Genel

MƏN TÜRKƏM – Damət Salmanoğlu

Nazım AHMETLİ

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

MƏN TÜRKƏM

Mən Türkəm, Türk oğluyam!

Cəsur Oğuz boyundanam.

Yaradanım uca Allah,

dinim islam,

Peyğəmbərim Məhəmməddir, sübhənallah.

Qəlbimdə var,

Əli eşqi,

Əli rəhmi.

İnsanlığa hörmətim var.

Gözlərimdə, ruhumda var,

Düşmənlərə, yağılara, yada qarşı bir şir fəhmi.

Böyük Türkün yaranışdan,

Hökmü olub ağır zəhmi.

Bilir dünya, bilir aləm,

Türk milləti yenilməzdir!

Şanlı, şöhrətli bayrağı, 

Zirvələrdən enilməzdir!

Türk millətin sevməyənlər,

Min bir oyun, hiylə ilə,

İşğal etdi vətənimin bir parçasın.

Öz yurdundan köçkün oldu, 

Minlərlə bacım, qardaşım.

Əsir düşdü dağım, dərəm,

Körpələrim pərən-pərən.

Çox deyildi:

“Havalanmır Xanın səsi,

Qarabağın şikəstəsi.”

Qarabağım!

Danılmaz and yerim mənim.

Cənnətisən Azərbaycan millətinin.

Günəş doğdu!

Sonu çatdı indən belə zülmətinin!

İgidlərə, ərənlərə hücum əmri verilən an,

Uğurunda can verdilər,

Qan tökdülər.

Sinən üstən qırx dörd günə,

Zəfər adlı yol çəkdilir.

Bu yol səni birləşdirdi,

Otuz illik keçmişinə.

Bu yol səni azadlığa aparan yol,

Bu yol səni əsarətdən qoparan yol.

Bu yol keçib Zəngəzurdan,

Həsrətləri kül edəcək,

Yandıracaq.

Bu yol sənin dostlarını sevindirib,

Düşmənini sındıracaq. 

Türk oğluyam! Şəhid olub, uğurunda versəm də can,

Biləcəm ki, 

Sən bütövsən, sən azadsan, Azərbaycan!

UNUTMAQ İSTƏDİM SƏNİ 

Unutmaq istədim səni,

Saçlarıma düşən dəndə.

Çilik-çilik arzularım

dedi: Günah yoxdu səndə..

               ***

Səndən qalan xatirə də,

Yetim-yetim mənə baxır.

Yaşı donur gözlərində,

Kövrəldikcə məni sıxır.

               ***

Həsrətimlə qucaqlaşıb,

Hərdən həmsöhbət oluram.

Baş qoyanda dizlərimə,

Ətrini ondan alıram.

21.10.2022

HAYDI ULU TÜRKÜM

Yenə də, qəlbinin sarı simləri,

Azadlıq uğrunda qoşa ötüşüb. 

Səslənir hər yanda zəfər türküsü, 

Haydı, ulu türküm, zaman yetişib! 

                 ***

İlahi qüvvədən bir mesaj alıb,

Keçilməz sədlərdən izini salıb,

Mübariz-Poladlar sələfin olub, 

Haydı, ulu türküm, zaman yetişib! 

                 ***

Sən türksən! Bu sənin böyük uğurun, 

Düşməni əzibdir dəmir yumruğun.

Sənə kəm baxanın kəs quyruğunu, 

Haydı, ulu türküm, zaman yetişib! 

                 ***

Çəkin sinənizə Vətən ətrini, 

Dəlin sinəsindən həsrət çətrini. 

Yazın tarixlərə zəfər sətrini, 

Haydı, ulu türküm, zaman yetişib! 

                 ***

Təbrizə azadlıq izi salınsın,

Hər yerdə turanın marşı çalınsın. 

Körpə məzlumların öcü alınsın,

Haydı, ulu türküm, zaman yetişib!

YAZAMMIRAM QAYIT GƏL

Çəkilib səssizliyə,

Sənə məktub yazıram..

Qurduğum cümlələrdə,

Misra-misra azıram…

               ***

Yazıram, axtar məni,

Söhbətində, sözündə.

Həyatın xoş üzünü,

Görüm sənin gözündə..

               ***

Nə edim, yazammıram,

Ayrılıq kəlməsini.

Qaytar, özümə qaytar,

Yaşamaq həvəsini.

               ***

Yollarına baxıram,

Həsrət yağışı yağır.

Ümidlərim çırpınır,

Darıxıram mən fağır.

              ***

Yazammıram bağışla,

Yazammıram qayıt gəl. 

İllərdir mürgüləyən, 

Ürəyini oyat, gəl…

25.01.2023

YAĞIŞ DAMCISI

Dənizin qoynunda sürünür bulud,

Deyəsən bu axşam yağış yağacaq.

Dalğalar əl açıb göylərə sarı,

Sanki yağış ilə qucaqlaşacaq…

                   ***

Mənə bu mənzərə çox xatırladır,

Sənin saçlarına yağan yağışı.

Sənli xatirələr sənsiz bu axşam,

Yenə pıçıltıyla səndən danışır..

                   ***

Bəlkə də, həsrətin göz yaşlarıdır,

Göylərdən süzülən yağış damcısı.

Əsən küləklər də təcəssümüdür,

Sənsiz günlərimin ağrı-acısı.

01.02.2023

ÖZÜMÜN SINAĞIYAM

Yenə xəyallarım gəzib-dolanır,

Artır bir yarpaq da xəzan bağında,

Kədərlə sevincim əl-ələ tutub,

Ömrümün, günümün müdrük çağında.

                      ***

Dərdə məğlub olan qara saçlarım,

Sanki bir-birini məzəmmət edir.

Gözümün önündən keçən günlərim,

Kino lenti kimi fırlanır, gedir..

                      ***

Dünən uşaq idim, heç düşünməzdim, 

Sabah qocalığın qonağıyam mən.

Özgə sınaqları ötüb keçsəm də,

Özümün cavabsız sınağıyam mən. 

                      ***

Hanı sevgi dolu gənclik illərim?

Mən onu harada itirib gəldim.

Axı bu yaşa da boş gəlməmişəm,

Ümid qatarımı ötürüb gəldim. 

                      ***

İndi bir arzum var, son mənzilimə,

Əməl karvanımı doldurub gedim.

Bilmədən kiminsə qəlb bağçasına,

Əkdiyim tikanı soldurub gedim.

 05.03.2023

ARZULAR

İlahi, Vətənin bütövlüyünü,

İzn ver yenidən görüm yaşayım.

Gülüstan bağının çıxım seyrinə,

Lalə-nərgizini dərim, yaşayım.

                       ***

Keçdiyim yerlərin yol işarəsi,

Öz ana dilimdə yazılsın yenə.

Necə ki, pozmuşduq əsrlər öncə,

Düşmənin niyyəti pozulsun yenə.

                       ***

Ərdəbil həsrətim çatsın sonuna,

Dərdi savalanda əsarət edim.

Gözləri yol çəkən babalarımın,

Məzar daşlarını ziyarət edim.

                       ***

Astara adında iki şəhərim,

Birləşib təklənsin əvvəlki kimi.

Sevinc göz yaşlarım süzülüb axsın,

Xəstə Urmiyanın olsun həkimi.

                       ***

Duyum şah babamın ayaq səsini,

Gəzim Təbrizdəki xiyabanları.

Qayıdım altı əsr keçmişə sarı,

Xəyalda yaşayım ötən anları.

                      ***

Həmədan, Vərziqan, Əhər Zəncanım,

Ulu Türk soyumun məkanı olub.

Germi, Xoy, Qaradağ, Heran, Əcəbşir,

Ustad aşıqların dastanı olub…

                     ***

Ucalıb göylərə salam yetirsin,

Bayrağım bəzəsin daş qalaları.

