GenelGüncelKültür Sanat

Kirman Rustemli

Sabirsayağı.
Yazıram.


Şairəm,bənzədib hər sözü zərə,
Söz içindən söz seçirəm cürə-cürə.
Söz də var ki, bənzədirəm lələ,dürə,
Baş ayaq,ayağı baş tutub qazıran,
Hərdən aşikar, gah da pünhan yazıram,

Pıqqıldayan qaynar qazan bişməz hələ,
Kim qurubdur iqbalıma cələ,tələ?
Şeytan deyir beləsini tutub bələ,
Əldə qələm,gəl də bax,
qan qan yazıram,
Hərdən aşikar,gah da pünhan yazıram.

Peysər yoğun, özgə malı talan, müftə,
Hər gün yağlı ətdən çəkib yeyir küftə
Əl gətirsə axşam ,səhər alar siftə,
Movzum bəlli, alıb gözə, xan yazıram,
Hərdən aşikar,gah da pünhan yazıram..

Gərək deyil üz gözümə tutam ələk,
Mən də buyam ,gəlməyirəm sənə kələk.
Yurd dağılıb,millət olub ələk-vələk.
Bəs beləsə sanma ki, ad, şan yazıram,
Hərdən aşikar,gah da pünhan yazıram.

Kirman Rustemli
07.06.2023

Kəmalə xanım Bənəniyarlıya .

Vətənsiz qalma.

Vətən dərdi çox ağır,
Vətən gözündən yağır,
Giləsi özün boyda ,
Bağır, ay mələk, bağır.

Yollar da hamarlanıb,
İnsanlar qahmarlanıb.
Əlincən şəhər olub,
Gəl bax, səhmanlanıb.

Bu Vətənin qızı sən,
Məgər ondan küsmüsən?
Gedəlin illər oldu,
Nədən ayaq üzmüsən?

Bahar gəlir,bil sənsiz,
Vətən qalıbdır gəncsiz.
Qızlar gəlin köçmıyir,
Evdə qalır kimsəziz.

Yad ölkənin daşın at,
Üzük olsa, qaşın at.
Bir udumluq havanın,
Vətəndə ətrinə bat.

Vətən dərdi çox ağır,
Vətən gözündən yağır,
Giləsi özün boyda ,
Bağır, ay mələk, bağır.
Kirman Rustemli
02.06.2024

Bu daş üstə oturmuşam,

Bu daşların sayı olmaz,
Daş çiçəyi heç vaxt solmaz,
Bitən ömür bir də dölmaz,
Xatirədi, oyulacaq,
Qəbrim üstə qoyulacaq,
Bu daş üstə oturmuşam,…
Dalğın, dalğın.
Seçmişəm daşların ağın.
Seyr etmişəm ətrafımın ,
solun ,sağın.
Düşünmüşəm bir qədər,
Məni bürüyüb kədər.
Nədən tapmadım özümə bir yoldaş?
Daşmı oldu mənə sirdaş sirdaş
Yorğun İdim,
Yaşıl ağac yurğun idim.
Öz özümdən yorulmuşam,
Soruşmadım mən özümdən,
Yoruldunmu bu dözümdən?
Daş hara, sən hara?
Deyəsən, daş səni aparır məzara.
Qoyulacaq qəbrim üstə, bu daş.
olacaq mənə yoldaş.
Oturduğumdan çox
Əvəz alacaq.
Altına qoyacaq,
Büküldüyüm dərzi.

Kirman Rüstəmli
10.08.2020.

Bir sərdar tanıyıram,

Bir sərkərdə tanıyıram,
Səbirlidir,çox mətindir.
Vallahi, elə sanıram,
Sərdar olmaq çətindir.

Bir sərkərdə tanıyıram,
O,bir yol çəkir Turana.
Hər qopan daş qram-qram,
Dəyir yollarda durana.

Bir sərkərdə tanıyıram,
Oğuzların öz soyundan.
Gör, keçmişimi anıram,
Sevindim zəfər toyundan..

Kirman Rustemli
29.05.202.

Bu qızım baldı,

Vallah baladı.
Başa bəladı
Özü bir cırtdan,
Baldı ki baldı..

Top topuş əli,
Tutmaqda zəli.
Gözlər piyalə,
Dəlidir,dəli.

Kək kək eyləyir,
Dilini əyir.
Quyruq da dartır,
Pişik əyləyir.

Sözləri böyük,
Saçları hörük.
Gülüşüdəki,
Elə bil körük.

Güldü, çiçəkdi,
Qönçə, ləçəkdi.
Lalə yanaqdan,
Kim öpəcəkdi?

Kirman Rustemli
15.02.2019

Kirman Rüstəmli
Şeirlər.

Gəncliyim qayıt.

Səpildin yollara məndən xəbərsiz,
İtirdim mən səni səndən xəbərsiz.
Saçlarım ağardı dəndən xəbərsiz,
Sən qayıt ömrümə, gəncliyim qayıt,
Qol budaq olunmuş çiliyim qayıt.

Qolumda güc vardı, ərənlər kimi,
Hər gülün yaxşısın dərənlər kimi,
Yerə igidləri sərənlər kimi,
Arzular bitməmiş, gəncliyim qayıt,
Canımda yaşayan o ruhu ayılt.

Utandım,sıxldım , özgə baxışdan,
Sevmədim qızları boya, naxışdan,
illərin üzdəki qat qat qırışdan,
Məni qurtarmağa gəncliyim qayıt,
Yuxumu görməyə gəl məni bayılt

Sonsuz məhəbbətim nədən tükənmiş,
Sənə bəslədiyim sevgimmi kəmmiş?
Sən demə qocalıq bel də bükərmiş,
Donmuş vicudumu bir də gəl ,ayılt,
Səndən heç doymadım,gəncliyim qayıt.

Üz gözümün qırışları çoxalıb,
Bu həyatdır, səni məndən o alıb.
İllər arxasında tənhamı qalıb,
Bu səhifə, bu kağız,bu da ki sayıt,
Sübutdur, bil sənə ,gəncliyim qatyıt.

Kirman Rustemli
05.02.202

Kirman Rustemli
04.02.20223

Tükənən ümid
Ümid yoxdur sabaha,
Məzar kəfəndən baha.
Əl açmadım allaha,
Ümidim bitmiş mənim.
Əl çəkmirlər hər şeydən,
Gözlər doymur ki meydən.
Ayılmayırlar keydən,
Ümidim bitmiş mənim
Tabak boşdur,yuxa yox,
Yarış gedir yoxa yox.
Aclar hələ deyil tox
Ümidim bitmiş mənim.
Bu bayramın dərdi nə?
Şeş beş düşmür nərdinə.
Dözmək olmur fərqinə
Ümidim bitmiş mənim..
Talan talanın üstə,
Ağız dadmır ta püstə.
Əl aç tanrıdan istə,
Ümidim bitmiş mənim.
Göz də doymur hər şeydən,
Taqət gəlmir ya heydən ,
Insan quruyub keydən,
Ümidim bitmiş mənim.
Kirman Rustemli
12.03.2018.

Sabahınız xeyir.
Bu geçə,yağışlı gecə,
Yuxum qaçıb ərşə necə.
Kirpiklərim misra üstə,
Axtarır ki nəsə seçə.
.
Damcıları necə soyuq,
Torpaq üstə açır oyuq.
Tanrım,axıt göz yaşını,
Bəndən içsin bir doyumluq.
Qızılgüllər baş aşağı,
İslanıb sınıb dayağı.
Sarıköynək nədən susub,
Oxumur cəh cəh , bayağı.
Külək əsir dəli -dəli,
Qalxır göyə otun təli.
Gecə çapır kəhərini,
Yerdə ayaq,göydə əli.
Bu gecə mənim gecəm,
Adlayıb selin keçəm.
Danım gəlsin, doğsun Günəş,
Badəm dolsun , selin içəm.
Kirman Rustemli
02.05.2023

Anasız günlər.

Sənsiz bu bayramı keçirə bilməm,
Başıma göylərin daşı ələnər.
Xatiirən o qədər, mən silə bilməm,
Ömrümə bəzəkdir həmin sənələr.
Sən mənim həm anam, bir dünyam oldun,
Özümü səninlə adam sanardım.
Ged

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest