GenelGüncel

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN İLK HƏRBİ NAZİRİ – XOSROV BƏY SULTANOV

XOSROV BƏY SULTANOV

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN İLK HƏRBİ NAZİRİ 

XOSROV BƏY SULTANOV

Təxminən 120 ilədək davam  edən   Rusiya  əsarətindən  xilas  olan Azərbaycan  xalqı 1918-ci il mayın 28-də Şimali Azərbaycanda yeni müstəqil dövlət yaratmağa   müvəffəq  oldular. Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycanın  ayrılmaz tərkib hissəsi olan  Qarabağın   bütün tarixi ərazisindəöz siyasi  hakimiyyətinin bərqərar edilməsinə çalışırdı. Azərbaycan Xalq Cümhuriyyətinin sülhsevər siyasətinəbaxmayaraq, ermənilər Qarabağda hakimiyyətə nail olmaq üçünəvvəllər başladıqları soyqırımı   siyasətini davam   etdirirdilər.1918-ci ilin yayından başlayaraq Ermənistanın daşnak hökuməti  Zəngəzur bölgəsində Andronikin, Njdenin, Dronun quldur dəstələri vasitəsilə  dövlət   səviyyəsində  dinc əhali kütləvişəkildə məhv  edilmiş, kəndlər yandırılmış, tikililər və milli-dini abidələr dağıdılmışdır. Cümhuriyyət   hökuməti yaranmışvəziyyəti nəzərə alaraq, 1919-cu il yanvarın 13-də “Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarına general-qubernator təyin edilməsi haqqında” qərar qəbul etmişlər.  1919-cu il yanvarın 15-də Milli Şuranın  iclasında qəzalara müvəqqəti general-qubernatoru vəzifəsinə əslən Qarabağdan olan, bu əraziyə və  onun  əhalisinə yaxşı bələd olan  Azərbaycan  Cümhuriyyətininilk yaradıcılarından və onun birinci hökumətində hərbi nazirolmuş  Xosrov bəy Sultanov təyin edilmişdir.

             Xosrov bəy Sultanov 1879-cu ilin may ayında Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin, Qasımuşağı obasının Qurddağı kəndində ( Laçın rayonu) anadan olmuşdur. Gəncə gimnaziyasını bitirdikdən sonra  Odessada  ali tibb təhsili almış Xosrov bəy 1918-ci ilin 28 mayında  Müsəlman  Şərqində ilk  dəfə olaraq  Azərbaycan  ərazisində  demokratik dövlət olan  Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından və İstiqlal bəyannaməsinə imza atan 26 ictimai-siyasi xadimdən biriolmuşdur. O, Xalq  Cumhuriyyətinin həmin gün təşkil edilmiş birinci hökumət kabinetində hərbi nazir postunu tutmuş və Zaqafqaziya Seyminin və   Azərbaycan  Xalq Cümhuriyyəti  Parlamentinin  üzvü olmuşdur.

Azərbaycan Cümhuriyyətinin qurulması ilə uzun illər Azərbaycan türklərinin ağır yükünü öz çiyinlərində daşıyan şəxsiyyətlərdən biri olaraq Xosrov bəy Sultanovun çox ağır bir fəaliyyət dövrü başlayır. O həkim olsada, milli hökümətdə tutduğu vəzifələri ilə çox məsuliyyətli məqamlarda dayan¬mışdı. İlk hökümət kabinəsində hərb naziri olan Xosrov bəy 1918 il iyunun 17-də Gəncədə Fətəli Xan Xoylunun təşkil etdiyi 2-ci hökumət kabinəsində  əkinçilik naziri təyin olunmuşdu. 1918-ci ilin dekabr ayında təşkil olunmuş, Xan Xoylunun 3-cü və sonuncu rəhbərlik etdiyi kabinədə Xosrov bəy Əkinçilik və dövlət əmlakı naziri təyin olunur. Xosrov bəy 1918-ci ilin son 6 ayı ərzində 3 dəfə nazir təyin olunur və Xan Xoylunun rəhbərlik etdiyi bütün kabinələrdə təmsil olunur.

1918 ilin yayından başlayaraq Ermənistanın daşnak hökuməti Zəngəzur bölgəsində Andronikin, Njdenin, Dronunquldur dəstələri  vasitəsilə   dövlət   səviyyəsində  azərbaycanlılara qarşı  soyqırımı siyasətini  həyata keçirməyəbaşlamışdır. Azərbaycan  Xalq  Cümhuriyyəti  hökumətinin 29  yanvar 1919-cu il  tarixli qərarı ilə Şuşa, Zəngəzur,  Cəbrayıl və Cavanşir qəzalarında Qarabağ general-qubernatorluğunun təsis  edilməsi və Xosrov bəy Sultanovun general-qubernatoru vəzifəsinə təyinatını Ermənistan hökuməti  tərəfindən narazılıqla qarşılanmışdır.  Çünki, Zəngəzur və Qarabağın   erməni-daşnak quldur qüvvələrindən  təmizlənməsində və həmin bölgələrdə əmin-amanlığın yaradılmasında Xosrov bəy və onun qardaşı  Sultan bəyin müstəsna   xidmətləri   olmuşdur. Bu qardaşların  ermənilərə qarşı mübarizə apardığını yaxşı bilən ermənilər, erməni    mətbuatı və Xarici İşlər Nazirliyi bir çox dövlətlərəmüraciət edərək  öz narahatlıqlarını bildirmiş, hətta   onlar Qarabağ general-qubernatorluğunun ləğv olunması üçün xarici  havadarlarından kömək  istəmişlər. Buna cavab olaraq 1919-cu il iyunun 18-də Azərbaycan   Xarici İşlər Nazirliyi Azərbaycanhökumətinin   Qarabağdakı  fəaliyyətinə  erməni   hökumətinin  müdaxilə  etməsinin  yolverilməz olduğunu bildirən  təcili  diplomatik məlumatı Azərbaycanın  Ermənistandakı  diplomatik nümayəndəsi M. X. Təkinskiyə ünvanlamışdır. Həmin  təcili  diplomatik  məlumatda  qeyd  edilirdi:                         “Ermənistan  hökumətinə  bildirin  ki, Sultanov 1919-cu il yanvarın 15-də Azərbaycan hökumətinin qərarı ilə təyin edilmişdir. X. Sultanov Azərbaycanın şübhəsiz ayrılmaz hissəsi olan Şuşa,  Zəngəzur, Cəbrayıl və  Cavanşir qəzalarının general-qubernatoru   kimi müttəfiqlərin komandanlığı  tərəfindənaprelin 3-də rəsmi olaraq tanınmışdır. Bu səbəbdən erməni hökumətinin  Sultanovun fəaliyyətinə və yaxud Azərbaycan qoşun hissələrinin Qarabağda olmasına dair etirazları  Azərbaycan Respublikasının   daxili işlərinə müdaxilə   kimi qiymətləndirilir və bunun müzakirəsinə yol verilmir. Şuşa rayonunda  baş  vermiş    iğtişaşlara gəldikdə isə qeyd edirik  ki, general-qubernatorun gördüyü ciddi tədbirlər nəticəsində nizam-intizam bərpa edilmiş və həyat məcrasına  düşmüşdür.”

X.Sultanov Qarabağın general-qubernatoru vəzifəsinə başlayarkən ünvanladığı müraciətdə başçılıq edəcəyi qurumunfəaliyyəti haqqında xalqı bilgiləndirdiyi 1919-cu ilin 11 fevralında “Azərbaycan” qəzetində çap olunan yazı belə adlanırdı: “Müvəqqəti general-qubernator X. Sultanovun Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzalarının əhalisinə müraciətində yazılırdı: “Azərbaycan hökumətinin yanvar ayıqərarı ilə Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzaları xüsusigeneral-qubernatorluğa ayrılmışdır. Bu fövqəladə tədbirlər fövqəladə vəziyyətdən irəli  gəlmişdir. Azərbaycanın təqribən yarısında, onun ən yaxşı hissəsi – 4 qəza – artıq bir ilə yaxındır ki, anarxiya ucbatından dağılır. Şəxsi firavanlığı yüksək ideal sayan məsuliyyətsiz elementlərin rəhbərliyi altında olan bandalar diyarı viranə qoyur; kəndləri yandırır, əhalini qırır, on minlərlə yurdsuz-yuvasız qadın və uşaq qaçqın düşmüşdür, yuxarıda göstərilən elementlər milli ədavət yayırlar. Əhalidənümumi siyasi vəziyyət gizlədilir. Bu şəxslər öz şəxsi mənafelərini güdür, öz cəhdlərini partiya ideya forması donuna salırlar”.

