GenelGüncelKültür SanatTürk Dünyası

Səma Muğanna “Zəfər tarixi” esse Olimpiadasında final mərhələsində 1-ci yerə layiq görülüb

Gənc yazıçı, Bakıdakı 189 – 190 N-li tam orta məktəbin on birinci sinif şagirdi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Səma Muğanna Azərbaycan Respublikasının Qeyri-Höküməti Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığıı ilə Bakı İnsan Hüquqları Məktəbinin məktəblilər arasında “Zəfər tarixi” esse Olimpiadasında final mərhələsində 1-ci yerə layiq görülüb. 500 iştirakçının qatıldığı bu olimpiadada 40 nəfərin final mərhələsində seçilməsində  birinci yer tutan Səma Muğanna bizi də qürurlandırdı. Gənc yazıçı Səma Muğannanı ürəkdən təbrik edirik!

                                  Nazim Əhmədli

        Səma Muğanna

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, gənc yazıçı

 Zülmətdə parlayan zəfər tarixi

   Soyuq əsən rüzgarda, əslində, hərarət də hiss olunurdu. Bu gün küçələrdəki işıqlar sönmüş, qaranlığa boyanan kainata sanki işarə verilmişdi. Bu gün susmaq vaxtıdır! Bu sükutun içində insanlar, vətən torpağındakı yurd-yuva salan bütün varlıqlar indi susublar.

   Sükut insana bənzəyir. Bəzən bir ayaq iziylə qaçıb gedən, bəzən isə son yarpaqlarını tökən yarpaq kimi itgin düşən.

     Sentyabr ayında tökülən yarpaqlar, sanki bir insan ömrünü oğurlayır. Oğurlanan nə insan vücudu, nə də elə insandır. Ürəyinə dağ basıb, həsrətlə yol gözləyən ata-anaların, vüsal qoxan sevdalıların eşqi, bacıların “qardaşım,baş tacım!” -söyləməsi idi.

     Sanki müharibənin başlandığı gün artıq bəlli idi. Küçələrdə işıqlar sönmüş, hətta göy üzünün elçisi olan Tanrı da qeybə çəkilmişdi. Bu sükutdan qorxan insanlar evlərindən bayıra çıxmır, hər an, hər dəqiqə fırtınanın partlayacağını elə bil hiss edirdilər.

     Sentyabr payızdır, solan yarpaqlardır, amma bir insan ömründən qopan hər dəqiqə kimi acımasızdır. Bilirsiniz niyə? Çünki bu yarpaqların hər ağacdan düşəndə ağacın budaqlarındakı nəfəs ondan yavaş-yavaş uzaqlaşır. İnsanın yaşaması üçün nə lazımdır? Nəfəs! Nəfəs dediyim, nəfəs alıb-vermək deyil! Vətən torpağında yurdun qoynunda saçlarına sığal çəkən göyərçinlərin, od baxışlı qartalların sənin arxanda dağ kimi dayanmasıdır! Həyatı doya-doya yaşamaq deyil, həyatla danışmaqdır “nəfəs!”

    Bu gün bütün varlıqların sükuta qərq olması, Tanrının qeybə çəkilməsi Ramizi də çox incidirdi. İgidin ürəyində vətənin parça-parça olan torpaqlarının acısı, qaysaq bağlayan yaraları onu daha da yerlə yeksan edirdi.Ey insanlar, ey Azərbaycanın övladları, “can Vətən, can igid qardaşlarım!” deyərkən sızlayan ürəyinizə əlinizi qoyub deyin! Anam,torpağım,yurdum, var-dövlətim, Vətən! Sənə and verirəm, əzəmətinə, vüqarına ki, sənin əzəmətin heç bir yerdə yoxdur! Necə söylərdi Əliağa Kürçaylı:

                            Bəlkə, buna görə əzəmətlisən-

                           Nəyin var  vermisən əsirgəmədən!

                          Sən bir ana kimi səxavətlisən,

                          Anam Azərbaycan, Vətən, can Vətən!

  Vətən anadır, candır, nəfəsdir! Ramizin də ürəyini sızladan elə bu idi! Artıq müharibə başlamışdı və o yola çıxmağa hazırlaşırdı. Sevgilisi Gülbənizə əlvida demədən gedəcəkdi. Bəlkə də bu son, bəlkə də sonsuz idi. Qarış-qarış torpaqlarda gəzmək qismət olacağı üçün  Ramiz yaşamağı sevirdi! Son dəfə anasına sarılmadan gedəcəyi üçün çox darıxırdı. Sevdalısının gözlərinə baxıb, “sən anamsan, sən də yurdum-yuvamsan!”  demək üçün necə həsrət çəkirdi. O deyirlər ha, “burnumun ucu göynəyir” baxın elə.

   Niyə Ramiz ailəsi ilə görüşə bilmirdi? Müharibəni küçədə olanda telefonuna zəng gəlmişdi. Dostu “getməliyik,həm də təcili”- demişdi. Ramiz isə bilirdi ki,anası və nişanlısı onun getməyinə izn verməyəcək. Ana ürəyidir axı,dözməz! Bu səbəbdən evə  getmədi. “ailəmi görərsəm, bu ayrılıq çətin olar” -demişdi. Bu ayrılıq nə idi axı?

