında bir videoçarx, şəhid Əmrulla Əliyevin döyüş yolu, şəhid Elvin Səfərov və Sevinc Ağa Xəlilqızının əsərləri əsasında hazırlanan videoçarxlar nümayiş olundu.

Ön cəbhə əfsanələri
Ön cəbhə əfsanələri

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest