Elvin Ağa Qulami
Nazım AHMETLİ
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
Elvin Ağamirzə oğlu Novruzov
10.04.1987 ci ildə Azərbaycan respublikası, Lerik rayon, Soru kəndində doğulmuşdur
“Şeirlər Monarxoyası” kitabına dərc olunmaq üçün 47 yazarın hər birinin 5 şeir təqdim etdiyi yarışmada tək bir “Səni sevə-sevə unudacağam” şeiri ilə iştirak edərək 1-ci yeri almışdır. “Şeirlər Monarxiyası” kitabında və bir sıra mətbu orqanlarda çap olunmuşdur.
Elvin Ağa Qulami
Çılpaq qürur
Bu gün dəniz olur
coşub, daşıram
Sabah xəyal olur, uzaqlaşıram
Sən ey… məni məndən qoparan adam
Bəzən bir şimşəyin gurultusundan
Bəzən bir yağışın şırıltısından
Qaçdıqca, mən sənə, yaxınlaşıram
***
Bacara bilmirəm, özüm özümlə
Gecə ulduz doğmur..
oturub sayam
Sabah olur, mən hələ də oyağam
***
Sənsizlik, bildiyin, xalis işgəncə
Təslim oldum sənsizləyə
Ölmüş bədən! Ruh dururmu?
Sənə gəldim mən bu gecə
Geyinərək pencəyimi
Soyunaraq qürurumu
Saçlarının zənciri
Açılıb saçlarının
zəncirindən itim yenə
Gecə-gündüz sinəmin,
hürür altından mənə
***
Gəl bir tikə sevgi at
Bəlkə kəsdi səsini
Tanıyacaq necəsə
Axı sahibəsini
***
Bir tikə dodaq əti
Biraz da ki, o ətdən
Öpüş bişir gələndə
Necə səsini kəsir
Bax gör, səni görəndə
***
Qutarıbdır gözümün, içə-içə suyunu
Biraz da sən götür gəl
Qaş altından quyunu
***
Gəl yenə də bağlayaq
Qudurtmayaq əsiri
Yadından çıxmasın ha…
Saçlarının zənciri
Sənə göz yaşlarımdan dəniz tikərəm
Susuz bir torpağam!
Buluduma həsrət, yağışından nigaran
Mən qaram!
Günəşimə aşiq
Bütün dünyanı işqılandıran
işığımı söndürən
***
Bir ovuc küləm mən
közündən düşən
Saçlarının əsməyindən
həsrətinin küləyin bilirəm
Gizlənirəm
baxışının altında
Üfür atəşimə, külümü sovur
Dolum ovucuna əsən küləyin
səpilim saçlarına
***
Sən mənim balıq sevgilim
Sənə göz yaşlarımdan
dəniz tikərəm
Kirpiyimi sökərəm
Sənə tilov ataram
Göz yaşımı qırmağımdan asaram
***
Bütün çəmənlərdən
lalələri biçərəm
Yanağını əkərəm
Günəşi qovaram …
Göyün üzündən
gözlərini asaram
***
Sən ki mənim gecəmsən
Qopararam,
səmanın üzündəki xalları
Mənə bəsdir boynun ulduzları
Aya toxunmaram
O mənim sənsizliyimi işıqlandırır
Boğuluram!
Havam çatmır!
Sənsizlik məni havalandırır!
Gəl. bir az ayrılaq, darıxım sənsiz
Ayrılıb, yenidən görüşmək olar
Zamanı tərsinə çevirmək olar.
Nə qədər sevilmək, ya sevmək olar,
Gəl biraz ayrılaq, darıxım sənsiz.
***
Görək necə olur, sevginin təki,
Büküb öz boynunu, baxma çəpəki.
Qorxma, həmişəlik ayrılmırıq ki,
Gəl biraz ayrılaq, darıxım sənsiz.
***
Biraz yalqız qalaq, biraz kimsəsiz,
Biraz mən darıxım, biraz sən mənsiz.
Görək dözərikmi bir-birimizsiz,
Gəl biraz ayrılaq, darıxım sənsiz.
***
Ömrümün sən oldun baharı, yazı,
Sən oldun bəxtimə yazılan yazı.
Ölməyə getmirəm, zalımın qızı,
Gəl biraz ayrılaq, darıxım sənsiz.
***
Dünya ki dağılmaz, ayrı qalarıq,
Sən məni, mən səni yada salarıq.
Yenidən rastlaşıb, tanış olarıq,
Gəl biraz ayrılaq, darıxım sənsiz.
***
Unudaq tamamən, hər şeyimizi,
Donduraq bir müddət, gəl, sevgimizi.
Yenidən sevərik bir-birimizi,
Gəl biraz ayrılaq, darıxım sənsiz.
Mənim taleyim rəngi qaradır
Bəxtimin şəklini, bilmirəm niyə,
Qara karandaşla çəkibdir Allah.
Bəlkə də başqa rəng olmayıb deyə,
Bəlkə bilə-bilə seçibdir, vallah.
***
Görən, xoşbəxtliyin rəngi nə rəngdi,
Görən baharını kəsirmi ayaz.