Şəhriyar şeirini ana dilində,

Söyləsin yurdumun şən balaları.

                     ***

Bunu hər kəs bilir, zaman yetişib,

Dünyanın hakimi Türk olacaqdır!

Bizim qılıncımız çıxsa qınından,

Düşmənin gözünə qan dolacaqdır!!!

13.03.2023

TAYYİB ƏRDOĞAN 

Sən, ey zəmanənin yücə lideri,

On dörd mayısda da, qalib olacan.

İslam sancağını ucaldıb göyə,

Kafirin canına lərzə salacan.

Bilirəm, qalibsən, Tayyib Ərdoğan.

                     ***

Soysuz baş qaldırar, namərd çoxalar, 

Sən getsən dünyanın dəngi pozular.

Pərən-pərən olar Turan birliyi, 

Türküm nərə çəkməz, cəngi pozular,

Bilirəm, qalibsən, Tayyib Ərdoğan.

                     ***

Atalar düz deyib bunu əzəldən,

Yaxşılıq etdikcə ucalır insan. 

Çox yaşa, ey türkün xilaskar oğlu,

Tək sənə yaraşır bu böyük ad-san, 

Bilirəm, qalibsən, Tayyib Ərdoğan. 

                     ***

Yanında dayaqdır Dövlət Bağçalı,

Qardaşın bir yanda, dostun bir yanda.

Dünyanın xoşbəxti özüm olacam,

Qalib olduğunu bilib-duyanda.

Bilirəm, qalibsən, Tayyib Ərdoğan.

                     ***

Azəri türkləri yanındadır, bil,

Amalın, əqidən mübarək olsun!

Arzumdur, başqanım, dünya bağında,

Dostun pöhrələnsin, düşmənin solsun.

Bilirəm, qalibsən, Tayib Ərdoğan.

02.04.2023

BÜTÖV AZƏRBAYCAN QURULACAQDIR

Mən qürur duyuram öz Vətənimlə,

Hər dağı, hər daşı tarixim, izim.

Ulu babalardan əmanət qalıb,

Göyçəm, Ərdəbilim, Bakım, Təbrizim.

                      ***

Çəkmir baxışlarım yol Qarabağa,

Qalıb əsirlikdə Vətən torpağı.

Hələ bütöv deyil Azərbaycanım,

Hələ dalğalanmır Turan bayrağı.

                      ***

Bağlıdır Dərbəndin dəmir qapısı,

Zəngəzur mahalı bizi çağırır.

Necə böldülərsə əsrlər boyu,

Vətənin özündən dərdi ağırdı.

                      ***

Savaş meydanıdır o tay, bu tayın,

Arazın suları Şəhid qanıdır. 

Hər il “Türkmənçayda” boğuluruq biz,

Hər yer bu Vətənin “Gülüstanıdır”

                      ***

Bir gün çəkiləcək qara buludlar,

“Kürəkçay”, suların durulacaqdır.

Babam Xətainin təməli üstə,

Bütöv Azərbaycan qurulacaqdır.

HAQQIN SƏSİDİR

 “Səxavətli olun”, demiş babalar,

Yetimin, yesirin əlindən tutun.

Dodaqdan çıxdısa o sənin deyil,

Sözü sahibinin dilindən tutun.

                    ***

Dünyanın malına uyan insanlar,

Özünə edərlər qəsd-qərəzini.

Yaxşılıq pisliyin kəffarəsidir,

Movlam nizamlayar daş tərəzini…

                     ***

Düşünmə gün ötüb gələcək sonu,

Hər günün özünün tarix yaşı var.

Nə qədər qaçsan da, ey insan oğlu,

Məzarın üstündə əhlət daşı var…

                     ***

Namusla yaşayan vicdanlı insan,

Yenilməz nəfsinə, cənnət bəsidir.

Səsini özündən uca sayanlar,

Dünyada bir səs var, Haqqın səsidir.

10.05.2023

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest