GenelGüncel

Mustafa Hacı Musa oğlu Mahmudov

Hələ yaxşı tanımadığımız parlament üzvü – Mustafa Hacı Musa oğlu Mahmudov
(1878,Kürdəmir – 20.12.1937,Bakı,Xəzər suları)

Açar sözlər: AXC -nin İstiqlal Bəyannaməsi,Zaqafqaziya Seymi, Göyçay qəza məktəbi,1605 nömrəli attestat,İstiqlal Bəyannaməsini imzalayanlar,deputat, parlament üzvü, II Dövlət Duması, AXC üzvü, Zaqafqaziya Müəllimlər Seminariyası, məqalələr toplusu, məktəb və maarif məsələləri, Kürdəmirin kəbd məktəbi, “Mücahid ” jurnalı, Ziya Bünyadov, “Yeddi möhür arxasında” kitabı,II Dövlət Dumasının türkdilli deputatlarından biri

Arxiv və kitabxanalarda II Dövlət Dumasının türkdilli deputatlarından biri olan Kürdəmirli M.Mahmudov haqqında tədqiqatçılar üçün tutarlı faktlarla zəngin olan sənədlər çoxdur. Bu məqsədlə tarix elmləri doktoru D.B.Seyidzadənin “Rusiya Dövlət Dumasında Azərbaycan deputatları ” monaqrafiyasına istinad edərək , Zaqafqaziya Seyminin müsəlman deputatlarına aid sənədlərdə, eləsə də Azərbaycan Xalq Cümhuriyyətinin materiallada M.Mahmudovun II Dövlət Dumasının deputatı, Zaqafqaziya Syminin üzvü və AXC-nin parlament üzvü kimi fəaliyyətini geniş və hərtərəfli işıqlandırmaq olardı.
Mustafa Mahmudov haqqında görkəmli türkoloq alim Əhməd Cəfəroğlunun Türkiyədə 1962-ci ildə “Mücahid” jurnalının 45-46-cı nömrəsində çap olunmuş məqaləsi də mövzuya fərqli yanaşmasıına görə diqqəti cəlb edir.

Təəssüf ki,Əhməd Cəfəroğlunun yaxşı niyyətlə yazdığı bu məqalədə bir sıra faktlar dolaşdırıldlğına görə ondan istinad materialı mkimi istifadə etmək düzgün deyil.

1992-ci ildə Bakıda “Şərq-Qərb” nəşriyyatının iki dildə-Azərbaycan və rus dillərində “Yeddi möhür arxasında” adı ilə rus dilində çap etdiyi məqalələr toplusunda Mustafa Mahmudov haqqında maraqlı faktlar işıqlandırılmışdır.Təəssüf ki, məqalə müəllifi Məmməd Cəfərovun “Müəllim” məqaləsində M.Mahmudovun həyatının ancaq son illərinə aid maraqlı faktlarla zəngin materiallardan istifadə etmişdir.

Bu sətirlərin müəllifi də 1990-cı illərin əvvəllərindən başlayaraq, M.Mahmudov haqqında Azərbaycan və rus dillərində yazdığı bir neşə yazısını ” Xalq qəzeti”, “Azərbaycan müəllimi”, “Bakı” və “Baku” qəzetlərində çap etdirmişdirş. Müəllif bu mövzuda bir neçə yazısı “Strateyiya.az”, “Davam.az” kimi geniş oxucu kütləsi olan saytlarında yayımlanmışdır. Müəllifin rus və Azərbaycan dillərində yazdğı bir neçə yazısını Azərbaycan, rus və türkdilli oxuculara ünvanlamışdır.

Azərbaycan Respblikası Dövlət Tarix Arxivinin ( AR DTA) 2802 və 309-cu fondlarında M.Mahmudovun 1920-ci ilədək keçdiyi həyat yolunu işıqlandıran şoxlu materialllar saxlanılır.İndiyədək bu materiallar xüsusi tədqiqat obyekti kimi,demək olar ki,araşdırılmayıb.

M.Mahmudov haqqında onun əməkdalıq etdiyi “İrşad” qəzetində də, Bakıda rus dilində çıxan qəzetlərində də maraqlı materiallara rast gəlinir.Bu qəzet informasiyaları M.Mahmudovun xeyriyyə tədbirlərindəki iştirakı və II Dövlət Dumasına keçirilən seçkilər haqqındadır.Qəzet materialları arasında yəqin ki,daha ciddi araşdırmalara səbəb ola biləcək digər materiallar da vardır.

Mustafa Hacı Musa oğlu Mahmudov 1878-ci ildə Bakı quberniyasının Göyçay qəzasının (uezdinin) Kürdəmir kəndində (indiki Köhnəbazar kəndində-N.N.) anadan olmuşdur.Mustafa Mahmudov İlk təhsilini, əsası 1881-ci il fevralın 9-da qoyulmuş Kürdəmir kənd məktəbində almış, sonra bir necə il Göyçay qəza məktəbində oxumuşdur.O, sonrakı təhsilini Qori şəhərində yerləşən Zaqafqaziya Müəllimlər Seminariyasında davam etdirmiş,1899-cu ildə seminariyanın müsəlman şöbəsini bitirmişdir(309,1-3).

Gənc müəllimin təyinatını Elizavetpol quberniyası Nuxa qəzasının Vəndam kəndinə (İndi Qəbələ rayonuna aiddir-N.N.) versələr də, (309,1-2), o, kənd məktəbi təyinatını şəhər məktəbinə dəyişdirə bilmişdir.

Bakı Quberniyası və Dağıstan Vilayəti Xalq Məktəblər İdarəsində təşkil olunmuş qəbul imtahanlarında aparıcı komissiya üzvləri kimi iştirak edən H.Məlikov (Həsən bəy Zərdabi- N.N.) və Ə.Topçubaşov gənc seminaristin elmi və pedaqoji ustalığını yüksək qiymətləndirmiş, M.Mahmudovun təyinatının neft və milyonlar şəhərinə- Bakıya dəyişdirməsinə şərait yaratmışlar (309,3).

M.Mahmudovun Bakı Qubernyası və Dağıstan Vilayəti Xalq Məktəblər İdarəsinə yazdığı məktubunda təyinat dəyişilməsinin məqsədi aydın

göstərilmişdir (309, 1-2).Bu,hər nəsnədən əvvəl onun məktub yazdığı vəzifə sahibinin rəhbərliyi altında işləmək istəyindən irəli gəlirdi.

Beləliklə,M.Mahmudovun Bakıda işləmək niyyəti baş tutur.Onu- Qori Müəllimlər Seminariyasının 1899-cu il məzununu, 1605 nömrəli attestatın sahibini illik əmək haqqı 675 manat olmaqla, Bakıdakı 3-cü rus -tatar məktəbinə müəllim vəzifəsinə təyin edirlər. 1904-cü il setyabrın 15-də M.Mahmudovun öz xahişi ilə onu S.M.Qəniyevin başçılıq etdiyi 2-ci rus-tatar məktəbinə işləməyə dəvət edirlər.Burada oxuyan şagirdlərin sonralar ölkənin ictimai siyasi həyatında şərəfli yer tutmalarında bu məktəbin direktoru S.M.Qəniyevin və aparıcı müəllimlərin böyük rolu danılmazdır. Belə şagirdlərdənbiri də M.Ə.Rəsulzadə idi.

1903-cü ildə M.Mahmudovun həyatında ağır anlar yaşanır. Böyük qardaşı Kürdəmirdə vəfat edir.Həm özünün, həm də vəfat etmiş qardaşının başsız qalmış ailəsinin güzəranı pisləşir.Qardaşının yetim qalmış üç övladının, eləcə də dörd nəfərlik öz ailəsinin ( özü, arvadı, qızı və 3 ildən çox onlarda məskuunlaşan bacısı oğlunun) da bütün ailə-məişət qayğıları adi bir ibtidai sinif müəlliminin üzərinə düşür.

M.Mahmudov hökumət dairələrinə məktub yazaraq onlardan yardım istəyir.(2802,13).

M.Mahmudovun həyat salnaməsini izləmək üçün onun Bakı Duması Tədris Komissiyasının sədrinə ünvanlanan bir məktubu qiqqəti cəlb edir.O, bu məktubunda şəhərdə 1-ci rus-tatar məktəbində boş iş yeinə (vakant iş yeri ) – direktorlıq vəzifəsinə keçməyə hazır olduğunu bildirir.

