Kültür SanatTürk Dünyası

ADSIZ QƏHRAMAN, MİRZƏ BALA MƏMMƏDZADƏ

Bu torpaqlar, tarix boyu bilinən və ya bilinməyən qəhrəmanların çiynində dövlət olmuşdur. Bu torpaqlara əsrlər boyu min fitnə, min şər toxumları əkilsədə, hər zaman son nəfəsində “Can Azərbaycan” diyəcək oğullar yetişdirmişdir. Bu gün bu torpaqların üstündə azad gəzə biliriksə, bu torpaqlar üçün səssizcə can verib, altında yatanların sayəsindədir. Kimiləri azadlığımızın, hürlüyümüzün, böyüklüyümüzün toxumlarını əkənlər, kimiləri bu toxumu cücərdib, filizləndirib, gələcək nəsillərə ərmağan edənlərdir. Kimilərinin adları bu gün dillər əzbəri, kimilərinin isə heç bir məzarıda mövcud deyil. Bu cür qəhrəmanlardan biridir Mirzə Bala Məmmədzadə.

         Mirzə Bala, 1898-ci ildə Bakı şəhərində anadan olmuşdur. Kiçik yaşlarından atasını itirən Mirzə Bala, həm oxumaq, həm də işləmək məcburiyyətində qalmışdır. Orta təhsilinin bitirdikdən sonra Bakı texniki-peşə məktəbində təhsilini davam etdirmişdir. Oxumağı, yazmağı çox sevən Mirzə Bala, müəllimlərinin diqqətini çəkmişdir. Ən çox isə, gənc yaşlarında Məmməd Əmin Rəsulzadənin diqqətini çəkmişdi. Onun, Bakıda nəşr etdirdiyi “Açıq söz” qəzetində yazılar dərc etdirməyə başlamışdır. Rəsulzadənin təşviq və himayəsi ilə jurnalistlik fəaliyyətinə başlamışdır. Təhlil qabiliyəti, ifadələrin axıcı və açıq olması, üstün bir mübarizə gücünə sahib olması diqqətlərdən qaçmırdı. Qısa zaman ərzində aranan, axtarılan imzalardan birinə çevrildi. Mətbuat həyatına “Açıq söz” qəzetində başlasada, eyni zamanda “Bəsirət” qəzetində də baş yazılar yazmağa başladı. Azərbaycan Milli Demokratik Cumhuriyyəti dövrünün rəsmi qəzeti olan “Azərbaycan”da yazar olaraq çalışmış və bir müddət baş yazarlıq etmişdir. 1917-ci ildə, Rus ixtişaşları zamanı Bakıda tələbələrin mətbuatı olan “Gənclər Sədası” adlı qəzetdə xalqı birliyə, oyanışa çağıran yazılarla çıxış etmişdir.

     Mirzə Balanın daima ilham qaynağı Məmməd Əmin Rəsulzadə olmuşdur. Mirzə Bala hər tərəfi ilə M.Ə. Rəsulzadəni tamamlayan, eyni fikirə sahib bir şəxsiyyət idi. Gənc yaşlarından Azərbaycanın siyasi və sosial həyatında da rol almağa başlamaışdır. Azərbaycanın istiqlal və hürriyyət mücadiləsini yürüdən Müsavat partiyasına qoşularaq siyasi fəaliyyətdə də iştirak etmişdir. Müsavat partiyasının Bakı Komitəsinə üzv qəbul edilmişdir. Azərbaycan Sovet Rusiyası tərəfindən işğal olunduqdan sonra, Müsavat partiyasının fəaliyyətini gizli davam etdirmək üçün, dostları A. Vəhab Yurdsevər, Cəfər Cabbarlı, Məmməd Sadiq Quluzadə, Məmməd Həsən Baharlı və Rəhim Vəkilli ilə birlikdə İstiqlal komitəsini hərəkətə keçirərək, bu komitənin başına keçdi. Bir tərəfdən bu hətrəkəti vətənə yaymağa çalışarkən, digər tərəfdən də Bakıda müəllim işləyir. Sabir kitabxanasının idarə heyyətinə keçərək, buranı milliyətçi Azərbaycan Türk gəncliyinin mədəni, siyasi və milli mərkəzi halına gətirmişdir. Bir müddət həpis olunsa da, azadlığa çıxdıqdan sonra yenə fəaliyyətini davam etdirmişdir. Bu gizli fəaliyyətin bütün vətənə sürətlə yayıldığını görən Sovet Rusiyası xalqa gözdağı vermək məqsədi ilə 1923-cü ildə Müsavatçıları qruplar halında həps etməyə başladılar. Təşkilatın başçısı olan M. B. Məmmədzadəni qorumaq məqsədi ilə təşkilat üzvüləri onun, Cənubu Azərbaycana keçməsinə köməklik etdilər. Bir müddət Ənzəli şəhərinə yerləşərək burdan təşkilatı təlimatlandırır, digər tərəfdən də müəllimlik edərək yaşamağa çalışmışdır. Mirzə Bala, Cənubi Azərbaycana keçdikdən sonra M.Ə.Rəsulzadə ilə əlaqə qurmuş, ondan aldığı təlimatları komitə üzvülərinə çatdırmışdır. İstanbula getdikdən sonra M.Ə.Rəsulzadə, Azərbaycan Milli Mərkəzini quraraq, bütün ziyalıları bir yerə toplamağı başarmışdı. Çap etdirdikləri “Yeni Qafqa” adlı jurnalda Mirzə Bala da öz məqalələri ilə çıxış edirdi. 1927-ci ildə oda İstanbula gedərək, daha aktiv fəaliyyət göstərmiş, eyni zamanda İstanbul Hüquq Fakultəsinə qəbul olaraq təhsilini davam etdirmişdir. 1931-ci ildə M.Ə. Rəsulzadə ilə birlikdə milli təşkilat və mətbuatın Avropaya köçməsi ilə, Mirzə Balada 1932-ci ildə Varşavaya köçərək təşkilatda fəaliyyətini davam etdirir. O, Rəsulzadədən sonra mühacirətdəki Azərbaycan Milli nəşriyatı olan “Yeni Qafqaz”, “Azəri Türk”, “Odlu Yurd”, “Bildiriş”, “İstiqlal”, “Qurtuluş” və.s. bir çox mətbuat orqanlarında çıxış etmiş, eyni zamanda “Türk İslam ensklopediyası”ndabir çox maddələri əhatə edən elmi məqalələr yazmışdır. M.Ə.Rəsulzadənin vəfatından sonra Müsavat partiyasının lidrliyini üstələnmiş, dörd il bu şərəfli vəzifəni layiqli şəkildə yerinə yetirmişdir. 1959-cu ilə qədər Münihdəki “Sovetlər birliyini öyrənmə İsnustutu”nda çalışmış və inustudun nəşr etdirdiyi “Dərgi” məcmuaəsində başməqalə və məqalələr yazmışdır. İnustudun “Elimi Şurası”na iki il rəhbərlik, iki ili isə müavinlik etmişdir. Mirzə Bala iki mindən çox məqalə və yazıların müəllifidir. O, yazılarında M.Bala, Nuhoğlu, A.Kut, M.M.Məmmədzadə, M.B.Daşdəmir və Əli Qutluq imzalarından istifadə etmişdir. Onun, “Azərbaycan Misak-ı Millisi” (Azərbaycan İstiqlal Bəyanaməsinin təhlili, İstanbul 1927), Ermənilər və İran (İstanbul 1927), “Milli Azərbaycan Hərəkatı” (Milli Azərbaycan Müsavat Xalq Partiyası tarixi, Berlin 1938), “Azərbaycan tarixində Türk Albaniya” (Azərbaycan Kültür dərnəyi yayınları, Ankara 1951) kitabları nəşr olunmuşdur. M.B.Məmmədzadə, 8 mart 1959-cu ildə İstanbulda vəfat etmişdir.

      Mirzə Bala, Türkçülüyü müqəddəs bir ideal olaraq mənimsəmiş ziyalılarımızdan biridir. O, Türkçülük hərəkətlərinə gerçəkci bir görüşlə yaxınlaşmış, hədəfə çatmaq üçün hansı mərhələdən keçməyimizin vacibliyini müxtəlif yazılarında, məqalələrində ortayay qoymuşdur. Azərbaycan İstiqlalçıları kimi o da, Türk ellərinin ilk öncəliklərinin  öz istiqlal və hürriyyətlərinin bərpası və milli hökümətilərinin qurulması olduğunun təbliğçisi olmuşdur. 31 mart 1918-ci il hadisələrindən Nəriman Nərimanovu sorumlu tutan Mirzə Bala xatirlərində yazır: “…və bu şəkildə həyata keçən qanlı işğal Azərbaycanın “sovetləşmə” və yaxud “sovetləşdirilməsindən” sonra Bakı vağzalından qurultay küçəsinə (sonradan kominist küçəsi) qədər yolun hər iki tərəfini işğal edən qızıl Rus nəfərlərinin arasından keçib parlamento binasına yerləşmiş olan “inqılab komitəsinə” gələn Nəriman Nərimanov, ilk sovet hökümətinin başına keçdi. Nərimanov mart qətliamından sonra qurulan Bakı Sovet hökümətinin üzvü sifəti ilə, İstiqlal ordusunun təziqi nəticəsində Masqıvaya qaçmış, bu dəfə daha böyük bir ordu ilə Bakıya dönmüşdü. Nərimanovun ilk tarixi səhfi qızıl işğal ordusuna “Azərbaycanı mənəvi övladlıq” verməsi oldu”. Mirzə Bala işğal dövründə Çeka tərəfindən vətən övladlarının məhkəməsiz necə şəhid edildiklərini isə bu cür qeyd etmişdir: “30 aprel 1920 ilin sonlarına qədər müsafiri olduğum və bir təsədüf nəticəsində qurtulduğum Bakının Bayıl həpisxanası qəssabxananı andırırdı. Rütbəli, sıradan yüzlərlə hərbiçi, prafesorlar, dövlət adamları, müəllimlər, jurnalistlər, yazarlar dəstə-dəstə birbirinin ardınca siyasətghı ziyarət edirdilər. Hamısıda həpisxananın dəniz tərəfindəki küçəsində güllələnirdi. Bu şəhidlər arasında işçilər daha çox idi. işçilər komitəsinin rəisi Hüseyin Müzəffəri hələ də unuda bilmirəm. Yazar dostum Piri Mürsəlzdə “yaşasın Azərbaycan” diyə hayqıraraq can vermişdi”.

Rəhim VAHİD

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest