GenelGüncelTürk Dünyası

Adil Əliyev : Yaşasın Türk Birliyi!

Sənan Turanli QılıncArslan/Azerbaycan

Türk dövlətlərinin zirvə görüşü və birgə mesajları gələcək nailiyyətlərdən xəbər verir.

Azərbaycan Respublikası Milli Məcsinin üzvü, millət vəkili Adil Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Bakıda keçirilən VII Zirvə Görüşü bir sıra məqamlarla yadda qaldı. Özbəkistanın təşkilata yeni üzv olması, bir sıra ölkələrin bu təşkilatda təmsil olunmaları ilə bağlı etdiyi müraciətlər bir daha onu deməyə əsas verir ki, Əməkdaşlıq Şurasının nüfuzu durmadan artır.

Adil Əliyev
Adil Əliyev

Bu quruma olan inam və etibar günü-gündən çoxalır. Eyni zamanda zirvə görüşündə müzakirə olunan məsələlər, aparılan fikir mübadilələri gələcəkdə türk dövlətlərinin daha sıx münasibətdə olmasına, həm iqtisadi, həm siyasi əlaqələrinin daha da dərinləşməsinə gətirib çıxaracaq. Onu da qeyd etmək yerinə düşər ki, bu gün qardaş Türkiyə Suriyada terror quruplaşmalarına qarşı çox mühüm sınaqdan keçir. Belə bir məqamda özünü demokratik qüvvə kimi dünyaya sırıyan Avropa, eləcə də digər ölkələr (bu ölkələr arasında təəssüflər olsun ki, müsəlman ölkələri də var) bəyanatlar yayırlar. Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə hazırdırlar. Ancaq Bakıda keçirilən görüşdə başda Azərbaycan olmaqla Şurada təmsil olunan digər türk dövlətləri Türkiyəni yalnız buraxmadıqlarını bir daha əyani sübut etdilər. Görüşdə qəbul olunan bəyanmamədə Türkiyəyə dəstək ayrıca bir bənd kimi bu mötəbər sənədə daxil edildi. Bu yekdil mövqe, həmrəylik bir daha onu deməyə əsas verir ki, türk dövlətləri bir olsa dünya birliyi ədalət, demokratiya pərdəsi altında istədiyi addımı ata bilməyəcək. Ona görə də sözü gedən birliyin daha da böyüməsi və güclənməsinə ehtiyac var. Türk dünyasının dünya siyasətinin aparıcı qüvvəsinə çevrilməsi əksər süni münaqişə və problemlərin həlli deməkdir. Habelə Qarabağ probleminin həllində də bu türk birliyinin həllediciliyi labüddür. Yaşasın Türk Birliyi!

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

One thought on “Adil Əliyev : Yaşasın Türk Birliyi!

  • Alexey

    إن قوة الأتراك في وحدة وسلام مع الجميع !!!
    دع الصالحون ينهضون من الرماد. سلام للجميع!
    قوة الكلمات أقوى من الأسلحة ؛ العنف يؤدي إلى العنف.
    —————————
    Türklerin gücü herkesle birlik ve barış içinde !!!
    Dürüst insanların küllerinden doğmasına izin verin. Herkes için barış!
    Kelimelerin gücü silahlardan daha güçlüdür; şiddet şiddete yol açar.
    ====================================

    Сила тюрков в единстве и Мире со всеми!!!
    Да встанет из пепла праведный народ. Мир всем!
    Сила слова сильнее оружия, насилие ведет к насилию, слово всевышнего справедливость.
    ========================
    The power of the Turksh people is in unity and Peace with everyone !!!
    Let the righteous people rise from the ashes. Peace to all!
    The power of words is stronger than weapons; violence leads to violence.
    =============================================

Yorumlar kapatıldı.

Pin It on Pinterest