M.Mahmudov bu iş üçün lazımlı xüsusiyyətlərə malik olduğunu bildirməkdən çəkinmir:”Mənim pedaqoji fəaliyyətim haqqında Bakı Quberniyası-Dağıstan Vilayəti Direktorlu və İnspektoru (Müfəttişi) cənabları, II rus-tatar(köhnə III rus-tatar) məktəbinn direktoru Q.Əfəndyev (mən bu məktəbdə beş il işləmişəm ),indi işlədiyim 2 sinifli məktəbin direktoru Qəniyev cənabları, tədris komissiyasının üzvləri -Həsən bəy Məlikov,Ə.M.Topçubaşov(mən onlara 1899-cü ildə qəbul zamanı imtahan verib şəhər məktəblərində müəllim vəzifəsinə təyin olunmuşam. zəmanət verə bilərlər”

( F.2802,14).

Əlbəttə,belə tanışları olan şəxsi heç kəs təhsildən uяaqda saxlaya bilməzdi.

Bu məktubdan bir neçə ay sonra Bakı Şəhər İkisinifli Məktəbinin direktoru ona yuxarı dairələrdən verilən sorğunu belə cavablandırırdı:

“Böyük qürur hissi ilə bildirirəm ki,M.Mahmudov yaxşı və əməksevər müəllimlərdənbiridir”( F.2802, 16).

1907-ci il fevralın 6-da M.Mahmudov II Dövlət Dumasına deputat seçilir.O, bu məqsadlə deputatlıq müddətində iş yerindən uzaqlaşmalı olur (F.2802,19-20).

M.Mahmudov II Dıvlət Dumasının işində maraqlı çıxışları ilə yadda qalan, rus dilini öz ana dili kimi yaxşı bilən ən fəal türkdilli deputatlardan biri idi.

D.Seyidzadənin yazdığına görə, M.Mahmudov Rusiya II Dövlət Dumasının 9 şöbəsinin ,

4 komissiyasının üzvü olmuşdur(11.səh.54).

M.Mahmudovun II Dövlət Dumasındakı çıxışlarından biri hələ ən yaxşı çıxışlardan biri kimi parlament tarixində qalmaqdadır. O,II Dövlət Dumasının 13 mart 1907-ci il tarixli

9-cu iclasında – “Hərbi -səhra məhkəməsinin ləğvi haqqında” qanun layihəsinə dair müzakirələrdə yaşadığı dövrün ziddiyyətlərini belə ifadə etmişdir:

” Cənab xalq nümayəndələri, iki gün ərzində burada deyilənlərə nəyi isə əlavə etmək mənim üçün çətindir.Yalnız bir şeyi deyə bilərəm: bütün böyük Rusiya hazırda çoxmilyonlu xəstələri olan LAZERETə (kiçik hərbi xəstəxanaya-N.N.) bənzəyir.

Siz- xalq nümayəndələri həkimsiniz,buraya konsiliuma çağrılmışsınız.Siz diaqnoz qoymalı və dərhal işə başlamalısınız….

Hər bir həkim lazeretə daxil olarkən, hər bir sanitar dəstəsi döyüş meydanına yola düşərkən lkin kömək göstərir ən əsas, ən ciddi xəstələrə, lakin heç də ümidsiz olmayan xəstələrə ilk növbədə kömək göstərir,diqqət verir.

Hərbi-səhra məhkəmlərinin qurbanları belə xəstələrdəndir.Biz bunun səbəblərini araşdırmağa vaxt itirməməliyik.Faktların özü hər şeyi göstərir.

Biz artıq, insanları xilas edən tədbirlərin həyata keçirilməsinə başlamalyıq.Mən qorxuram, siz də, xalq nümayəmdələri də qorxun ki. hər gün həyatını xilas etmək xahişi ilə buraya müraciət edən,lakin cavab almayan həmin qurbanlar sizi bu cinayəti əlbir törətməkdə olmasada, səhlənkarlıqda ittiham etsinlər.

Cənablar iş görməyə tələsin.Unutmayın ki,dediklərimizi bir qulaqdan alıb o biri quaqdan buraxırlar..”

(Dövlət Duması,II çağırış, Hesabatlar, 1-ci cild).

      Mustafa Mahmudovun   Rusiya II Dövlət Duması xalq təhsili komissiyasının üzvü kimi çıxışları  həmişə ciddi müzakirələrə səbəb olmuşdur.

M. Mahmudov belə çıxışlarının birində xalq təhsili nazirini ana dillində olan təhsilə, müəllimlərin nüfuz və şərəfinin yüksəldilməsinə qayğı göstərməyə, çağırırdı (11,67).

Pusiya II Dövlət Duması öz işini cəmi 103 gün davam etdirir və 1907-ci il iyunun 3-də çar manifesti ilə buraxılır.

M.Mahmudov bir aydan sonra-14 iyul 1907-ci ildə yenidən 1-ci rus-tatar məktəbində əvvəki işini -direktorluğunu davam etdirir, lakin əmək haqqı iyulun 14-dən yox, sentyabrın 1-dən hesablanır. Müəllimlikdən başqa , ayrı işi olmayan M.Mahmudov əmək haqqının düzgün hesablanılmasını tələb edir (F.2802,25-26).

1908-ci ilin sentyabrında Mustafa Mahmudov 1-ci rus-tatar məktəbindəki işindən–direktorluqdan çıxarılır. Görünür, bu, M.Mahmudovun II Dövlət Dumasındakı alovlu çıxışları ilə igili olmuşdur.

Müəllimlikdən çıxarılandan sonra əqli zəhmətin imkan verdiyi müxtəlif yerlərdə işləyən M.Mahmudov bir də pedaqoji fəaliyyətə 1910-cu il avqustun 4-də başlaya bilir (F.2802,37).

M.Mahmudov 1918-ci il fevralın 9-da Müəllimlər Komissiyasının sədrinə yazdığı məktubda Zaqafqaziya Seyminə üzv seçilməsi xəbərini verir (F.2802,65). Bu,o demək idi ki,M.Mahmudov yenə də etibarlı və yüksək vəzifəli insnlarla işləməyə dəvət edilmişdi.

Mustafa Mahmudov Zaqagqaziya Seymnin üzvü kimi də xalqa ləyaqətlə xidmət etmişdir. Təəssüf ki, tarixçilərimiz Milli Şuranın ilk islasının katibi olan M.Mhmudovun katiblik fəaliyyəti haqqında,demək olar ki, söz açmırlar.Amma bu vəzifə əvvəlcədən razılaşdırılmım tədbirlərin sırasına daxil olduğu üşün diqqəti cəlb etməli idi.

Zaqafqaziyadan seçilmiş deputatlar tərəfindən hakimiyyət orqanı kimi Tiflisdə 1918-ci ilin fevral aylnda yaradılmış olan Zaqafqaziya Seyminin 26 may 1918-ci ildə son iclası keçirildi. Həmin seymdə Azərbaycan 44 deputatdan ibarət dörd müsəlman partiyası -“Müsavat” və ona qoşulan demokratik bitərəflər qrupu, “Müsəlman sosialist bloku”, “Rusiyada Müsəlmanlıq” (“İttihad”), “Hümmət” (menşevik) partiyaları tərəfindən təmsil olunurdu. Ertəsi gün, mayın 27-də, keçmiş Seymin Müsəlman fraksiyası tərəfindən fövqəladə iclas çağrildi. İclası keçirməkdə məqsəd – yaranmış siyasi vəziyyəti müzakirə etmək idi və keçmiş Zaqafqaziya Seyminin müsəlman fraksiyasının bütün üzvləri Azərbaycanın istiqlaliyyətini elan edərək müstəqil dövlət yaratmaq, Azərbaycanın idarə edilməsini öz üzərlərinə götürmək, Müvəqqəti Milli Şura yaratmaq qərarına gəldilər. Mayın 28-də Tiflisdə keçmiş Qafqaz Canişininin sarayında Azərbaycan Milli Şurasının ilk iclası keçirildi.