X. Sultanov general-qubernator vəzifəsinə başlayanda bölgədə acınacaqlı durum var idi. O, 1919-cu ilin fevralında Şuşaya gələrək, vəzifəsinin icrasına başladı. Azərbaycan hökumətinin qəti addımlarından narahat olan Ermənistan belə bir şəraitdə Dağlıq Qarabağa açıq iddia ilə çıxış etdi. Ermənistan  Respublikasının etirazına, ingilis və  amerikanlarla gərgin münasibətlərə baxmayaraq, Qarabağda qarşıya qoyulan vəzifələrin həlli sahəsində mühüm işlər görüldü. Ermənilər isə Qarabağda etnik təmizləmə siyasətini davam etdirməyə cəhdgöstərir, Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarındaazərbaycanlılara qarşı aramsız olaraq qırğınlar törədirdilər. General-qubernator X.Sultanov separatçılara qarşı qətiyyətlə mübarizə aparırdı.

X. Sultanovun 1919-cu ilin fevralın 15, 16, və 17-də qəza rəisləri və ictimai  xadimlərinin iştirakı ilə  keçirdiyi ümumbölgə müşavirəsində məlum olurdu ki, indiyədək Zəngəzurda 166 kənd dağıdılmış, onların əhalisinin 30 faiziməhv edilmişdi. Qarabağda və Zəngəzurda erməni-daşnak quldur qüvvələri əmin-amanlığın pozulması istiqamətində ciddi-cəhdlə  öz fəaliyyətlərini  davam  etdirməsinə  baxmayaraq, Azərbaycan hökumətinin və Xosrov bəy Sultanovun rəhbərliyi ilə  Qarabağ Qubernatorluğunun həyata keçirdiyi əks tədbirlər  nəticəsində  erməni-daşnak quldur qüvvələrinin təcavüzkar fəaliyyətlərinin qarşısını almaq mümkün  oldu. Lakin 1919-cu il  martın 21-də quldur erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə keçid olan Əsgəran keçidini ələ keçirə bildilər. Amma Xosrov bəyin başçılıq etdiyi Azərbaycan əsgərləri  daşnak generalı Dronun quldur dəstələrini darmadağın edərək  Xankəndi və Şuşanı geri aldı.

X.Sultanovun başçılığı ilə keçirilən digər əməliyyatda isə(1919-cu ilin iyununda) Şuşaya gizli yolla silah aparan ermənimilli şurasının üzvləri həbs edilərək Qarabağ ərazisindən çıxarılmışdı. X.Sultanov Qarabağda daşnak Andronik başda olmaqla, erməni quldur dəstələrilə amansız mübarizəyə başladı, təhlükəli yerlərdə milli ordunun əsgərlərindən ibarət mühafızə dəstəsi yaratdı, erməni milli şurası üzvlərinin Azərbaycandan çıxarılmasına  nail oldu. Azərbaycan hökumətinin  hərbi və diplomatik   tədbirləri nəticəsində martın  axırlarında – apreldə ermənilərin Qarabağdakı düşmənçilik fəaliyyətinin qarşısıalındı. 

Həmin mübarizənin nəticələrindən biri  idi ki, 1919-cu il iyunun 5-də erməni milli şurasının qatı  irticaçı üzvləri ingilis komandanlığı   nümayəndəsinin müşayiəti ilə Şuşadan Tiflisəsürgün edildi.  Azərbaycan batalyonu iyunun 6-da Şuşanın ermənilər yaşayan  hissəsindəki kazarmalarda yerləşdirildi. Həyata keçirilmiş tədbirlər  nəticəsində avqustun 15-də ermənilər Azərbaycan Hökuməti ilə saziş imzaladılar və onlar ermənilər yaşayan ərazilərin Azərbaycanın tərkib  hissəsi olduğunu qəbul etdilər. 2  sentyabr  1919-cu  il tarixli «Aзербайджан» qəzetində dərc olunmuş məlumatda qeyd edilirdi ki, Şuşikənddə 8 gün  davam etmiş 7-ci erməni qurultayının nümayəndələri Qarabağın general  qubernatoru Xosrov bəy Sultanovun yanına gələrək Qarabağın dağlıq  hissəsinin Azərbaycan hakimiyyətini tanıması haqqında indiyədək həll olunmamış məsələni sülh yolu ilə həll  etməkistədiklərini  bildirdilər. Xosrov bəy Sultanovun yanına qurultay  nümayəndələri   ilə birgə erməni   ruhaniləri də gəlmişdilər. Danışıqlar iki gün davam etmiş və nəhayət danışıqların mətninin aşağıdakı layihəsi əldə edilmişdir:  mövcud toqquşmacərəyanlarının Qarabağda  məskunlaşmış xalqlar üçün fəlakətliolduğunu, Qarabağ məsələsinin  istənilən həllində ermənilər və  müsəlmanların birgə  yaşamalı olacaqlarını nəzərə  alaraq  Qarabağ ermənilərinin  VII qurultayının 15 avqust 1919-cu il  tarixli iclasında Azərbaycan  Respublikası   hökuməti iləmüvəqqəti razılığın əldə olunması haqqında qərar  qəbul  edildi. 26 bənddən  ibarət  həmin  müqavilədə  qeyd  edilirdi: “Qarabağın, Şuşa, Cavanşir  və  Cəbrayıl  qəzalarının  dağlıq  hissəsində  məskunlaşmış  ermənilər özlərinin  Azərbaycan Respublikası ərazisində olduqlarını qəbul edir. Qarabağqubernatorluğu nəzdində  6 nəfərdən: üç erməni və üç  müsəlmandan  ibarət şura  təsis   edilir. Millətlərarası xüsusiyyətlərə malik bütün prinsipial məsələlər əvvəlcə  şurada   müzakirə  edilmədən  həyata  keçirilə bilməz. Qarabağ erməniləri mədəni muxtariyyat hüququndan istifadə edir, Azərbaycan Respublikası hökuməti erməni milli  şurasının fəaliyyətinə  müvəkkil  edilmiş  ermənilər  vasitəsilə  nəzarət edir. Azərbaycan Respublikası hökuməti dağıdılmış  müsəlman  və erməni kəndlərinin tezliklə bərpa edilməsi  işinə yardım göstərir” və s. Beləliklə, 1919-cu ilin yayında Azərbaycan Respublikasının  Qarabağda  suveren  hüquqları  bərpa  edildi. Parisdə olan nümayəndələrə göndərilən məlumatda qeyd edilirdi: “Qarabağ məsələsi  adlandırılan  məsələ  qəti  şəkildə  həll  edildi. VII  erməni  qurultayında  Qarabağ  ermənilərinin  nümayəndələri  Azərbaycan  hökumətinin   hakimiyyətini   tanımaq  barədə  general-qubernator  Xosrov  bəy  Sultanovla  saziş  bağladılar. Azərbaycan   Respublikası  hökuməti Qarabağda normal həyatın bərpa olunması   istiqamətindəmühüm tədbirlər həyata keçirdi.  Öz həyatını xalqa xidmətə sərf etmiş ictimai xadim kimi mən   milli   mənsubiyyətindən  asılıolmayaraq hamıya eyni münasibət göstərməyi, ciddi ədalət   və qanunçuluq mövqeyində dayanmağı hakimiyyətin  borcu sayıram. Azərbaycanın  müstəqilliyi, ərazi toxunulmazlığı, şəxsiyyətin ciddi məsuliyyəti və əmlak toxunulmazlığı – diyarın həyatı bu əsaslar üzərində qurulacaqdır”.

Qarabağda hadisələrin bu yöndə inkişafında Azərbaycan Xalq Cümhuriyyətinə qarşı təcavüzkarlıq planlarını həyata keçirməyə hazırlaşan Sovetlərin və bolşeviklərin ölkə daxilində apardığı pozuçuluq-təxribatçılıq işləri də mühüm rol oynadı.  Aprel işğalı (1920) və Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qarabağ general-qubernatorluğunun fəaliyyətinə də son qoyuldu. Həmin ilin sentyabrında Azərbaycan hökuməti burada yaşayan ermənilərə mədəni muxtariyyət verdi. Xosrov bəy Sultanov Aprel işğalından sonramühacirətdə   yaşamış, “İttihad” partiyasının liderlərindən birikimi   partiyanın xarici ölkələr bürosunu formalaşdırmağa vəittihadçıları bir təşkilat ətrafında cəmləşdirməyə çalışmışdır.

X.Sultanov 1920-ci ilin 27 aprelində Azərbaycan  Rusiya bolşevikləri tərəfindən işğal edildikdən sonra Türkiyəyə getmiş, çətin mühacirət həyatı yaşamışdır. O, Azərbaycanın azadlığı mübarizəsini Türkiyədən başqa İranda, Fransada, Almaniyada davam etdirmişdir. O, 1926-cı ildə Parisdən İrana gedərək, burada İttihadın Tehran və Təbriz komitələrini yaratmışdı.1936-cı ildə Türkiyəyə qayıdan  AXC-nin ilk hərbi naziri və Qarabağın ilk və sonuncu general-qubernatoru Xosrov bəy Sultanov ömrünün son illərində İstanbulda yaşamış, 1943-cü il yanvar ayının 7-də orada dünyasını dəyişmişdir.

Lətafət Beybutova Ələsgər qızı
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”
Elmi Araşdırmalar, Ekspozisiya və Fond şöbəsinin müdiri  

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest