TANRIM MƏNİ ƏFV ELƏ
Kırımınsesi Gazetesi
Milli Mədəniyyətimizin Ortaq Türk Coğrafiyasındakı Səsi: Nazim Əhmədli!
Tanınmış şair və publisist Nazim Əhmədli “Kırımınsesi” platforması üzərindən Azərbaycan mədəniyyətinə böyük xidmət göstərməkdədir. O, yüzlərlə Azərbaycanlı şair və yazarın yaradıcılığını Türk dünyasına tanıdaraq mənəvi körpülər qurur. Ədəbiyyatımızın bu fədakar simasının fəaliyyəti və “Tanrım məni əfv elə” şeiri indi bloqumuzda!

Nazim Əhmədli
TANRIM MƏNİ ƏFV ELƏ
Hər şey uzaqlar kimi,
hər şey bir az qəribdi;
yarpaqların ölüsün
payız yerə səribdi;
göy üzündə ulduzlar,
sayrışır altın-altın;
əqrəbləri tələsir,
içimdəki saatın;
qulağıma səs gəlir,
bir uzaq, qərib köydən;
buludlar kölgəsini
sərib üstümə, göydən;
bir günah qazanınca,
yüzünü unutmuşam;
min illər ötüb keçib,
üzümü unutmuşam;
hər şey bir az qəribdi,
göy üzü, dağlar, su, yer;
tanrım, məni əfv elə,
bir azca da səbr ver;