Milli Şura Cənub-Şərqi Qafqazda Azərbaycanın Müstəqil Xalq Cümhuriyyəti qurulması barədə qərar qəbul etdi, müstəqillik haqqında Akt – İstiqlal bəyannaməsi qəbul etdi. Tarixi iclasda Milli Şuranın aşağıdakı üzvləri iştirak etmişlər:

Həsən bəy Ağayev, Mustafa Mahmudov, Fətəli Xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mir Hidayət Seyidov, Nəriman bəy Nərimanov, Heybətqulu Məmmədbəyov, Mehdi bəy Hacınski, Əliəsgərov, Aslan bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudin bəy Köçərli, Camo bəy Hacınski, Şəfı bəy Rüstəmbəyli, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Axundzadə.

Səsvermədə 24 nəfər müstəqilliyin lehinə səs vermiş, iki nəfər (S.M.Qənizadə və C.Axundov) bitərəf qalmışlar.

Altı bənddən ibarət olan bəyannaməni Azərbaycan Milli Şurasının üzvlərindən Həsən bəy Agayev, Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli, Camo bəy Hacınski, Şəfı bəy Rüstəmbəyli, Nəriman bəy Nərimanov , Cavad Məlik-Yeqanov, Mustafa Mahmudov imzalamışlar .

( İstiqlal Bəyannaməsi elan edilən vaxtlarda M.Ə.Rəsulzadə Tiflisdə deyildi. O,bu zaman Batumidə türklərlə danışıqlar aparırdı).

Müvəqqəti Milli Şuranın Sədri vəzifəsinə M.Ə.Rəsulzadə (“Müsavat” partiyasının MK sədri), onun müavini isə doktor Həsən bəy Ağayev seçildilər. İcra Komitəsinin sədri vəzifəsinə isə Fətəli xan Xoyski (bitərəf) seçildi .

Həmin iclasda Milli Şura ilk Müvəqqəti hökumətin yaradılması haqqında qərar qəbul etmişdir.

“Xalq seçkiləri ilə seçilmiş Azərbaycan Milli Müsəlman Şurası bildirir:
Bu gündən etibarən Azərbaycan xalqları suveren hüquqlara malikdirlər, Şərqi və Cənubi Zaqafqaziyadan ibarət olan Azərbaycan tam hüquqlu müstəqil dövlətdir. Müstəqil Azərbaycanın siyasi quruluş forması Demokratik Respublikadır…Müəssislər Məclisi çağırılana qədər bütün Azərbaycanın idarəsi başında xalq seçkiləri ilə seçilmiş Milli Şura və Milli Məclis qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur”.

Milli Şura və ilk hökumət 1918-ci il iyunun 16-da Tiflisdən Gəncəyə köçmüş, noyabrın 16-dan dekabrın 7-dək – yəni ilk Parlamentin açılışınadək Bakıda fəaliyyətini davam etdirmişdir.

1918-ci il may ayının 28-də Milli Şuranın birinci iclasında Azərbaycanın müstəqil dövlət elan olunması haqqında tarixi qərar qəbul edildi. Beləliklə, 100 ildən artıq fasilədən sonra Azərbaycanın Şərqi və Cənubi Zaqafqaziya hüdudlarında milli dövlətçiliyi bərpa olundu. Elə həmin iclasda yeni demokratik dövlətin yaranması faktını hüquqi cəhətdən təsbit edən “Azərbaycanın istiqlaliyyəti haqqında Akt” qəbul edildi. Bir saatlıq fasilədən sonra iclas öz işinə yenidən başladıqda, ilk Azərbaycan hökumətini təşkil etmək haqqında tapşırıq almış Fətəlixan Xoyski müvəqqəti hökumətin tərkibini elan etdi.

İstiqlal Bəyannaməsini imzalayan 8 nəfərdən biri də Mustafa Mahmudov idi.

Azərbaycan İstiqlal Bəyannaməsinin mətni

Orijinal mətn (Azərbaycanca)

ایستیقلال بیاننامهسی
عقدنامه
İstiqlal Bəyannaməsi

بؤیوک روسیا اینقیلابینین جریانیندا دؤولت ووجودونون آیری-آیری حیصصهلره آیریلماسی ایله زاقافقازیانین روس اوردولاری طرفیندن ترکینه مؤوجیب بیر وضعیتی-سیاسیه حاصیل اولدو. کندی قوایی-مخصوصهلرینه ترک اولونان زاقافقازیا میللتلری موقددراتلارینین ایدارهسینی بالذات کندی اللرینه آلاراق زاقافقازیا قوشما خالق جومهورییتینی تاسیس ائتدیلر. وقایع- سیاسیهنین اینکیشاف ائتمهسی اوزرینه گورجو میللوتی زاقافقازیا قوشما خالق جومهورییتی جوزیندن چیخیبدا موستقیل گورجو خالق جومهورییتی تاسیسینی صلاح گؤردو. روسیا ایله عوثمانلی ایمپئراتورلوغو آراسیندا ظوهور ائدن موحاريبهنین تصوییهسی اوزوندن حاصیل اولان وضعیت حازظرئیی-سیاسیه و مملکت داخیلینده بولونان میثیلسیز آنارخیا جنوب-شرقی زاقافقازیادان عبارت بولونان آزربایجانا دخی بولوندوغو داخیلی و خاریجی موشکولاتدان چیخماق اوچون خوصوصی بیر دؤولت تشکیلاتی قورماق لوزومونو تلقین ائدیور. بونا بینان آرای-عومومیه ایله اینتیخاب اولونان آزربایجان شورایی-میللیهیی ایسلامیهسی بوتون جماعته اعلان ائدیور کی: Böyük Rusiya inqilabının cərəyanı ilə dövlət vücudunun ayrı-ayrı hissələrə ayrılması ilə Zaqafqaziyanın rus orduları tərəfindən tərkinə mövcud bir vəziyyəti siyasiyyə hasil oldu. Kəndli qəvayi-məxsusələrinə tərk olunan Zaqafqaziya millətləri müqəddəratlarının idarəsini bizzat kəndi əllərinə alaraq Zaqafqaziya Qoşma Xalq Cümhuriyyətini təsis etdilər. Vəqayi-siyasiyyənin inkişaf etməsi üzərinə gürcü milləti Zaqafqaziya Qoşma Xalq Cümhuriyyəti təsisini səlah gördü.
Rusiya ilə Osmanlı imperatorluğu arasında zühur edən müharibənin təsviyyəsi üzündən hasil olan vəziyyət hazireyi-siyasiyyə və məmləkət daxilində bulunun misilsiz anarxiya Cənubi-Şərqi Zaqafqaziyadan ibarət bulunun Azərbaycana, dəxi bulunduğu daxili və xarici müşkülatdan çıxmaq üçün xüsusi bir dövlət təşkilatı qurmaq lüzumunu təlqin ediyor. Buna binaən arai-ümumiyyə ilə intixab olunan Azərbaycan Şurai milliyyeyi-islamiyyəsi bütün cəmaətə elan ediyor ki:

١. بو گوندن اعتبارن آزربایجان خالقی حاکمیت حققینه مالیک اولدوغو کیبی، جنوبی و شرقی زاقافقازیادان عبارت آزربایجان دخی کامیل-ال-حقوق موستقیل بیر دؤولتدیر. 1. Bu gündən etibarən Azərbaycan xəlqi hakimiyyət həqqinə malik olduğu kibi Cənubi-Şərqi Zaqafqaziyadan ibarət Azərbaycan dəxi kamil-əl-hüquq müstəqil bir dövlətdir.
٢. موستقیل آزربایجان دؤولتینین شيکلی-ایدارهسی خالق جومهورییتی اولاراق تقررور ائدیور 2. Müstəqil Azərbaycan dövlətinin şəkili-idarəsi Xalq Cümhuriyyəti olaraq təqarrür ediyor.
٣. آزربایجان خالق جومهورییتی بوتون میللتلر و بیلخاصه، همجیوار اولدوغو میللت و دؤولتلرله موناسیبتی-حسنه تاسیسینه عزم ائدیور 3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlər və bilxassə həmcüvar olduğu millət və dövlətlərlə münasibəti – həsənə təsisinə əzm edər.
٤. آزربایجان خالق جومهورییتی میللت، مذهب، صینیف، سیلک و جینس فرقی گؤزلمهدن قلمروووندا یاشایان بوتون وطنداشلارینا حقوقی-سیاسیه و وتنیه تامین ائیلر. 4. Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif, silk və cins fərqi gözləmədən qələmrəvində yaşayan bütün vətəndaşlarına hüquqi-siyasiyyə və vətəniyyə təmin edər.
٥. آزربایجان خالق جومهورییتی اراضیسی داخیلینده یاشایان بیلجومله میللتلره سربستانه اینکیشافلاری اوچون گئنیش میدان بوراخیر 5. Azərbaycan Xalq Cümhuriyyəti ərazisi daxilində yaşayan bil cümlə millətlərə sərbəstanə inkişafları üçün geniş meydan buraxır.
٦. مجلیسی-موسسیسان توپلانینجایا قدر آزربایجان ایدارهسینین باشیندا آرای-عومومیه ایله اینتیخاب اولونموش شورایی-میللییهیه قارشی مسئول حوکومتیمووققتی دورور”. 6. Məclisi-Müəssisan toplanıncaya qədər Azərbaycan idarəsinin başında arai-ümumiyyə ilə intixab olunmuş Şurai Milli və Şurai-Milliyə qarşı məsul hökuməti-müvəqqəti durur.

حسن بی آغایئو،

فتحعلیخان خویسکی،
نصیب بهی یوسیفبهیلی،
جامو بهی هاجینسکی،
شفی بهی روستمبهیلی،
نریمان بهی نریمانبهیوو،
جاواد ملیک-یئقانوو،
موصطافا ماحمودوو

1.Həsən bəy Ağayev
2.Fətəli xan Xoyski
3.Nəsib bəy Yusifbəyli
4 Camo bəy Hacınski
5.Şəfi bəy Rüstəmbəyli
6.Nəriman bəy Nərimanbəyov
7.Cavad Məlik-Yeqanov
8.Mustafa Mahmudov


Maraqlıdır ki,İstiqlal Bəyannaməsibdə irəli sürülən fikirlərin çoxu hələ 1907-ci ildə Rusiya Dpvlət Dumasınıniclaslarında Azərbaycanlı deputatların çıxışlarında səsləndirilən fikirlərdir………

AXC-nin parlament üzvü-Qori Müəllimlər Seminariyasının 1899-cu il məzunu Mustafa Mahmudov Zaqafqaziya Seyminin bütün içtirakcçılarına şamil olan qaydalara əsasən AXC -nin parlament üzvü kimi fəaliyyət göstərmişdir.

Akademik Ziya Bünyadov “Azərbaycan Palamentinin son saatları” adlı məqaləsində
Mustafa Mahudovгт parlamentin son iclasındakı çıxışına heç bir şərh vermədən onu olduğu kimi oxuculara çatdırmışdır.Təəssüf ki, sclasın protokolunda Mustafa Mahmudovun adı səhvən “Muxtar” yazılmışdır(2,8).

M.Mahmudovun həyatının qaranlıqda və alatoranlıqda qalan məqamları çoxdur.
Mışhur türkoloq professor Əhməd Cəfəroğlu Tükiyədə çıxan “Mücahit” jurnalının
1962-ci il 45-46-cı nömrəsində “İhtilalçı Mücahit Mahmudoğlu Mustafa” adlı məqaləsində Rusiya II Dövlət Dumasının deputarı olan Mustafa Mahmudoğlunun Peterburq Univestşnın hüquq fakültəsinin məzunu olduğunu yazır ki. bu da həqiqətə uyğun deyil.

Yazının üslubundan və məzmunundan hiss olunur ki, Ə.Cəfəroğlu bu mövzu ilə ilfili araşdırmalarında faktlardan daha çox M,Mahmudovun deputat kimi fəallığına önəm verməyi lazım bilmişdir.

Əhməd Cəfəroölunun bu yazısı rəhmətlik Maarif Teymurov tərəfindən “Körpü” qəzetinin 1992-ci ilə aid 3 (12)-cü nömrrəsində Azərbaycan oxucularına çatdırılmışdır.

Bir sıra mənbələrdə Mustafa Muradovun bir qızı olduğundan danışılır.Halbuki onun
3 övladı dünyaya gəlmişdir.Qızı Sara Şamaxılı Həcməddin Qarayevlə ailə həyatı qurmuşdur. Hal-hazırda bu icdivacdan Moskvada Mahmudovların nəsil şəcərəsi davam etməkdədir. Digər qızı Səfurə Bakıda yaşamış, Respublika Su Təsərrüfatı sistemində işləmişdir.
O,1988-ci ildə dünyasını dəyişmişdir.

1990-cı illərin əvvəllərində mən bu ailə haqqında şəcərə məlumatı toplayarkən bir sıra qaranlıq məqamlarla rastlaşdım. Bunların bir qismi nəsillər arasında ağır repressiya illərinin qorxusunun hələ də çəkilmədiyini sübut editdi. Mustafa müəllimin tək oğlu lap kiçıik yaşlarında vəfat etmişdir.

AXC yüzillik bayramına qədər Mustafa Mahmudovun ilk təhsil aldığı məktəbdə (bu məktəb indi Köhnəbazar kənd orta məktəbi kimi tanınır-N.N.) xüsusi xatirə otağı və kəndin mərkəzi yerlərinin birində Mustafa Mahmudovun ev-müzeyini yaratmaq olar.
Kürdəmirin girəcəyində də M.Mahmudovun heykəlini yapmaq gərəkli görünür.Ali məktəblləə yüksək balla qəbul olunan Kürdəmirli gənclər üçüm Mustafa Mahmudov təqaüdü barədə də düunmək olar.
Bütün bu məsələlərə Milli Məclis səviyyəsində baxılmalıdır.

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının Əməkdar müəllimi,türkoloq

Bakı,28.05.2019

Ədəbiyyat siyahısı

1.H.Əliyev.Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında (Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2001-ci tarixli Fərmanı).

  1. Akademik Ziya Bühyadov. Azərbaycan Parlamentinin son saatları .// За семью печатями.Баку,1992.səh.3-16.

3.Ahmet Caferoğlu .İHtilalçı Mscahit Mahmudoğlu Mustafa.,,Mücahid jurnalı, 1962, N45-46.

4.Maarif Teymur.Bu barədə ilk dəfə. Körpü qəzeti1992,aprel.N3 (12).

5..Ə.Seyidov.Qori seminariyası.Bakı,1988.

6..Bəxtiyar Nəcəfov.Qzərbaycan Demokratik Respublikası.Bakı,1992

7.Nazim Nəsrəddinov.Xalq müəllimi,millət vəkili.Xalq qəzeti.18.12.1992.N 234(21858).

8.Nazim Nəsrəddinov.İstiqlal Bəyannaməsini imzalayanlardan biri-Kürdəmirli Mustafa Mahmudov. Strategiya.az. 28.05.2016.

9.AR DTA.Фонд 2802.оп.1ед.хр.904.

10.AR DTA.Фонд 309,оп. 1, ед .хр. 52

11.Д.Б.Сеидзаде. Азербайджанские депутаты в Государственной Думе России.Баку,1991.

12.Назим Насреддинов.Гриф Совершенно сккретно снят. газ/Баку,26. 06. 1993.

13.Назим Насреддинов. Почему забыт Мустафа Махмудов? “Баку” газ 06.04.1993.

14.Мамед Джафаров. Учитель. // За семью печатями.Баку,1992 стр.17-21.

  1. Газета “Баку,07.02.1907.

Annotasiya

Məqalədə Zaqafqaziya Müəllimlər Seminiyesının 1899-cu il məzunu,Həsən bəy Zərdabinin, Əlimərdan bəy Topçubaşovun yaxşı tanıdıqları, pedaqoji ustalığına və elmi-metodiki bacarıqlarına inadıqları, Bakıdakı bir neçə rus-tatar məktəbində direktor işləmiş Rusiya II Dövlət Dumasının deputatı, Zaqafqaziya Seyminin üzvü, AXC-nın Parlament üzvü Mustafa Mahmudovun müəllimlik və ictimai-siyasi fəaliyyətindən bəhs olunur.

Məqalədəki fikir və müddəalar arxiv materiallarına və doğruluğu şübhə doğurmayan elmi mənbələrə əsaslanır.

Nazim Nəsrəddinov
Nazim Nəsrəddinov

Pin It on Pinterest