Ah!… Krılov,Krılov… və yaxud Meymun və Çeşmək məsələsi
Qocalanda Meymunun zəiflədi gözləri,
Yadına düşdü onun adamların sözləri:
Heç də fəlakət deyil gözlərin pis görməsi,
Çeşmək alıb taxanıar yaxşı görür hər kəsi…
Bu nəsihət Meymunun yaman batdı ağlına,
Bir düjün şeşmək alıb,baxdı soıa,sağına.
Onları gah bığına,quyruğuna bəllədidi,
Gah iylədi,gah da ki yorulmadan əllədi.
Amma çeşmək heç cürə ipə-saoa yatmadı,
Adamların sözləri özünü döğrultmadı.
Nəsihət verənləri söydü,buladı Meymun,
Hirsindən hal-//əhvalı yaman pozuıdu onun.
…Adamlara inanmaq yaman çətinmiş, çətin,
İndi gəl sözünə bax,bundan sonra millətin.
Bir daş taölb üsrünə o düzdü çeşməkləri,
Acığından bələldi gözləri ,bəbəkləri.
Sındırdı bircə-bircə çeşməkləri daş ilə..
Çox çətundir yaşamaq belə hirsli baş ilə…___
______
Təəssüf ki, həyatda var belə insanlar da,
Meymun kimi özündən tez çıxırlar onlar da..
.
Unudulur bu məsəl, zər qədrin zərgər bilər.
Adam düşüncə ilə bilmədiyin öyrənər…
Ağıl olmaz heç zaman hirsli başda, qafada
Düşünməkçün yaramıb bil ki, baş da, qafa da…
Hər bədənin üstündə yimru olan baş deyiı,
Baş düşünək üçündür,göydən gələn daş deyil.
Nazim Nəsrəddinov
Bakı
14.02.2020