Mənim taleyimin rəngi qaradır,
Mənim həsrətimin rəngi bəmbəyaz.
***
Dönüb fəsillərin şaxtası, qışı,
Mənim qismətimin yayına qondu.
Görən, səadətin qanadlı quşu,
Hansı bəxtəvərin payına qondu.
***
Vüsalım bürünüb gecə cildinə,
Hicranım gündüzün günəşli üzü.
Bir ovuc xoşbəxtlik düşmür əlinə,
Elə bil kor olub bəxtimin gözü.
***
Nə deyim bu bəxtə, bu taleyə mən,
Ac qurd tək, ömrümü yedi, taladı.
Mənim həsrətimin alnı ağappaq,
Mənim taleyimin üzü qaradı.
Sən məni bu yaşda sevə bilməzsən
Könlünün ağzından süd qoxur hələ,
Körpə arzuların qalmasın yalqız.
Bu eşq kimlər üçün qurmadı tələ,
Sən nə tez düşmüsən eşqə gözəl qız.
***
Bu yolun enişi, yoxuşu vardır,
Gözlərin yollarda qabar bağlayar.
Gör neçə ölünün qoxusu vardır,
Bu yollar ətrini səndən qoparar.
***
Hələ ümidində bitməyib çiçək,
Hələ qönçələrin mehdən titrəyir.
Darayar saçını hər əsən külək,
Sənin saçlarına heyifim gəlir.
***
Gəl mənə bu qədər eyləmə meyil,
Sönməsin bəxtinin yanan ulduzu.
Nə mən İmam deyil, Peyğənbər deyil,
Nə də sən deyilsən qurbanlıq quzu.
***
Deyirsən, “mən səni sevirəm, səni,”
Sən məni bu yaşda sevə bilməzsən.
Heç mənim sevdiyim sevmədi məni,
Məni kim sevdi ki, sən də sevəsən.
Mən şair deyiləm, axı əzizim
Səni xatırladır, hər yağan yağış
Əsirəm, islanmış bir yarpaq kimi
Necə ki hər dəfə yağışdan sonra
Torpağın yayılır aləmə ətri
Sənə ağlayanda eləcə mənim
Pencəyim, köynəyim, nə bilim daha
Büst bütün bədənim
sən qoxur mənim
***
Axı mən sıradan, avamın biri
Mən sənə nə deyim daha, ay ömrüm
Mən, nəğmə deyiləm, oxunum sənə
Sənçün yazılardım, şeir olsaydım
Mən şair deyiləm əzizim
Sənə…..
Gör nələr yazardım
Şair olsaydım
Gəl sənə dərdimi gecə anladım
Mən şair deyiləm, axı əzizim
Dərdimi mən sənə necə anladım?
Darıxıram
Qaçdım sənsiz gündüzlərdən,
Gecə-gecə darıxıram.
Bir Allahım bilir ki, mən,
Necə, necə darıxıram.
***
Dönük çıxdın qismətinə,
Peymanına, öz əhdinə.
Səni qəlbimin əyninə,
Biçə-biçə darıxıram.
***
Fikirlərim yenə sürgün,
Bax, yenə də yada düşdün.
Göz yaşımı süzüb hər gün,
İçə-içə darıxıram.
***
Xəbər deyim, sənə məndən,
Saçlarıma düşübdü dən
Sən gedəli bu şəhərdən,
Küçə-küçə darıxıram.
***
Darıxmışam sənsiz, yaman,
Sınıxmışam xeyli, inan.
Bir də gördün bu dünyadan.
Köçə-köçə darıxıram.
Unudulmaq qorxusu
Bir gün ölüb gedərəm
Bir qışın ortasında
Unudacaq baharım
Yazım unudar məni
Ən uzağı ilimdə
Bəlkə də lap qırxımda
Oğlum unudar məni
Qızım unudar məni
***
Ya bəlkə də oğlumun
Toy günü düşdüm yada
Ya da bəlkə də qızım
Gəlin köçüb gedəndə
Ağlayar salar yada
***
Biraz anam kövrələr
Biraz bacım kövrələr
Yenə unudacaqlar
Yenə deyib gülərlər
***
Yığışıb qohum, tanış
Toylarına gələrmi
Ata xeyir duasın
Eşitməyən bəs qızım
Xoşbəxt ola bilərmi
***
Gəzəcəkdir gözləri
Atasını anası
Yəqin qardaşım olar
O toyda qız atası
***
Olarmı bir şəriki
Dərdinə, acısına
Bəlkə atasız oglum
Özü ata olacaq
Atasız bacısına
Səni unutmağa, axı nə var ki
Sən Allah deyilsən
o dünyada da
Yapışıb yaxamdan, durasan mənim
Elə düşünmə ki, çox da çətindir
Səni unutmağa axı nə var ki…
Bir stol! Bir lüstür! Bir metrə kəndir.
Bir də daxmamızın tavanı bəsdir
***
Səni unutmağa axı nə var ki…
İstəsəm ağacın bir budağında
İstəsəm evimin tozlu damında
İstəsəm bir acı,
bir dərman kimi