GenelGüncelTürk Dünyası

BİZ TÜRKLER ƏSKİ İNANCI ŞAMANIQ YOXSA GÖK TANRI?!

Türk milləti olaraq tarixin hər dönəmində köklü mədəniyyətə və savaş sənətinə malik olmuşuq.Mədəniyyətdən bəhs edərkən,  buraya inancın,sosial həyatın,adət-ənənələrin və.s daxil olduğunu unutmamalıyıq.Belə bir düşüncə var,”İnsan topluluqları nəyə inanarsa və ya inanc dəyərləri ,ruhani həyatı nə cürdürsə elə də yaşayarlar”. Mən bu fikirlə çox razıyam və düşünürəm ki ,inancımız bizim yaşantımızı yönləndirir. Tarixə nəzər salsaq bunun həqiqət olduğunu görərik. Bu gün də dünya siyasetinə maraq göstərənlər ,araşdıranlar inancın ,yəni açıqca dini  mənsubiyyətin ölkələrarası siyasətə necə təsir etdiyini bilirlər. Deyə bilərik ki,inanc Tarixin ən önəmli parçalarından , tarixi yönləndirən ,şəkilləndirən amillərdəndir  .Türk millətinin də var olduğu gündən özünə məxsus inanc sistemi ,dini anlayışı olmuşdur.Bu dini amillər atalarımızın sosial həyatına xüsusi təsir etmişdir .Bu səbəbdən deyə bilərik ki, onları tək yönəltən qüvvə olan törələri də bu inandıqları inanca -dinə əsasən formalaşmışdır.Bu yazımda biz türklərin inanclarından,yeni  inandıqlar dinlərindən bəhs edəcəyəm. Türklərin atalarının islam dinini qəbul etməsi ilə bağlı müxtəlif fərziyyələr vardır.Həmçinin  məqaləmdə həm də “Türklər İslamı  necə qəbul etmişdir?” sualına cavab tapmağa çalışacağam.

   Türklər,(ən geniş anlamıyla, Qırgız, Özbək, Qazax, Türkmən, Tacik, Tatar, Çuvaş, Yakut, Saka, Başkurt ,Azərbaycanlı ve Anadolu Türkleri kimi) tarixin ən asil- köklü, ən soylu, ən böyük və ən əski toplumlarından biridir.(1).Bu uzun süreç-dönəm  içində onlar, mərkəzi Altay çevrəsinin olduğu, “batıda -qərbdə Aral gölü, doğuda-şərqdə Orhun və Tula ırmakları-çayları, Kuzeyde Lena nəhrinin baş qisimləri, İrtiş boyları və orta Yenisey sahəsi; güneyde-şərqdə Talas-Sir Dərya boylarına qədər geniş sahəni əhatə edən ve “Orta Asya” olaraq adlandırılan bölgədə yaşamışlardır. Bununla birlikdə əsasən köçəbə- köçəri  olan Türk topluluqları, sadəcə burada qalmayaraq, Orta Asya merkez olmaq üzərə, Yaponya, Filipinlər və Seylan adası xaricində, Asya qitəsinin hər tərəfinə, Orta Avropanın içlərinə; Misir, Sudan daxil  olmaqla ,quzey-şimal Afrika’ya qədər uzanmış, bütün bu coğrafya üzərində olduqça hərəkətli bir həyat yaşamışlardır” (2). Bu baxımdan biz Türklərin ataları tarixdə həm İslamdan öncə və həm də İslamdan sonra mühüm rol oynamışdır.  Keçmişinin qədimliyi, zəngin gələnəkləri, Türkləri dünya tarixi içində önəmli bir  yerə gətirmişdir. Türklərin dünyada digər toplumlardan fərqli tanınması, onlara özəl bir yer qazandıran dəyərlərin başında da din gəlməkdədir.

   Din; insanla bərabər var olmuş, insanla bərabər var olacaq bir qürumdur. İnsanlıq tarixində nə qədər gerilərə gedilirsə  gedilsin, insanların bu  və ya digər bir dinə inandığı görülmüşdür. Deyə bilərik ki,aparılan araşdırmalar və arxeolaji qazıntılar, dini inanışdan yoxsun bir topluma rastlanmadığını ortaya qoymuşdur.Bu həqiqətdir ki.  tarixdə və günümüzdə toplumları ayaqda tutan və kültürü -mədəniyyəti təşkil edən  əsasların başında din gəlmişdir. Bu səbəbdən  Türkləri də çağlar ötəsindən günümüzə daşıyan ən bƏlirgin,bilinən dəyər də onların dini inanışları olmuşdur. (3) Türklər  Budizm, Zərdüştlik, Maniheizm, Xıristiyanlıq ve Müsəvilik kimi inançları da din olaraq qəbul etmişlərdir. Ancaq, Türklərin gənəli bu dinləri əski inanç və gələnəkləri və törələri ilə uyğun olmadığını görüncə,bəzi Türk boyları xaric bu dinlərin Türklərin gənəlində davamlılığını qorumadığı bilinir(4). Hətta bu dinlərin Türklərin xarakterlərinə uymadığı, onların  həyatının dinamikliyini söndürdüyü irəli sürülmüşdür. Buna əsasən, Göktürk Hakanı-Xaqanı Bilgə Kağan öz paytaxlarında bir Budist tapınağı tikdirmək istənildiyi zaman, vəziri Tonyukuk  buna qarışı çıxmış:”Savaşmağı və heyvan kəsməyi yasaqlayan,miskinlik təlkin edən bir dinin qəbulu Türklər üçün fələkət olar” deyə söyləmişdir.(5)  Həmçinin vəzir Xaqana :“Budist məzhəbinin və təliminin köçəri Türklərin əsgəri qabiliyyətlərinə zərər verər” demiş və hökümdarın fikrini dəğişdirmişdir.(6)

 Bu səbəblərdən Göktürklər, Budizm’in din olaraq qəbul edilməsinin, öz dini inançlarına, “törə”yə və türklərin irqi xüsusiyyətlərinə zidd olduğunu bildikləri üçün rədd etmişlərdir. Budizm’i qəbul edən Türklər ilə  əlaqədar olaraq Cahız belə qeyd etmişdir: “Türklər zındıklıq (Budizm) dininə girincə artıq hərblərdə məğlub olmağa başladılar. Türklərin ən qəhrəman qəbilələrindən Dokuz (Uygurlar) qəbiləsi buna örnəkdir. Halbuki, Dokuz Oğuzlar, Karluq Türklərindən sayıca bir neçə dəfə  az olduqları halda, daima savaşlarda onlardan üstün olurlardı. Nə zaman ki zındıklık dininə girməyə başladılar ki, bu zındıklık dini insanlara dünyadan əl-ətək çəkdirmək və yumuşaqlıq, təmkinlilik etməkdə  Xİristiyanlıqdan daha pis təsir edər. Artıq onların qəhrəmanlıq və şəhamət – hökümranlıq duygularını sönmüş ve pısırıq olmuşlardır” (7)

Türklərin dini inanışlarına nə ad verildiyi hələ aydınlanmış deyildir. “Əski Türk Dini İnanışları” və ya “Gələnəksəl Türk Dini İnanışları” şəklində ifadə edilən bu inanışlara bəzi araşdırmacılar “Tək Tanrı inancı”, “Şamanizm” və ya “Toyunizm” adını vermişlərdir. Son illərə qədər keçərli olan, fəqət üzərində ittifaq edilməyən bu isimlərin doğru olmadığı ortaya qoyulmuşdur. Xüsusi ilə Şamanizm, naturizm ve animizmə aid özəlliklərin  birləşməsindən  ortaya çıxan, yalnız başına bir din olaraq alqılanmamış-aydınlanmayan, gələnəklər də dini inanışlar içərisində bəzi  cərəyanlar şəklində varlığını sürdürmüşdür. Bunun yanında əski Türk boyları arasında ortaq bir dəyər olan “Gələnəksəl Türk dini inanışları”, bugün də Sibirya / Altay Türkləri arasında varlığını və canlılığını sürdürməkdədir. Bu özəlliyi baxımından, gələnəksəl Türk dininə, Türklərin milli inanışları demek mümkündür(8)

 Biz Türklərin İslamdan öncə totemçilik inancını mənimsədiyinə dair müxtəlif fikirlər irəli sürülmüşsə də ,bu iddialarin kəsinliklə doğru olduğunu qəbul etmək çətindir.Dindən daha çox bir sehir xarakteri daşıyan Şamanlığında Türklerde Tanrıçılıq inancı ilə bir əlaqəsi olmadığı müəyyənləşdirilmişdir.

 Bəziləri Türklərin əsas dininin Şamanizm olduğunu idda edirlər ama bu fikirlər heç də doğru deyil.İlk öncə bu sözün  “şaman” ın ,nə ifadə etdiyi ilə əlaqədar fikirləri sizlərlə paylaşacağam.

 Şaman kəliməsinin etimolojik kökəni üzərində indiyə qədər çox  durulmadığı bilinir. Bu terimin Tunguzcadan Rusça yolu ilə Batı-Qərb  elim dünyasına keçdiyi bilinməkdədir. Əslən Sanskritcənin bir qoluna bağlı olduğu hesab edilən kəlimənin, Hind-Avrupa dillərindən Toharca (Samane=budist rahib) və Sogdçadakı (Saman) transkripsiyonları kəşf  edilincə, bu terimin Hind-Avrupa mənşəli olduğu görüşü qüvvət qazanmışdır. Çünkü bu kəlimə Tunguzcaya uzaq görünməkdə və Şamanlığın güneydən quzeyə doğru yayılışında Budizmin təsiri sezilməkdədir. Fəqət Tunguzların qonşuları olan Sahalara təsir etdiklərin də  bir gərçəkdir.(9) .

 Hqiqətdən əski Türk topluluqlarında Samanlığa bənzər bir inancın varlığına ehtimal verdirəcək heç bir qeyd, mövcud deyildir. Altay Türkləri tərəfındən bu gün Şaman mənasında “Kam” sözü istifadə edilməkdədir və bu kəlimə bilindiyi qədəri ilə 5. yüzilldən bəri işlənməkdədir. Avropa’da hakimiyyət quran Hunlar zamanında Ata-kam və Eş-kam adlarında iki nəfərdən bəhs edilməkdədir. Yəni Avropa Hunlarının din adamlarına da Kam deyilirdi. (10). Əgər əski Türklərde şamanlık olsaydı, Hunların örf ve adətləri haqqında olduqca geniş bilgilər verən Latin və Germen yazarların “Hunların dini törənləri yoxdu ” deyəcəklərinə , “qəribə ayinləri olan şamanik törənləri” vardır” deyərək,  xəbər vermələri gərəkərdi.(11).

 Hökümdar ailəsinin Budizmə marağına  baxmayaraq, Tabgaçlarda( Tabgaç Türk sülalesi, 4. yüzilin sonlarına doğru Çin’ə hakim olmuşdur )da Şamanlığı xatırladan bir şey yox idi. Həm Budizmi, həm də Maniheizmi qəbul etmiş olan Uygurlarda belə bu xususda açıq bir dəlilə- fakta rastlanılmadığı bilinir. Hətta Uygurlarda “kam” sözü din adamı deyil, “büyücü-cadugər, sehirbaz” mənalarında istifadə edilmişdir. Kaşğarlı Mahmud, “kam” sözünü” kahin” kəliməsiylə açıqlamışdır. Bu söz o zamanki müsəlman Türklər tərəfindən də unudulmamışdır. Yusuf Has Hacip isə, “Kutadgu Bilig”də “kamlar”ı, “otacılar” – “təbib,doktor” olaraq çevirməklə bəraber, bunların insan topluluqları üçün faydalı insanlar olduğunu qeyd etmişdir.  Əsərdə Aqibəti-qənaəti təmsil edən Odgurmuş xaqana nəsiyyət verərkən; “bəzi insanlar yoxsul, bəzi insanlar da qayğı ilə yıpranmışlardır- bitkinləşmişlərdir. Bunların dərdlərinə carə, dərman səndədir. Bunları tədavi- müalicə et, bunların kamı ol” demişdir(12) . Din adamı mənasında Türk boyları arasında dəyişik adlandırmalar vardır. Məsələm,Qazak və Qırğızların “Kam” yerinə “Bahsi”, əski Kartukların da” Sagun” kəliməsini istifadə etdiklərini bilirik. Baksı hərhalda Budizm vasitəsiylə gəlmiş yabancı -alınma bir kəlimə olmalıdır. Türkmənlərdə” bakşı ” və ya  ” baksı” “saz şairi” mənasını ifadə edər. Altaylılar və Tuvalılar bugünə qədər “kam” kəliməsini yaşatmışlardır. Saha Türkləri ərkək kama “oyun”, qadın kama “udagan” deyərlər. Monğolcada ərkək kam “bö” yaxud “böge”, qadın kam da Sahalardaki kimi “udagan” deyərlər. Çuvaşlar da isə bu kəlimə”yum”dur. Müsəlman Türklər  ” kam” kelimesini unutmuşlardır. Şaman kəliməsini Türkler bilməz. 18. yüzyılın sonlarına doğru qəbul edilmiş olan “şaman” termini Türkçəyə yaddır(13) . Orkun kitabələri də daxil olmaq üzərə, indiyə qədər tapılan kitabələrdə nə “Kam” sözünə, nə də “Şamana” təsadüf edilmədiyi bilinir. Bu səbəblə, mövcud vesikalardan-sənədlərdən yola çıxaraq, “əski Türklər Şaman idiler”  şəklində bir sonuç- nəticə çıxarılamaz.

 Bununla beraber Şamanlığın Türklerin gələnəksəl inanci -dini ilə heç bir diqqət cəlb edən uyumu olmadığı qənaətinə varılmışdır. Əski Türklər təbiətdə bir sıra gizli qüvvələrin mövcut olduğuna inanırdılar. Həmçinin ölmüş böyüklərə tənzim və onlara qurban kəsmək şəklində var olan atalar kültürü ,Bozkır Türk inancında yer alan bir adətdir. Ancaq Bozkır Türklərinin əsas inancı Tanrını (Tengri) ən yüksək güç və böyük yaradıcı qüvvə olaraq qəbul edən və səmavi bir mahiyyət daşıyan ” Gök Tanrı” dini deyilən bir inanac sistemi idi.  Hökümdarlar özlərinin tanri tərəfindən taxta çıxarıldıqlarını, zəfərləri “Gök Tanrı “nın izniyle qazandıqlarını ,müxtəlif hiylə və tələlərdən Gök Tanrının yardımıyla  qurtulduqlarına inanır və “Ey Gök Tanrı !sənə sükürler olsun !” deyə duyqularını dilə gətirirdilər. Avar xaqanı Bizans imperatoru ilə bir anlaşmasında Gök Tanrıya yemin etmiş-and içmişdi.Göktürklər də dövlətlərinin Gök Tanrının istəyi ilə qurulduğuna inanırdılar. Türklər ölüm və həyatın Tanrının iradəsinə bağlı olduğuna,insanın fani ,Tanrının əbədi olduğuna inanırdılar. Tanrı  kəliməsi  Başkırtça hariç bütün Türk ləhçələrində ortaq olaraq istifadə edilən bir kəlimədir.Gök Tanrı dininin Türklərin   İslamdan öncəki  milli dini olduğu  qəbul edilməkdədir.(14)

Türk dini tarixində ən əski termin, “Tanrı”dır. Çincə Tien şəklində ifadə edilməkdədir. Tanrı kəliməsi, literaturda, Kök=Gök sifətiylə birlikdə “Gök Tengri” (Yücə Tanrı) şəklinde qeyd edilirdi. Gök Tanrı inancının ən önemli özəlliyi, onun, antropomorfik bir xarakter daşımasıdır . Gök Tanrı; yaradıcı və qadir-i mütləq, tək, əzəli və əbədi, eşi, bənzəri olmayan, öldürən, iradəsinə görə hökm edən, yardım edən, cəzalandıran, qoruyan, insanlara bilgi verən, hər şeyin ən yaxşısını bilən, yol göstərən və qulun duasını qəbul edəndir.(15). İslam’ın Allah anlayışına bənzərlik ərz edən bütün bu xüsusiyyətlərinə rəğmən, Gök Tanrı’nın, ilahi dinlərdə olduğu kimi, tapınaqları yoxdur. Əski TürklƏr O’nun rəsimini çəkməmiş və heykəllərini düzəltməmişdir( 16).

  Türklər, daha gələnəksəl Türk Dini dönemində, evrənsəl və ilahi dinlərin Tək Tanrı anlayışına yaxın xüsusiyyətə sahip bir Tanrı anlayışını mənimsəmişdir. P. Wilhelm Schmidh, Türklərin daha Asya

Hunları dönəmində, monoteizmə-tövhidə (tək yaradıcı inancına)doğru yüksək bir dinə sahib olduqları qərarına gəlmişdir.Türk tarixinin bəzi çağlarında Tanrı, Türklərin Milli Tanrısı şeklində şərh edilmiş isə də (17) O, daima evrənsəl bir Tanrı olaraq  özünü göstərmişdir .(18).

 Türklər Tanrı’ının ölümsüz olduğuna inanırlar. Onların arasında, Axirət , məhşər günü, hesabların görülməsi, cənnət və cəhənnəm inancı mövcud olmuşdur. Türklər, bugün “münkər və nəkir” deyilən iki mələyin varlığına və onların insanı, bütün hayatı boyunca izlədiyinə  inanmışlardır. İnsanın sağında olan mələyə ” Yayuçi” solunda olana da “Körmös” deyərlər. Ayrıca Türklər, ruhların əbədiliyini,yaxşı ve pis  ruhların olduğunu qəbul etmişlər. (19).

 Türklər, içində yaşadıqları təbiətin Tanrı tərəfındən yaradıldığını qəbul edərlər və qutsal-müqəddəs sayarlar. Yer-su (Yer-Sup), yer üzündə yaşayan yaxşı  ruhların bütünüdür. Bu inancın bir sonucu olaraq dağ, ırmaq-çay, göl, pınar-bulaq, ağaç, orman və ya qaya parçalarına sayqı göstərmişlər. Ayrıca dağlar Tanrı’nın məqamı sayılırdı . Bundan başqa atəş kültürünün, yəni atəşdən istifadənin onlar arasında önəmli bir yeri vardır. Onun maddi ve mənəvi kirləri temizlediyinə inanmışlardır (20).

  Əski Türklərin bəzilərinin inandığı,   özünə  müqəddəslik  verilən  birisi də Umay’dır. Dişi bir tanrıça olaraq qiymətləndirən  və ya qoruyucu ruh olduğu inanılanan Umay, gənəlliklə uşaqların  qoruyucusu və himayə edən olarak qəbul edilməkdə idi. Bugün bəzi  Türk topluluqları arasında “Umay Ana” şəklində bu inanç varlığını sürdürməkdədir. Ancaq, tarixi sürəç içində bəzi dəyişikliklərə məruz qalmış  bu inanış, özəlliklə Anadolu Türkləri arasında, özünə tərs bir anlam qazanaraq, “Umacı” adıyla uşaqları qorxudan bir xarakter qazanmışdır( 21) .

  Hər toplumun əxlaqi dəyərlərinin meydana gəlməsində, dini inançların təsirini və yönləndirməsini unutmamaq gərəkir. Köklü bir dini gələnəyi olan Türklərin də əsas və təsirli əxlaqi dəyərləri vardır. Doğruluğu məqsəd edinən Türklər arasında cinayət, zina, yalan, oğruluq, adam öldürmə kimi üz qızardan ,əxlaqi  pozğunluğa  yer yoxdur. Özünü üstün görmə, kibirlənrnə, onlarda ayib görülən davranışlardır. Türklər daima yaxşı niyyətli və xoşgörülü olmuşlardır. Fəqət bu onların suçluları bağışladığı ve haqsızlıqlara gözyumduqları mənasına  gəlmirdi.. Zira onlar ədalet ölçüləri içində heç kimsəyə haqsızlıq etmədən suçluları cezalandırma yolunu seçirdilər. Cəzaların ən böyüyü, zina edənlərə və hərbi xidmətdən qaçanlara verilirdi. Türklərin cəzalandırma türlərinə bir örnək olaraq Bahaeddin Ögəl bunları qeyd etmişdir: “Qırğızların cəza sistemləri çox sərt idi. Məmləkət məsələləri üzərində münaqişə edənlər ve oğruluq,qanunsuzluq edənlərin başları kəsilirmiş. Oğuru uşaqların kəsilən başları, atalarının  boynuna taxılır və ata, ömrünün sonuna qədər övladının başını boynundan çıxarmazmış”.  (22).

 Türklərin diqqət cəlb edən  bir əxlaqi özəlliyi də utanqaç olmalarıdır. Onlar, savaş meydanlarında deyil, rahat döşəkdə ölməkdən, hətta yaşlanıb xəstələnməkdən utanrlar. Əsir olmaq, kölə durumuna düşmək, qadınların düşman əlinə keçməsi böyük utanç qaynağıdır. Başarılarıyla,zəfərləriylə  övünməkdən, verdikləri sözü yerinə gətirə bilmədikdə, yalan söyləməkdən utanırdılar.(23).

 Sizlərin də bildiyi kimi biz Türklərin ataları müxtəlif  dinlərlə tanişmışlardır.Ama onlardan başqa dinləri qəbul edənlərin sayı çox deyildirr. Çünki Türklər, İslamdan başqa əlaqədar olduqları dinlərin heç birisini, öz inanç və kültürləri ilə bağdaşlaşdıra bilmədilər. İslam’a qədər bütün Türk boylarının öz “özəl -xüsusi din”lərindən  başqa bir dinləri olmamışdır. İslam’ ın xaricindəki  dinlərin Türklər arısında gənəl qəbul görməməsi, o dinlərin inanç sistemlərinin Türklərin xarakterinə uyğun olmamasına əsaslanmışdır. Türklər aktivdir, bir Tanrı’ya inanmaqdadır, əxlaqi dəyərlərə önəm verməkdədir və “Axirət həyatı”nı qəbul etməkdədir. Halbuki Budizm, Maniheizm ve Xİristiyanlıq gibi dinlerde insanı pasifləşfirici əsaslara dayanır. Bunlardan Budizm, miskinliyi tövsiyə etməkdə, Tanrı anlayışını açıqca yansıtmamaqda və Axirət həyatına önəm verməməkdədir. Bu səbəbdən ,öncədən də qeyd etdiyim kimi Göktürklər, Budizm’in din olaraq qəbul edilməsinin qarşısını almışlardır(24).

 Türklərin gələnəksəl dini inaınşları ilə əlaqədar olaraq Prof,akademik  Osman Turan bu fikirləri qeyd etmişdir: “Peyğəmbərə və vəhyə bağlı müqəddəs bir kitabı olmayan Türklərin, Səmavi dinlərə mənsub olmadıqları halda, “necə tək tanrılıq dininə mənsub olduğu?” sualına hələ  də cavab tapılmamışdır. Gerçəkdən TÜrklər, tək Tanrı inancı ilə nə qədər səmavi dinlərdəki İlahi anlayışına yaxınlaşmış olsalar da, peyğəmbər və müqəddəs bir kitabdan məhrum olduğlarından  da  ,Səmavi dinlərdən fərqlənmişlərdir. Ama tək Tanrının  zat və sıfətlərı kimi ən mühim məsələlərdə, yalmz bütpərəstlərdən deyil, Tövrat və İncil’in məruz  qaldığı təxriflə- dəyişimlər səbəbindən, Musəvi və Xiristiyanlardan da daha irəli səviyyəyə yetişmiş  və təbii İslamiyyətin üstünlüyü qarşısında təsirlənmiş, Türklər özlərini tətmin-qane edən müslümanlığı ümumi və milli bir din halına gətirmişlərdir”( 25).

  İstifadə edilən mənbələr:

1.Mustafa ERDEM**  9-11 Ekim ı997 tarihinde, Kırgızistan’ın Oş şehrinde, bu şehrin 3000. kuruluş yılı kutlaınalarına hazırlık niteliğinde olan uluslararası bir konferansta, “Türklerin Eski Dini inanışları ve İslam” başlığıyla , tebliğ olarak sunulmuştur

 2.Ünver, Günay-Harun Güngör, Başlangıçtan Günümüze Türklerin Dini Tarihi, Ankara-1997, 18.

 3. Dini Araştırmalar Eylül-Aralık 1998,c 1,s 2.  Mustafa Erdem “Geleneksel Türk Dini ve İslam”.

4. Günay Tümer-Abdurrahman Küçük, Dinler Tarihi, Ankara 1993, s. 78; Ünver Günay-Harun Güngör, Türklerin Dini Tarihi, İstanbul 2003, s. 155.

5. Ögel, B., Türk Tarihine Giriı, Ankara, 1991, s. 179 krş. Ligeti, L. Bilinmeyen Iç Asya, Ankara, 1970,11. s. 18-19.

6. ERDEM ,Mustafa; Kırgız Türkleri Sosyal Antroloji Araştırmaları, ASAM Yayınları:8, Ankara.2000,s100

  Günay Tümer-Abdurrahman Küçük, Dinler Tarihi, Ankara 1993, s. 78; Ünver Günay-Harun Güngör,     Türklerin Dini Tarihi, İstanbul 2003, s. 155.

7.Zekeriya Kitapçı, Türkistan’da İslamiyet Ve Türkler, Konya-1988, 66.

8.Bkz. Günay-Güngör, “ Türklerin Dini Tarihi” İstanbul 2003,s. 26.

9. A.İnan, Tarihte ve Bugün Şamanizm, 2. baskı, Ankara 1972, s.74; S.Buluç, “Şaman”, İslam Ansiklopedisi, C. 11, 2. baskı, İstanbul 1979, s.310- 311; H.Tanyu, “Samanlık veya Şamanizm”, Türk Ansiklopedisi, C. 30, Ankara 1981, s.203

10. H.Tanyu, “Samanlık veya Şamanizm”, Türk Ansiklopedisi, C. 30, Ankara 1981, s.203.

11. İnan, a.g.e., s.72; İ.Kafesoğlu, Eski Türk Dini, Ankara 1980, s.40; P.Vaczy, “Hunlar Avrupa’da”, Attila ve Hunları, Yay. G.Nemeth, Ter. Ş.Baştav, Ankara 1982, s. 105. Kam kelimesi Divanü Lûgat-it Türk, Kutadgu Bilig ve Turfan Metinlerinde de geçmektedir.

12.Kutadgu Bilig İndeksi, İstanbul 1979, s.218; Kaşgarlı Mahmud, Divanü Lûgat-it-Türk Dizini, Ankara 1986, s.257

13.  W.Radloff, Sibirya’dan Seçmeler, Çev. A.Temir, Ankara 1975, s.301-302; İnan, a.g.m., s.74-75; Kafesoğlu, a.g.e., s.40-41; L.Rasonyi, Tuna Köprüleri, Çev. H.Akm, Ankara 1988, s. 12

14. İbrahim Kafesoğlu, Türk Milli Kültürü,s. 295

15. Bkz. Kafesoğlu. 295-301; Günay- Güngör, 39. 6. Bkz. Osman Turan, Türk Cihan Hakimiyeti Mefküresi Tarihi, İstanbul-1979, 107-1ı9; Laszlo Rasonyi, Tarihte Türklük, Ankara-ı988, 29-30. 7.  16. Bkz. Günay- Güngör, 39.

17. Bkz. Osman Turan, Türk Cihan Hakimiyeti Mefküresi Tarihi,İstanbul -1979,s. 118-119;  

       İbrahim Kafesoğlu, Türk Milli Kültür,İstanbul-1994, s. 295-6.

18. Bkz. Günay-Güngör, 40.

19.  MUSTAFA Erdem ““Türklerin Eski Dini inanışları ve İslam” ismili makaleden.

20. Bkz. Turan,  Türk  Cihan Hakimiyeti Mefküresi Tarihi,İstanbul-1979, s.126;  Laszlo  Rasonyi, Tarihte Türklük,Ankara -1988,s. 31.

21. Bkz. Turan. 115; Rasonyi, 32; Günay-Güngör. 51.

22. Öge!, 209

23. Bkz. Kafesoğlu, 333.

24.   MUSTAFA Erdem “”Türklerin Eski Dini inanışları ve İslam” ismili makaleden .   (bu 19. Kaynakla aynıdır)

25. Turan,  Türk  Cihan Hakimiyeti Mefküresi Tarihi,İstanbul-1979, s 117.

 Xüsusi təşəkkür verdiyi dəyərli bilgilər üçün Türk komutan İshak Çelik bəyə sayqılarımla.

AYNUR TALIBLI .TARİH VE MEDENİYET ARAŞTIRMACISI. İSTANBUL

Pin It on Pinterest