GenelGüncelKültür Sanat

Nazim Nəsrəddinov: İstilərin başımızda tüstüsü

Nazim Nəsrəddinov: İstilərin başımızda tüstüsü

***
Hələ çıxmayıbdır başımdan mənim,
Bu isti gümlərin isti tüstüsü.
Küsdü bir -birindən hər an,dəqiqə,
Artdı relslərin də bir az ölşüsü.

***
Dünya karıxdırdı bütün aləmi,
Gəldi bürkü dəmi,.çaşqınlıq dəmi…
Yağdı Gədəbətdə  dolu sel kimi…
Doluya yüz alqış,min kərə alqış
İstidən ürkməyən ellərə,alqış…..

***
Özünü dənizə ,gölə atan kim,
övşəyətövşəyə çöldə yatan kim…
Belə həngaməni gördün haçan ki,
De ki, möcüzəyıə, sirlərə alqış,
Dözümlü kəslərə,ərlərə alqış..

***
İsti Kanadada oldu qırxaltı,
Yandı oralarda çoxunun zatı,
Moskva görməyib belə büsatı
Orda da söyləndi sellərə alqış,
Düşdü ağızlara, dillərə alqış……
***
Zəng edin Təbrizə,Volqaqrada,
Bir görün necədir hava orada…
Zəng edin doğmaya,zəng  edin yada
Alqış vətən olan hər yerə alqış…
İstisiz, bürküsüz səhərə alqış…

Nazim Nəsrəddinov.

 Bakı,
28.06.2021.

Pin It on Pinterest