    Ayrılıq insanın tanımadığı yad küçələrdə gəzəndə boşluqda itgin düşməsi kimidir…

  Sanki hiss edirdi ki, bu ayrılığın qoxusu acıdır. Bəzən ayrılıqlar bizi şirin yalan kimi aldadar, amma qoxusu, dadı da acıdır, hətta zəhərlidir. Bu zəhər ilan kimi insan bədəninə sarılıb bax beləcə bir insan ömrünü çalar…

    Qırğın,qiyamət demədən başlanan müharibədə artıq minlərcə şəhid vermişik. Görəsən, indi anamgil necədir? -deyə düşünən Ramiz cəbhədə ən gərgin və ən təhlükəli yerdə düşmənlə qarşı-qarşıya idi.

      Düşmən də ilan kimi zəhərini təkcə insan bədəninə deyil,onun ürəyinə tökür… Ramizin ürəyi kimi neçə igid oğullarımızın  ürəkləri oğurlandı?! Kaş  onların ruhunu yanımızda saxlaya bilsək, yalnız ovuclarımızdan axıb tökülən qan olaydı… O qan da düşmənin vücuduna sovrulub əcəli olardı!

      Tanrının qeybə çəkilməsinin səbəbi bəlli oldu..Ramiz düşmən qülləsi ilə arxadan vuruldu. Yoldaşlardan biri onun çox qan itirdiyini görüb yaranın üstünə basdı. Ramizin son sözü bu oldu:

-Nə qədər ki,  vücudumdakı qan axıb getməyib, o qanımı alıb düşmənə zorla içirdin!  İçirdin ki, axan qanımda da nifrətimin zəhəri o məxluqların vücuduna yayılsın! Vücuda yayılan qan onun əcəlidir! Biz ölməyəcəyik, mən də ölməyəcəm! Vücudumdan ayrılan yalnız ‘işığım”  olacaq! Onun da Tanrının qollarına qaçıb gizlənəcəyinə əminəm. Ürəyimi isə Gülbənizin əllərinə verin! Deyin ki, Ramiz Vətən torpağına savaşmaq üçün deyil, ürəyinin qanını, canını, evini məxluqlardan almaq üçün getdi və şəhadətə ucaldı! İndi Tanrının yanında olanda məndən nigaran qalmasın…

     Son xatırladığım isə Gülbənizin Ramizin al qana boyanan parçalanmış ürəyini sinəsinə sıxıb hayqırması idi. Baxın o gün bütün sükuta qərq olan insanlar Gülbənizin harayı, Ramizin anası Zərifənin fəryadına yuxudan oyandı…

 Torpaqlarımız işğaldan azad olunsa da,neçə canı itirən bu Vətən illər sonra qovuşduğu torpağın sevgisini doya-doya yaşaya bilmir, çünki neçə ürək, neçə can məxluqların əsirinə çevrildi.Zəfərini yaz, Azərbaycan, Vətənə isə şəhidlərimizin uyuduğunu söylə…

     Bir neçə ay sonra…

  Gülbəniz Ramizin “yuxu evini” ziyarət etməyə gedəndə evin üzərində məktub gördü. Gənc qız heç vaxt qıyıb məzar daşı sözünü işlətməzdi. Məktubu görəndə isə donub qaldı, həmin yerdəcə göz yaşları damla-damla kağızın üzərinə axdı. Əlləri titrəsə də, kağızı açıb oxumağa çalışdı:

   27 sentyabr 2020-ci il…

   İndi bilirəm ki, sən yenə məzar daşımın üstündə göz yaşlarına hakim kəsilə bilmirsən. Bu göz yaşları sel-su olub gedəndə axı sən mənim əmanət etdiyim ürəyi necə qoruyub saxlayacaqsan, gülüm? Gülbənizim, gözümün nuru, göy üzünə diqqətlə bax, mən səni görürəm. Sən bilirsənmi hər dəfə göz yaşı tökərkən “yuxu evini” də incidirsən? Axı o istəməz ki, sənin göz yaşlarına şahid olsun…

  Sənə olan sevgim Tanrı sevgisidir. Tanrının qollarında rahat uyuyuram. Bu məktubu sən oxuduğunda, əlbət ki, mən burda olmayacam, amma bu “yanında olmayacam”  sözünü deməkdən dəhşətli nə ola bilər?  Düşünürəm, amma cavabını tapa bilmirəm. Bax, Gülbənizim, Vətən də bizi kimidir. Onun da canı,ürəyinin parası torpaqlarıdır. Vətən bizə sevməyi öyrətdi! Vətən bizə qüdrətini,əzəmətini anlatdı! Nolar, yalvarıram sənə, gözlərindən axıtdığın göz yaşları ürəyimi parça-parça edir. Al əmanətimi və indi get. “Yuxu evinə”  nə zaman istərsən, gəl. Biz bir gün görüşəcəyik, gülüm!

                                                İmza: Ramiz

-Bir gün Vətən torpağına Zəfər bayrağını sancıb, ürəyimin qanıyla düşmənin gözünü kor edəcəm! -deyib “Yuxu evini” (məzar daşı) sığallayıb getdi.. Gözləri yol çəkən sevdalı yarın ürəyinin parası zatən ruhunda idi. Əlvida deyilən yalnız Ramizin vücudu idi..Ürəyi deyildi axı…

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest