Nazim Nəsrəddinov: Ocağı yandırın öz közünüzlə
Ocağı yandırın öz közünüzlə
***
İndi gözlülərin çoxu gözsüzdür,
İndi sözlülərin çoxu sözsüzdür.
İndi göz işığı qəhətə çıxıb,
İnan, inanmasan, gözünü süzdür.
***
İndi keçmişini öyrənən yoxdur
İndi keçmişini gizlədən çoxdur.
İndi sarımsaqla sarmaşıq birdir,
Əyilmə, alçalma , bir azca tox dur.
***
Asmaqla,kəsməklə öyünənlər var,
Kiməsə od qoyub,sevinənlər var,
Çoxdur etinasız,çoxdur biganə,
Hələ də nahaqdan deyinənlər var.
***
İndi salamı da güclə alırlar,
Guya şairdirlər, fikrə dalırlar.
Mobildə qənaət: “Hardasan?” ilk söz,
Vallah bu adamlar nadan qalırlar..
***
İndi zəmanənin ölçüsü yoxdur,
Güllük var, güllüyün gülçüsü yoxdur.
Hamının könlündən elçilik keçir,
Əvvəlki məsləhət — elçilik yoxdur.
***
Ehey! Tez qayıdın baba yoluna–
Bu döğma toprpağln oba yoluna.
İnsan gələcəyə can atanda da,
Gərəkdir keçmişə təzim oluna.
***
Keçmişim bilməyən tarixin bilməz..
Tarixdə səhv etsən, səhv geri dönməz…
Yandırın ocağı öz közünüzlə,
Közün yad deyilsə, o ocaq sönməz…
***
.Nazim Nəsrəddinov
Bakı,
07.06.2021