GenelGüncelKültür Sanat

Ustadım-padşahım! Ustadım Rəşad Səfərova ithaf edirəm… Sema Muğanna

Ustadım-padşahım!

Ustadım Rəşad Səfərova ithaf edirəm…

Rəşad Səfərova
Rəşad Səfərova

Teatrın dili olsaydı bəlkə də bu tozlu küçələri nəfəsinə çəkib fırtına qoparardı…

  Adı var… Mən ona yalnız teatr deyə bilmərəm! Bilirsiniz niyə? Çünki teatr insanların düşüncəsində yalnız aktyorların rolunu ifa etdiyi məkandır.

  İnsanlar üçün məkan olan teatr, əslində, hər şeydir! Bu dörd divarlı otaqda dolaşan səs, yarpaqların xışıltısı, rüzgarın uğultusu, yağış damlalarının ağlaması kimidir. Teatr bu sadaladıqlarımın evidir! Yox təkcə evi deyil, yanan çırağıdır!

  Bir şam yandırın. Şamı yazılmış ağ kağızın yanına qoyun. İşıq onu qoruduğu müddətcə kağız yanmayacaq. İndi isə əlinizə qələmi alın. Qələm hökmranlıq etsə də, şam onu ağuşuna alacaq və beləliklə, kağız da kül olacaq. Qələm yanmasa belə, ruh parçacıqları dilə gəlib hiddətlənəcək! İndi bilirsinizmi teatr niyə ocaqdır? Aktyorların danışan dilidir teatr! Hiddətlənən duyğuların adıdır! Bu duyğuların adı nə sevgi, nə də nifrətdir. Bu duyğuların adı məhz teatrın müqəddəs ocağıdır!

   Hər dəfə teatra getdiyimdə ikinci evimi tapıram. Ruhumu dörd divar arasında deyil, məhz böyük teatra əmanət edirəm. Bu teatr hər dəfə qollarını açıb məni qucaqladıqda, artıq bilirəm ki, mənim ruhum da əmin əllərdədir! Bilirsiniz, bəzən söhbət də edirəm. Hansı teatr olmasına baxmayaraq mən həmsöhbət olmağı bacarıram. Dəniz kimi… İndi düşünürəm ki, aktyorların da xarakteri dənizə bənzəyir, insanlara deyil. İnsanlar xəyanətkar, qəddar,  bəlkə də sevgi doludur, lakin aktyor teatrın qol-qanadıdır! Bəlkə də bu vaxta kimi insanlar da bir-birinə qol-qanad olsaydı, planetlər də xoşbəxt yaşayardı.

   İncəsənətin ən gözəl məkanı teatrdır. Müqəddəs məbəddir! Mənim qanadlarım pərvazlandıqca səhnəyə qaçmaq üçün can atır. Bəs qələmim? O da! Qələmim teatrla çox yaxın dostdur. Bu dostluq əbədidir…

  Teatr ocağının padşahı da var! Aktyor bizim heyran qaldığımız insan obrazlarını yaratsa da, dediyim kimi, aktyor teatrın qolu, qanadıdır! Qanadsız uçan göyərçin susqundur, demək, aktyor da qanadsızdırsa, teatr da həm susqun, həm də tənhadır.

Teatra olan sevgim heç vaxt  bitməyəcək. Bəli! Doğru eşitdiniz! Çünki çiyinlərimdəki qanadları kiçik əllərim daşıya bilməz! Bu qanadları daşıyan yalnız o böyük səhnədir. Bu böyük səhnənin aktyorları isə biz tələbələrin çırağıdır.

   Məhz bu çırağın heç vaxt sönmədiyini ustadımdan öyrəndim. O insan sizlərin çox sevdiyi, teatra daima bəzək verən, canlandırdığı rolları ilə insan xarakterinin mürəkkəbliyini danışan Rəşad Səfərovdur. O mənim müəllimim, ustadımdır. Müəllim şərəfli peşədir.

  Mən Rəşad müəllimdən yalnız aktyor sənətinin dərinliklərini öyrənmədim, hətta  müəllimin zəhmətini də öyrəndim! Gözlərindəyaşadığı sevinc qarışıq həyəcan mənim imtahandan çıxdığım gün bəlli idi.

   Hamı deyə bilər ki, “mənim də xəyalım aktyor olmaqdır”  Lakin mənim düşüncələrim yalnız bu deyil. Bir gün teatra getdiyimdə ruhumun hüzura qovuşduğunu deyil, çiyinlərimdə daşıdığım mavi qanadlara teatrın da şahid olmasını istəyirəm! Teatrla həmsöhbət olmaq deyil, onun səhnəsində alqış səslərini duymaq istəyirəm!

  Teatrı yaşadan aktyorlar, aktyorları yaşadan isə gurultulu alqış səsləridir. İlk uğurum, ilk eşitdiyim alqış səsləri müəllimimin zəhməti sayəsindədir. İndi belə  müəllimi hər tamaşadan sonra səhnədə gördüyümdə,  insanların sevinclə  alqış səslərini eşitdiyimdə deyirəm ki, teatr çox xoşbəxtdir! Bu böyük səhnədə ustadım var deyə!

Mən çox çalışdım demirəm, nə qədər çox çalışsam da, bu uğuru ilk qazanan müəllimimdir.

   İncəsənət teatr ocağının padşahıdırsa, siz də biz tələbələrin qəlbinin padşahısınız, müəllim! Dediyiniz kimi, “böyük səhnələrdə görüşəcəyik!”   Etimadınızı doğruldacağıma söz verirəm! Alqış səsləri teatrın fırtına qopan səsinə məlhəmdir. İllər sonra mən də teatrın güvənini qazanacam! Sizə söz verirəm ki, bu şərəfli adı daima qoruyacağam! Qürurvericidir ki, sizin tələbənizəm!

  Mənim müəllimim, ustadım, nə yaxşı ki, varsız!

sema muganna
sema muganna

Gənc yazıçı, AYB-nin azvü, prezident təqaüdçüsü Səma Muğanna

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest