ADILƏ NƏZƏR (şeirlər)
GƏLMƏ-GƏLMƏ
Deyilibdir deyəcək söz,
Bitdi artıq, gəlmə-gəlmə.
Ağlatdığın o məsumqız
Getdi artıq, gəlmə-gəlmə.
*****
Kədərdi, qəmdi həranı,
Allaha qalıb gümanı.
Sənə olan son inamı
İtdi artıq, gəlmə-gəlmə.
*****
Biri sevgi gülü əkən,
Biri şirəsini çəkən.
Küsdürdün, yadyerdə məkan
Tutdu artıq, gəlmə-gəlmə.
*****
Keçirdi gənclik yaşını,
Soldurdu tə rbaxışını,
Yaxşıki, dostlar başını
Qatdı artıq, gəlmə-gəlmə.
*****
Adilənin susdu səsi,
Qalmadı daha həvəsi.
Bu işin ümid gəmisi
Batdı artıq, gəlmə-gəlmə.
AdiləNəzər 20.04.2021
DAĞLAR
Ərit başındakı sazağı, qarı,
Bitir dilimdəki amanı, dağlar.
Durult bu bulanıq, lilli suları,
Seçim yaxşı ilə yamanı, dağlar.
*****
Bu necə küləkdi, tufan qopardı,
Kəsilmir, hələdəgəlir hey ardı.
Tumurcuq gülləri yolu bapardı,
Saxladı sovulmuş samanı, dağlar.
*****
Hanı yamacların gülən gözləri,
Hanı çiçəklərin həmən nazları,
Ah çəkər, of eylər aşıqs azları –
Bürüyər canım dumanı, dağlar.
*****
Hərkəs öziçində susu bağlayar,
Səbrin qulağımı deşər, dağlayar.
Uçurumucunda tutub saxlayar
Kimin var qəlbində imanı, dağlar.
*****
Yüzünü itirdim birin tapalı,
Haqqna haqqarası bağlar qopalı.
Əl-qolum bağlıdır, ağzım qapalı,
Mənnecə yaşayım zamanı, dağlar.
Adilə Nəzər 17.04.2021
Şəhid Xudayar Yusif zadənin əziz xatirəsinə
Vətəni vətən eyləyən,
Sənin təkigidərlərdi..
Sənin yerin zirvələrdi..
Sevgilin divətən, torpaq,
Sevgilindi, anavəyar…
Ay Xudayar, can Xudayar.
Bu yoldakim səəylənməz,
Gedən bir də geri gəlməz..
Həroğulsən tək bəylənməz,
Sevgilindi vətən, torpaq,
Sevgilindi, günəş, bahar,
Ay Xudayar, can Xudayar.
Zəngilanda səngər qurdun,
Xəyalında ulu yurdun,
Ənu cazirvədə durdun..
Sevgilind ivətən, torpaq,
Sevgilindi vətən, torpaq,
Sevgilindi doğmadi yar,
Ay Xudayar, can Xudayar.
Ağbənd Vətən naxışıdır,
O son..şəhidbaxışıdır..
Dedinki “vətənyaxşıdır”…
Sevgilindi vətən, torpaq,
Səninkidirqürur, vüqar,
Ay Xudayar, can Xudayar.
Güllə gültək səpilidir,
Ölüm olumun yelidir..
Dünyaikiqapılıdır,
Sevgilindi vətən, torpaq,
Sevgilindi doğmadiyar,
Ay Xudayar, can Xudayar.
05. 12. 2020
AXŞAM OLDU
Axşamoldu, ömrümüzdən
Quş kimi bir gün uçdu.
Həyat bir növəvvəlinə
Qayıdan bir sonucdur.
Hərşey unudulub gedir,
yerində yellərəsir.
Ürəyim, qoruözünü,
Zaman qılıncdır, kəsir.
Heyfin gəlsin yanağına
vermə, buqədərselə.
Gülüş qondurdo dağına
Özünü xoş bəxtelə.
Kimdir səni sənin kimi
Bili bürəkdən yanan,
Arzuladığın o kimsə,
onəysədəyməz, inan.
Gülümsə, gözümçiçəyi,
gülümsəmək savabdır.
Hərdəndanış, hərdəndinlə,
həyatsual-cavabdır.
Axşam oldu, ömrümüzdən
Quş kimi bir gün uçdu.
Həyat bir növəvvəlinə
Qayıdan bir sonucdur.
Adilə Nəzər 13.04.2021